Amandır, oğlum, dünyada boş şeylərə könül vermə və
demə ki, namazı qılmamaq da olar. Əgər sən namazı din xatirinə
qılmaq istəməsən, heç olmazsa sağlam düşüncə əsasında qıl.
Bilməlisən ki, deyilənlərə görə, namazın bir neçə faydası vardır:
birincisi, beş dəfə vacib namaz qılan adamın həmişə bədəni və
paltarı təmiz olar, təmizlik isə, hər halda, natəmizlikdən
yaxşıdır; ikincisi, o, təkəbbür və qeybətdən uzaq olar, çünki
namazın əsasını təvazökarlıq təşkil edir, təbiətini təvazökarlığa
alışdırsan, bədən də təvazö'karlığa adət edər. Bütün ağıllı
adamlara mə'lumdur ki, kim kimin tayı olmaq istəyirsə, mütləq
gedib ona qoşulmalıdır. Xoşbəxt və varlı olmaq istəyənlər
varlılara uyğunlaşmalı, bədbəxt olmaq istəyənlər isə
bədbəxtlərlə durub oturmalıdır Bütün ağıllı adamların fikrinə
görə, islam dinindən qüvvətli heç bir dövlət, onun əmrindən
qüdrətli heç bir qüvvət yoxdur. Deməli, əgər sən əbədi dövlət və
ne'mət sahibi olmaq istəyirsənsə, dövlət sahibləri ilə yaxınlıq
etməyə çalış və həmişə onların əmrlərini yerinə yetir, onların
əksinə getmə ki, bədbəxt və günahkar olmayasan.
Amandır, ey oğul, namazı ələ salma, onun rük'ətlərinin və
səcdələrinin natamamlığına istehza etmə, bu nə dinə yaraşar, nə
dünyaya.
Ey oğul, onu da bilməlisən ki, oruc ildə bir dəfə edilən
itaətdir, onu yerinə yetirməmək insafsızlıq olar. Ağıllı adamlar
belə bir şeyi özlərinə rəva görməzler, gərək sən də görməyəsən.
Orucluq ayı ifratsız keçə bilmir, lakin sən çalış ifrata yol vermə.
Gördün ki, beş mö'təbər, inanılmış üləma oruc tutub, sən də
onlarla birlikdə oruc tut, onlar oruclarını yeyəndə, sən də ye!
Nadanların sözünə uyma, bil və agah ol ki, Allah-taalanın sənin
ac və toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin
var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür
mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə bütün üzvlərinə
vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına, tənasül alətinə.
Bunların hamısını möhürləyir ki, bütün bu üzvləri fisq-fücur,
nalayiq iş və bəd əməllərdən təmiz saxlaya biləsən, möhürün
şərtlərini yerinə yetirə biləsən.
Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi
ondadır ki, sən gündüz yeməyib axşama saxladığın çörəyi,
gündüz özünə ayırdığını ehtiyacı olanlara verəsən ki, zəhmətinin
faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki,
onun xeyri ehtiyacı olana çatsın.
Ey oğul, diqqətli ol ki, hamıya aid olan bu üç itaatdə
ehmallıq etməyəsən, çünki bu üç itaəti yerinə yetirməməyə heç
40 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
üzr və bəhanə yoxdur. Lakin yalnız varlılara aid olan iki itaətdə
üzürlü səbəb olduqda, ehmallıq etmək mümkündür. Bu barədə
çox danışmaq olar, lakin zəruri nə vardısa, hamısını dedim.
Dördüncü fəsil
Dostları ilə paylaş: