8. tmk-lar Qloballaşmanın hərəkətverici amili olaraq


İqtisadi qloballaşma mərkəzləri çox böyük miqyasda fəaliyyət göstərirlər



Yüklə 17,8 Kb.
səhifə2/4
tarix10.05.2022
ölçüsü17,8 Kb.
#57029
1   2   3   4
muhazire8 (2)

İqtisadi qloballaşma mərkəzləri çox böyük miqyasda fəaliyyət göstərirlər. Öz iqtisadi gücünə görə bir sıra transmilli şirkətlər ayrı-ayrı dövlətlərlə rəqabət aparmaq imkanına malikdirlər. Kapital investisiyası və yeni texnologiyalar üzərində nəzarət imkanları onlara hətta çox güclü dövlətlər üzərində xüsusi fəaliyyət rıçaqları verir. Orta hesabla transmilli şirkətlərin xaricdən əldə etdikləri gəlirin yarısı onların yerləşdiyi ölkəyə gətirilir. Transmilli şirkətlərin çoxunun məhz ABŞ ərazisində cəmlənməsi müasir dünyada ABŞ-ın mütləq ticarət üstünlüyünün əsas səbəblərindən biridir.

Firmalar xaricə çıxmazdan qabaq beynəlxalq mühiti yaxşı analiz etməli və qloballaşma dövründə “addımlarını sağlam atmalıdır”. Əks vəziyyət şirkətlərə faydadan çox zərər gətirə bilər. Robert Holtona görə beynəlxalq iqtisadiyyat ilə transmilli iqtisadiyyat anlayışları arasında fərq qoyulmalıdır. Beynəlxalq iqtisadiyyat müəyyən millətlərə aid institutlar və iqtisadi aktorlar tərəfindən həyata keçirilən milli iqtisadiyyatlar arasında baş verən mübadilədir. Sadə dillə desək, bir ölkədə istehsal olunan məhsulların, xidmətlərin və xammalın başqa bir ölkədə satılmasıdır. Milli iqtisadiyyatlar arasında dünya ticarətinin ekspansiyası bu prosesin əsas göstəricisidir. Bu növ iqtisadi qloballaşma heç də yeni deyil.

Bir çox TMK-lar məsələn, Ford, İBM, General Motors öz multimilli fəaliyyətlərinə 1900-1930-cu illərdə başlayıblar. Multimilli müəssisələrin sayı əsasən 1950-ci ildən sonra çox sürətlə artmağa başladı. Multimilli müəssisələrin fəaliyyəti xammal və emalla məhdudlaşmır, sürətlə inkişaf edən xidmət sektorunu da əhatə edir. Bunlara banklar, sığorta kampaniyaları, mühasibat, reklam və məsləhət sahələri, hotel sənayesi daxildir. Biznesin qloballaşması əsərində Danninq multimilli müəssisələrin fəaliyyətinin 4 əsas səbəbini müəyyən edir: bazar axtarışı, resurs axtarışı, səmərəlilik axtarışı və strateji əmlak axtarışı. Multimilli müəssisələrin fəaliyyətinin texnoloji dəyişiklikyə nisbəti çox mühüm məsələlərdən biridir. Bir tərəfdən telekommunikasiya və informasiya texnologiyasındakı dəyişikliklər multimilli müəssisələrin fəaliyyət xərclərini azaldır, digər tərəfdən dünya miqyaslı əsas korporasiyaların arasındakı qlobal rəqabət bazarında rəqabətqabiliyətli iştirakçı qala bilmək uğrunda mübarizəni intensivləşdirir.


Yüklə 17,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin