Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə24/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   20   21   22   23   24   25   26   27   ...   103
 ناﺮﻬﺗ
1956
 
ص
260
       
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
ya "Nəsihətnamə" olsaydı, heç olmasa birisi onun adını çəkərdi, 
məsələn, Oufi-filankəs "Nəsihətnamə"sində belə yazır-deyərdi; 
ikincisi, bu adı  dəyişdirib ona yenidən "Qabusnamə" adı 
qoymağa ehtiyac qalmazdı. Madam ki, mə'xəzlər, o cümlədən S. 
Nəfisinin adlarını sadaladığı  Sənai Qəznəvi (bir hekayəni 
olduğu kimi nəzmə  çəkmişdir)-"Hədiqətülhəqiqə", Məhəmməd 
Oufi-"Cəvameül-hekayat", Qazı  Əhməd Qəffari-"Nigaristan", 
Nizami Gəncəvi-"Xosrov və  Şirin". Fəridəddin  Əttar Nişaburi-
"Əsrarnamə" və "Məntiqüt-Teyr",  İbn  İsfəndiyar-"Tarix-e 
Təbəristan", Xosrov Dehləvi-"Mətləül-Ənvar",  Əbdürrəhman 
Cami-"Silsilətüz-Zəhəb", Məcdəddin Məhəmməd Hüseyni 
Məcdi-"Ziynətül-Məcalis" və Mühəqqiq Səbzəvarı adı ilə 
məşhur olan Məhəmməd Bağır "Rəvzətül-Ənvar"  əsərində 
"Qabusnamə" dən geniş istifadə etmiş, lakin heç yerdə ona 
"Nəsihətnamə" və ya "Pəndnamə" demaəmişlər. "Qabusnamə" 
əsərinin özündə  də onun necə adlandığı göstərilməmişdir. 
Kitabda tez-tez təsadüf edilən "mənim öyüdlərimə, 
nəsihətlərimə  və s. qulaq as" kimi sözlər isə  əsərin 
"Nəsihətnamə" və ya "Pəndnamə" adlandığına heç də  dəlil ola 
bilməz. Biz tamamilə başqa tipli kitablarda, dastanlarda, 
naqıllarda, hətta tarix kitablarında böyüyün kiçiyə, atanın oğula 
yazdığı məktublarda, "namələrdə" belə ifadələrə çox rast gəlirik. 
Keykavusun özünün Qabus adlandırılması da təbiidir.Biz 
tarixdə belə paralelizmə az təsadüf etmirik. Məşhur 
Ənuşirəvanın atası Keykuvadın tarixdə yalnız I Qubad kimi 
tanınması kimə mə'lum deyildir? Keykavus öz əsərini babasının 
adına yaza bilərdimi?  
Biz yuxarıda Keykavus tərəfindən  Şəmsülməaliyə verilən 
xasiyyətnaməni, onun qəddarlığını  və  oğlu tərəfindən tutulub 
əvvəl həbs edildiyini, sonra isə öldürülduyünü qeyd etmişdik. 
Qabus oğlu  İskəndərə, yə'ni Keykavusun atasına da elə bir 
böyük yaxşılıq etməmişdi ki, onun xatirinə belə bir iş görülmüş 
olsun. Keykavus "Qabusnamə"də atası haqqında çox böyük 
razılıq hissi ilə danışır.  Əgər Keykavus kitabı atasının adı ilə, 
məsələn, "İskəndərnamə" adlandırsaydı, bu daha çox inandırıcı 
olardı. Bu onun, heç olmazsa zəhmət haqqısı kimi səslənərdi. 
Axı Keykavusun bütün bilikləri yalnız atası  İskəndərin sə'yi 
nəticəsində  əldə edilmişdi və müəllif "Qabusnamə"də bir neçə 
yerdə atasına çox minnətdar olduğunu deməkdən çəkinmir. 
Şəmsülməali haqqında isə belə bir razılıq və ya minnətdarlıq 
yoxdur. Yalnız öz ata-babalarının adını  çəkəndə onu da qeyd 
edir. Yeri gəlmişkən qeyd edək ki, ana tərəfi daha çox tə'riflənir, 
26 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
onlar bir tərəfdən Sasani, digər tərəfdən Qəznəvilərlə qohumluq 
əlaqələri ilə bağlıdır. Bundan əlavə, kitabın qarşısında qoyduğu 
məqsəd də onun Şəmsülməaliyə  həsr edilə biləcəyinə  əsas 
vermir. Kitabın başlıca məqsədi Gilanşaha xoşbəxt bir həyat 
qurmağa kömək etmək, ona bir ağ gün ağlamaqdır. Belə 
olduqda, ehtiyatlı, oğluna hər mühitə alışmağı  məsləhət görən, 
hər  şəraitdə fayda götürməyə çalışmağı  təbliğ edən Keykavus 
kitabı dövrünün hökmdarlarının birinin adına bağlayıb oğluna 
yaxşı bir vəzifə  də duzəldə bilərdi, Qəznəvilərlə qohumluğu 
daha möhkəmlədər, Səlcuqilərin könlünü ələ ala bilərdi. Kitabı 
Şəmsülməalinin adına yazmağın isə o dövrdə Keykavus uçün 
heç bir əhəmiyyəti yox idi. 
Bütün bu deyilənlərə  əsasən biz elə güman edirik ki, 
kitabın  əslində heç bir adı olmamışdır, sonradan onu haqlı 
olaraq, "Qabusnamə" adlandırmış  və burada Qabus adı altında 
müəllifin babasını deyil, məhz özünü nəzərə almışlar. 
*    * 

 
"Qabusnamə"  əsərinin tarixi tədqiqi köstərir ki, o, az bir 
müddət içərisində böyük şöhrət tapmış, öz əsrindən başlamış 
indiyə qədər dönə-dönə üzü köçürülmüş, daş və mətbəə çapları 
olmuş və dünyanın bir çox mədəni dillərinə tərcümə edilmişdir. 
Şərqin böyük alim, şair, tarixçi və dövlət xadimləri yeri gəldikcə 
ona müraciət etmiş və hər kəs özünə lazım olduğu şəkildə ondan 
istifadə etmişdir. "Qabusnamə" bu gün də öz əhəmiyyətini 
itirməmişdir. O, öz əsrinin bir sıra tarixi hadisələrini 
aydınlaşdırmaq, o zamankı  İran feodalizm cəmiyyətinin daxili 
ziddiyyətlərini açıb göstərmək, din və təriqət çarpışmalarını ifşa 
etmək üçün də müəyyən  əhəmiyyətə malikdir. "Qabusnamə" 
müəllifin və onun mənsub olduğu, iflasa üz qoymuş mülkədar-
feodal təbəqəsinin  əxlaqını, mə'nəvi yoxsulluğunu açıq-aydın 
göstərmək, din xadimlərinin-qazı, molla, rövzəxan və 
başqalarının ikiüzlülüyünü meydana çıxarmaq üçün də 
səciyyəvidir. 
"Qabusnamə" sovet oxucuları üçün məhz bu nöqteyi-
nəzərdən maraqlıdır. "Qabusnamə" müəllifinin bu barədə 
dediyinə isə  şübhə etməyə heç bir əsas yoxdur. O, əsərin 
əvvəlindən sonuna qədər öz sinfini sədaqətlə müdafiə edir. 
Lakin bu kitab doğma oğulla olan məhrzəmanə bir söhbət, daha 
dəqiqi, dünyadan köçməkdə olan bir atanın oğluna vəsiyyətidir. 
Oğula da yalan danışmaq, özü də ölüm ayağında? Yox! 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Keykavus oğluna səmimi olmuş, öz bildiyini ona tam öyrətməyə 
çalışmış, düşündüklərini açıq demişdir. 
Kitab qırx dörd fəsildən ibarətdir və hər fəsil müəyyən bir 
məsələyə  həsr edilmişdir. Hər fəsildə müəllif eşitdiyi və ya 
başına gəldiyi müxtəlif hekayətləri danışır və bunlardan 
müxtəlif nəticələr çıxarır.  
Dövrünün elə bir məsələsi yoxdur ki, "Qabusnamə" ona 
toxunmasın. Burada hər  şey vardır: Allahın tanınması, 
peyğəmbərin yaranması, qumar oynamaq qaydaları, içki içmək 
şərtləri, qonaq olmaq və qonaq etmək, eşqbazlıq, zarafat və nərd 
atmaq,  əmanət saxlamaq, qul almaq, mal satmaq, arvad 
saxlamaq, yatmaq, dincəlmək, hamama getmək, münəccim 
olmaq, ulduzların hərəkətini tə'yin etmək, qabaqcadan hər  şeyi 
xəbər verə bplmək, şairlik, həkimlik, sufilik, nədimlik, vəzirlik, 
şahlıq, rəiyyətlik və s. haqqında müəllifin həm başqalarından 
öyrəndiyi, həm də özünün həyat təcrübəsində əldə etdiyi orijinal 
fikir və mülahizələr vardır. 
Kitab X-XI əsrlərdə  İran feodal həyatını öyrənmək, o 
zamankı iqtisadi həyatı  tədqiq etmək, elm və  mədəniyyət 
səviyyəsi ilə tanış olmaq, şahların,  əmirlərin qəddarlığını, 
ruhanilərin hiyləgərliyini nümayiş etdirmək üçün də maraqlıdır. 
Bu, Ziyarilər xanədanının son nümayəndəsinin son sözü, özünü 
ifşa məktubudur. Görün o, oğluna nələr deyir: 
"Bil, ey oğul, əgər təsadüf səni gətirib şah sarayı adamları 
içərisinə  çıxarsa, sən ona xidmət etməli olsan və  şah sənə 
yaxınlaşmaq istəsə, bu, sənin gözünü tutub başını 
gicəlləndirməsin, ondan uzaqlaşmağa çalış... Şah hansı gün sənə 
desə ki, arxayın ol, sənə zaval yoxdur, sən o günü daha çox 
qorx. Sən şahın hesabına piylənib yağlanıbsansa, demək, o səni 
kəsmək üçün belə kökəltmişdir" ("Qabusnamə", səh. 188). 
Vəzirlik haqqında danışarkən yazır: 
"Nə  qədər sadiq və ehtiyatlı olsan da, yenə  də  həmişə 
şahdan qorx, hamıdan çox şahdan qorxası bir adam varsa, o da 
vəzirdir" ("Qabusnamə", səh. 202). 
Keykavusun din xadimlərinə münasibəti də  qəribədir. O, 
din xadimi olmağı  ən faydalı,  ən xeyirli və  ən qazanclı  sənət 
hesab edir. Ümumiyyətlə, Qabus (Keykavus) hər şeyə yalnız və 
yalnız qazanc gözü ilə baxmağı  oğluna təlqin edir və bunun 
üçün nə etmək lazımsa, hamısının yerinə yetirilməsini məsləhət 
görür. Məhz bunun xatirinə  də din xadimlərinin hiyləgərliyini 
camaatı aldatmaq yollarını oğluna öyrətməyə çalışır. 
28 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
"H a ş i y ə. Ey oğul, əgər vaiz olsan, hafiz ol və əzbərdən 
çox  şey bil. Xitabət kürsüsünə qalxdıqda tez otur, rəqibinin 
zəifliyinə  əmin olmayınca mübahisəyə girişmə. Kürsüdə  nə 
istəyirsən de, onu da iddia et. Sual verən olsa, qorxusu yoxdur, 
lakin fəsahətli danış, elə hesab et ki, sənin məclisində 
oturanların hamısı heyvandır. Nə istəyirsən de, lakin özünü 
çaşdırma... Müridlərin və  nə'rə  çəkənlərin olsun, qoy onlar 
məclisdə otursunlar, sən hər tə'sirli bir söz dedikdə  nə'rə  çəkib 
ah-fəryad qoparsınlar və  məclisi qızışdırsınlar. Camaat 
ağlayanda sən də  hərdən bir ağlamsın. Sözdə çaşsan, qorxma, 
salavat çevitdirib dua oxu..." ("Qabusnamə", səh. 156). 
Dini çəkişmələrdə  təriqət, məzhəb mubəlliğlərinin bir-
birini necə ifşa etdiklərindən danışarkən müəllif yazır: 
"H e k a y ə t... Sahibin dövründə Zəneganda bir qoca var 
idi. Bu qoca adlı-sanlı şafei əshabələrindən idi. Özü din xadimi
müfti, vaiz olmaqla qazı yanında müşavirlik də edirdi. Zənegan 
rəisinin də ələvi, yə'ni Əli nəslindən olan bir oğlu var idi, o da 
vaiz və qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-
birini ifşa edər və minbərdən bir-birinə  ağır sözlər deyərdilər. 
Bir gün bu ələvi minbərdən hamin qocanı "kafir" adlandırdı. 
Xəbəri hamin qocaya çatdırdılar, o da minbərdən hamin cavanı 
"haramzadə" adlandırdı. Bu xəbəri də ələviyə çatdırdılar..." və s. 
("Qabusnamə", səh. 66). 
Keykavusun "Qabusnamə"sində dövrünün bütün 
məsələləri öz əksini tapmış  və tipik feodal-zadəgan nöqteyi-
nəzərindən həll edilmişdir. Bu, yalnız Keykavusun öz şəxsi fikri 
deyildir, onu atası  İskəndər belə öyrətmişdir, ona da, şübhəsiz 
ki, atası Qabus belə demişdir. Başqa  şah, feodal-zadəgan 
sülalələrinin də buna e'tirazı ola bilməz, çünki qədim  İran 
şahlarının hamısı belə etmişlər, Keykavus babalarından belə 
eşitmişdir, oğluna da belə nağıl edir və öz təcrübəsində 
gördüklərini buraya əlavə edir. Amma bunlar məcburi deyildir. 
Əgər oğlu Gilanşah gözəl yaşamaq üçün bundan daha 
yaxşılarını taparsa, onu da etməlidir. Lakin Keykavusun fikrinə 
görə, o hər şeyi demişdir. Oğlu Gilanşah onun dediklərinə əməl 
etsə, xoşbəxt olar. 
Son fəsildə oxuyuruq: 
"Özümə  nəyi bəyənmişəmsə, sənə  də onu məsləhət 
görmüşəm.  Əgər sən bunlardan daha gözəl adət və xasiyyət 
tapsan, elə ol ki, sənin üçün daha yaxşı keçsin, tapmasan, 
mənim bu nəsihət və öyüdlərimə canla-başla qulaq as və elə də 
et. Qulaq asmayıb qəbul etməsən, məcburi deyil. Allah kimi 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
xoşbəxt yaradıbsa, o oxuyub anlayar, çünki buradakıların hamısı 
hər iki dünyanın xoşbəxtləri üçün yazılmışdır" ("Qabusnamə", 
səh. 237). 
Doğrudan da, Keykavus nəyi bəyənmişsə, nəyi bilibsə, 
oğluna da onu məsləhət görmüşdur. Bu cəhətdən 
"Qabusnamə"yə Ziyari feodal-zadəgan təbəqəsinin din, fəlsəfə, 
elm, iqtisadiyyat və  əxlaq "Qamusu" kimi də baxmaq olar. 
Keykavus öz sinfinin nöqsanlarını yaxşı görür, vəzifə, mənsəb, 
şan-şöhrət, var-dövlət naminə  hər  şeyə razı olan, əmisi 
Mənuçehr  Şərəfülməali kimi öz atasını  həbs edib qara 
zindanlara atan, babası  Şəmsülməali Qabus kimi yaxın 
adamlarını, qohum-qardaşlarını  qıran, miras xatirinə ata-
anasının ölümünü arzulayan çoxlu feodal-zadəgan balaları göz 
qarşısındadır. Lakin o, bunlara qarşı  çıxa bilmir. Odur ki, 
müəllif oğluna yalvarıb deyir: 
"Amandır, miras xatirinə ana və atanın ölümünü arzulama" 
("Qabusnamə", səh. 47). 
Lakin yaxşı dolanmaq üçün Keykavus hər  şey etməyə 
hazırdır, o, bunun üçün heç bir şeydən çəkinməməyi oğluna da 
məsləhət görür, yalan danışmaq, böhtan demək, saxta sənəd 
düzəltmək, ikiüzlülük etmək, qəsdən ağılsız və iste'dadsız 
olmaq, ümumiyyətlə, bütün vasitələrə əl atmağı mümkün hesab 
edir. O yazır: 
"Öz iste'dadınla qürrələnmə, dolanmaq üçün ağılsız və 
iste'dadsız olmaq lazımsa, ağılsız və iste'dadsız ol 
("Qabusnamə", səh. 54). 
"Ey oğul, sən doğru danışan ol, yalan danışan olma, özünü 
doğru danışan tanıt ki, işdir bir gün zərurət üzündən yalan 
deməli olsan, doğru qəbul etsinlər" ("Qabusnamə", səh. 61). 
"Kimə ehtiyacın varsa, özünü ona qarşı nökər və qul kimi 
apar" ("Qabusnamə", səh. 152). 
"Əgər xəttatlıqda qadir, başqalarının xəttini oxşatmaqda 
mahir olsan, bu çox gözəl sənətdir. Lakin bunu hər adama 
göstərmə ki, saxta xətt düzəltməkdə  şöhrət tapmayasan və 
ağanda  şübhə oyatmayasan, biri başqasının xəttini oxşatsa, 
tapmasalar, onu səndən görməsinlər. Kiçik şeylər üçün saxta 
kağız düzəltmə. Bir gün böyük qazanc üçün lazım olsa və 
düzəltsən, qoy heç kəsin gümanı sənə getməsin. 
Deyildiyinə görə, mahir və fazil katiblər xətt oxşatmaqla 
çox bilikli və təcrübəli vəzirləri məhv etmişlər" ("Qabusnamə", 
səh. 200). 
30 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
"Deməli, ağanın mal-dövlətini qoru, yesən, iki barmaqla ye 
ki, boğazında qalmasın" ("Qabusnamə", səh. 202). 
"Qabusnamə"də belə misallar çoxdur. "Qabusnamə" yalnız 
hakim təbəqələri ifşa etmək deyil, həm də tarix, fəlsəfə, o 
zamankı dövrün elm və mədəniyyətini, ictimai-iqtisadi həyatını 
öyrənmək nöqteyi-nəzərindən də maraqlıdır. Heç də  təəccüblü 
deyildir ki, ümumiyyətlə  Şərq, xüsusilə  İran tarixi yazılarkən, 
onun elm və  mədəniyyətindən,  əxlaq, adət və  ən'ənələrindən 
danışarkən istər-istəməz bu kitaba müraciət etməli olurlar. 
Həqiqətən "Qabusnamə" faktik material cəhətindən də diqqətə 
layiqdir. Əhatə etdiyi mövzular cəhətindən də çox maraqlıdır. 
Bu əsər ilk fars nəsri kitablarına aid olmaq, dilin səlisliyi, 
ibarələrin bədiiliyi, gətirilən hekayətlərin duzluluğu və ibrətli 
olması ilə  də çox orijinaldır. "Qabusnamə" tibb, nücum, 
geodeziya kimi elmlərdən,  şairlik, musiqişünaslıq kimi 
incəsənət nümunələrindən də  bəhs edir. Keykavus tibb elmini 
çox sevdiyini deyir. Yəqin burada Şəmsülməali sarayında özünə 
sığınacaq tapmış  İbn-Sinanın  şöhrəti və  tə'siri də böyük rol 
oynamışdır. 
Əsərin oxucuda nifrət, qəzəb, doğuran fəsillərindən biri qul 
alveri fəslidir. Burada adamların heyvan kimi müayinə edilməsi, 
arıq-kökluyü, qaşı, gözü, dodağı, dişi, dərisinin rəngi, irqi və 
sairə  cəhətləri  əsas götürülür. İnsan ləyaqəti  əsl mə'kanda 
tapdalanır. Hətta heyvanlar kimi insanlar da çinslərə bölünür. 
Sonra hər tayfa və irq xüsusi xarakterizə edilir. 
"Qabusnamə"nin maraqlı 
fəsillərindən biri də 
"Cavanmərdlik" fəslidir. Burada müxtəlif fəlsəfi problemlərdən 
danışılır, müxtəlif sənətkarlıqda olan comərdliklərdən söhbət 
gedir, sufizmin mahiyyəti, dərvişlik kimi məsələlərdən bəhs 
edilir. "Qabusnamə" müəllifinin dərin də olmasa, çox müxtəlif 
mə'lumata malik olduğu, bir çox sənətləri praktiki bildiyi, nəsrlə 
gözəl yazdığı, şe'r deməkdə də əli olduğu aşkar görünür. Əsərdə 
yüzdən yuxarı alim, şair, tarixçi, münəccim, həkim, filosofun 
adı  çəkilir ki, bu da Keykavusun bilik dairəsinin çox geniş 
olduğuna dəlalət edir. Əsərdə hikmətli ifadələr, ibrətli 
hekayətlər, tarixi müqayisə. və paralellər də çoxdur. Bunlar 
hamısı kitabın tarixi bir mənbə kimi istifadə edilməsini,  ədəbi 
bir abidə kimi tədqiq edilib öyrənilməsini zəruri, bədii bir əsər 
kimi isə maraqlı oxunmasını tə'min edir. 
*    * 

 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
"Qabusnamə" dünyanın bir çox dillərinə  tərcümə 
edilmişdir, o cümlədən türk, fransız, alman və rus dillərinə 
tərcümələri vardır. Rus dilində kitabın 2-ci nəşri 1958-ci ildə Y. 
E. Bertels tərəfindən böyük müqəddimə  və geniş izahla 
buraxılmışdır. Fars dilində on dəfəyə qədər çap edilmişdir
1

"Qabusnamə" ilk dəfə olaraq Azərbaycan dilinə  tərcümə 
edilir. Tərcümə üçün Səid Nəfisinin 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin