115 Zubin—İkihaçalı, gödək nizə. Düşməni öldürmək və
ya yaralamaq üçün düşmənə tərəf atarlarmış.
116 Tab-tab—Çovkan oyununun bir növü. Müqaynsə
et:top-top,top aldı qaç oyunu və s.
117 Absükun—Xəzər dənizinin köhnə, qədim adlarından
biri. Gürgan çayının Xəzər dənizinə tökülən yerində olmuş
limanın adı. Vaxtilə Gürgan yaxınlığında olmuş, sonralar isə su
altına batmış adanın adı.
118 Mosul—İraqda şəhər adı, neft sənayesi mərkəzidir.
119 Dəclə—b a x: 21.
120 Ukbəra, Əkbəra—Bağdadın yaxınlığında qəsəbə adı.
121 Qoştasp, Kəştasib—İranın qədim şahlarından birinin
adı. Bə'ziləri əfsanəvi şah hesab edir. Deyilənlərə görə,
Zərdüştlə bir dövrdə olmuş və onun dinini qəbul etmişdir.
122 Qostəntəniyyə, Kostəntəniyyə—İstambul, İslambulun
qadim adı.
123 Şəhrbanu—Sasanilərin son hökmdarı III Yəzdgürdün
qızı. 637-ci ildə öldürülmüşdür. Bə'ziləriəin fikrinə görə, III
Yəzdgürdün belə bir qızı heç olmamışdır.
124 Səlman farsi—Guya Məhəmməd peyğəmbərin ən
yaxın adamı olmuşdur. İranca adı Mahbeh və ya Ruzbehdir.
İsfahan yaxınlığında anadan olmuş, 35/655-6-36/656-7-ci illərdə
isə vəfat etmişdir. İslam dinini ilk qəbul edən iranlılardan
sayılır. Guya Məhəmmədin dəlləyi və dəlləkxana rəisi
olmuşdur. Müasir fars dilində "dəlləkxana" demək olan
"səlmani" sözü də guya buradan əmələ gəlmədir. Bə'ziləri belə
bir adamın heç olmadığını, sonralar iranlılar tərəfindən
uydurulduğunu irəli sürür.