Otuz ikinci fəsil 142 Müamilə—Qazanclı al-ver, sələmlə borc verilən pul.
143 Şakirdanə—Müştəri tərəfindən ustanın, dükan
sahibinin və sairənin şagirdinə verilən bəxşiş.
144 Rəsədban—Gözətçi, keşikçi, müfəttiş, gömrükçü,
yoxlayıçı.
145 Çapvadar—At, qatır, dəvə, ümumiyyətlə yük
heyvanları olan və bu heyvanlarla başqalarının yükünü daşıyan
və ya heyvanları kirayəyə verən adam. Qədimdə ticarət
mallarını, köçləri bir şəhərdən başqa şəhərə məhz çarvadarlar
daşıyardı.
Otuz üçüncü fəsil 146 Məzac—Təbiət, məzac, xüsusiyyət, fitri xasiyyət.
147 Tərkib—Bəlqəm, sofra, qan, öd. Qədim Şərq
fəlsəfəsində və təbabətində "ünsür", "təbnət". "tərkib" istilahı
altında müxtəlif məfhumlar ifadə etmiş, bə'zən isə bunları eyni
mə'nada işlətmişlər. Başqa mə'xəzlərdə bəlqəm, səfra, qan, öd
ünsür adlandığı halda, "Qabusdamə"də tərkib adlandırılmışdır.
O zamankı təbabət elminə görə bu dörd ünsür insanın bədənində
müvazinət təşkil edir, bunlardan biri artıb azalsa müvazinət
pozulur və insan dərhal xəstələnir.
148 Soyuqluq—Şərq təbabət elmində bə'zi yeməkləri
istilik, bə'zilərini isə soyuqluq sayardılar. Məsələn, bal
istilik,kartof soyuqluq sayılır.
Bu yeməklərin isti və ya soyuq olmalarının əhəmiyyəti
yoxdur. Onlar istiliyi, soyuqluğu maddənin təbiətində
görürdülər.
149 İstilik—b a x: 148.
150 Calinus—Qalen. Məşhur yunan təbibi (doğ. 130, öl.
200).
212 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
151 "On altı" (traktat)—Calinusun əsərinin adı.
152 Bokrat—Hippokrat. Qədim yunan həkimi (er. əv. 460-
377).
153 Əflatun—Platon. Qədim yunan filosofu (er. əv. 429-
347).
154 Əlkun əl-fəsad—Varlıq və yoxluq haqqında kitab.
155 Əs-Səma-ul-alqam—Göy və Kainat haqqında kitab.
156 Ən-Nəfs—Ruhi keyfiyyətlər haqqında kitab.
Psixologiya. 157 Əl-Hiss-ul-Məhsus—hisslər və duyğular
haqqında kitab.
158 Əl-heyvanat—Canlılar haqqında kitab. Biologiya.
159 Sirkə Qurdu—Cücü adı (?).
Otuz dördüncü fəsil
160 Ehkam elmi—Astrologiya, Münəccimlik elmi. 181
Zic- Ulduzların hərəkətini və yerlərini göstərən cədvəl.
162 Beşlərin gərdişi—burada gecə, gündüz, həftə, ay, il.