On birinci fəsil 57 Dörd təbiət—Qədim təbabətdə böyük rol oynayan və
xarici aləmdəki dörd ünsürə (su, od, torpaq, külək) müvafiq
olaraq insanın bədənində də dörd "təbiətin" yə'ni istilik,
soyuqluq, quruluq və yaşlıq xüsusiyyətlərinin olduğunu qəbul
edən nəzəriyyəyə işarə edilir.
58 Səhərin buxarlığı—Səhər məstliyi nəzərdə tutulur.
59 Müfsid—Fəsad törədən, ziyankar.
On ikinci fəsil 60 Gilan—İranın şimalında vilayət adı. Vaxtilə müstəqil
dövlət olmuşdur. "Qabusnamə" müəllifi özü Gilandandır.
61 S. Nəfisi və Y. E. Bertelsdə fərq var. Biz RX-i əsas
götürmüşük.
62 İbn Müqlə—Əbu Əli Məhəmməd ibn Əli ibn Hüseyn
ibn Müqlə. Məşhur xəttat, ədəbiyyatşünas və dövlət xadimi
olmuşdur. Abbasi xəlifələrindən Müqtədir, Qahir və Raziyə
vəzir olmuş, sonuncu tərəfindən 328/939-40-cı. illərdə böyük
əzabla öldürülmüşdür.
63 Nəsr ibn Mənsur Təmimi—S. Nəfisinin fikriiə görə
Əbülhəsən Mənsurun oğludur, 929-936-cı illər arasında Misrə
göndərilmişdir.
64 Hücrə—Yaşamaq üçün olan balaça otaq.
65 Mö'təsim—Abbasilərin 8-ci xəlifəsi, 833-842-ci illərdə
hökmranlıq etmişdir.