Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə95/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   91   92   93   94   95   96   97   98   ...   103
İyirmi doqquzuncu fəsil 
125  Əyyar—Xilafət dövründə daimi sənət və peşəsi 
olmayan və təsadüfi işlərlə güzəran keçirən adamlara deyilirdi. 
Bunlardan muzdlu silahlı  dəstələr düzəldilir, asayişi bərpa 
etmək üçün istifadə edirlərmiş. Çox vaxt belə silahlanmış 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
dəstələr dağlara çəkilib qaçaqlıq edir, bə'zən keşik çəkir, bə'zən 
soyğunçuluqla məşğul olur, lakin bütün hallarda yazıq, yoxsul 
adamlara kömək göstərirmişlər. Bu ad qoçaq, igid, bacarıqlı, 
diribaş, bərk qaça bilən tərdəst, hər  şeyi tez başa düşən, 
hazırcavab adamlara da verilirmiş. "Qabusnamə"də  əyyar sözü 
müsbət mə'nada işlədilmişdir. 
126 Söhrab—Firdovsinin məşhur qəhrəmanı Rüstəmin 
oğlu, Söhrab atasını görməmişdir. O, atasını axtarır. Rüstəm də 
oğlunu görməmişdir. Onlar müxtəlif düşmən çəbhələrdə 
olduqlarından təkbətək vuruşmalı olurlar. Əvvəl Söhrab üstün 
gəlir, lakin alicənablıq edib Rüstəmi öldürmür. Sonra Rüstəm 
qalib gəlir, aman verməyib dərhal Söhrabı ölümcül yaralayır. 
Ölüm ayağında Söhrab kim olduğunu və atası Rüstəmi 
axtardığını deyir. Lakin artıq gecdir. Söhrabı xilas etmək 
mümkün olmur. 
"Rüstəm və Söhrab" dastanı bir çox dillərə, o cümlədən 
Azərbaycan dilinə də tərcümə edilmişdir. 
127 Seyyidə—Albuye hökmdarı  Fəxrüddövlənin arvadı, 
Rey şəhərində otuz ilə qədər hökmdar olmuşdur. 
128 Fəxrüddövlə Əbulhəsən Əli—Albuye şahı, 976-997-ci 
illərdə şahlıq etmiş, öldükdən sonra arvadı Seyyidə hakimiyyəti 
ələ almışdır (b a x: 126). 
129 Xütbə—Hakimiyyət başında olan şaha, hökmdara 
minbərdən oxunan xeyir-dua. Çox vaxt kimin hakimiyyət 
başında olduğu və kimin hakimiyyət başına yeni keçdiyi yalnız 
bu xütbələrdən bilinərdi. Xütbə oxumaq üçün dövlət tərəfindən 
xüsusi adamlar ayrılardı Bunlara xətib deyərdilər. Xətiblər 
yalnız məscidlərdə deyil, xüsusi toplantılarda, bayram 
şənliklərində, çoxlu adam yığılmış bazar meydançalarında da 
xütbə oxuya bilərdilər. Lakin bir qayda olaraq xütbələr 
məscidlərdə oxunardı. 
130 Zülqərneyn—Makedoniyalı  İskəndərin,  İskəndəri-
Kəbirin ləqəbi. Bu barədə müxtəlif rəvayətlər vardır. 
210 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Bə'zilərinin fikrinə görə, iki balaca buynuzu olduğu üçün belə 
demişlər; bə'zilərinin  əqidəsincə, alnının hər iki tərəfindən tük 
dəstələri asıldığı üçün bu ad verilmişdir; bir sıra tədqiqatçıların 
ehtimalına görə isə  İskəndər həm işıqlı dünyanı gördüyü, həm 
də zülməti tapdığı üçün Zülqərneyn adını almışdır. 
Azərbaycanda  ən çox iki buynuz rəvayəti məşhurdur. Hətta 
"İskəndərin buynuzu var, buynuzu" ifadəsi dillərdə misal 
olmuşdur. 
131 Damğan—İranda  şəhər adı. "Qabusnamə"də  İskəndər 
buraya çatdıqda öldüyü yazılır. Lakin bu tarixi faktlara düz 
gəlmir. 
132 RX ilə S. Nəfisidə  fərq var. Fikrimizə görə RX-dakı 
doğrudur, tərcümədə o, əsas götürülmüşdür. 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin