Qloballaşma dövründə TMK-lar rəqabət güclərini artırmaq məqsədilə rəsmi və ya qeyri-rəsmi şəkildə birləşməyə məcbur olurlar. Birlşəmələr və “şirkət evlilikləri” ilə bağlı aşağıdakı meyllər vardır:
- Şirkət birləşmələri və “evliliklər” adətən böyük firmalar arasında baş verir.
- Dünyada ən böyük 100 iqtisadi sahəsinin yarısından çoxunu birləşmələr və “şirket evlilikleri” müəyyən edir.
- Birləşmələr və “şirkət evliliklər”indən təşkil olunan ən böyük 500 şirkətin gəlirləri ABŞ-ın daxili hasilatının 60%-ni təşkil edir.
- TMK-lar ilə yaranan “şirkət evlilikləri” dünya ticarətinin təxminən 70%-ni təşkil edir.
- Birləşmələr və “şirkət evliliklər”inin yarısından çoxu ana ölkələri Fransa, Almaniya, İrlandiya,Yaponiya və ABŞ olan şirkətlər arasında baş vermişdir.
- Birləşmələr və “şirkət evliliklər”inin 90%-i sənayeləşmiş şimal ölkələrində olmuşdur.
- Bu şirkətlər dünyanın qaz, kömür, su-elektrik sahələrində vacib paya sahibdirlər.
Holtonun fikrincə, TMK-ların fəaliyyəti nəticəsində inkişaf edən iqtisadi qloballaşma nə məhvedici bir qüvvədir, nə də ki, o, dünyanın McDonaldlaşdırılmasından xəbər verir. Multimilli müəssisələrin gücünü nə şişirtmək, nə də ki, qiymətləndirməmək düzgün olmazdı. Qlobal iqtisadiyyatda onların mərkəzi rolu danılmazdır. Onun fikrincə, onlara yalnız sərvət toplayan bir qüvvə kimi baxmaq düzgün deyil. Çünki bu multimilli müəssisələrin tədqiqat və inkişaf da daxil olmaqla bir sıra fəaliyyətlərdə rolunu danmaq anlamına gəlib çıxardı. Beləliklə, multimilli müəssisələr iqtisadi güc olmaqla bərabər, həm də çox mühüm siyasi və mədəni qüvvədirlər.78
Sosial ədalət prizmasından yanaşdıqda əsas problem kimi Şimal və Cənub yarımkürələri arasında artan bərabərsizlik götürülür. Bu, 1980-ci ildə Beynəlxalq İnkişaf Məsələləri üzrə Müstəqil Komissiya tərəfindən hazırlanmış Brandt Hesabatı, Şimal-Cənub: Yaşama Proqramının dərcindən sonra daha da ciddi xarakter aldı. Burada ''Şimal'' ABŞ, Avropa, Yaponiya və ekvatordan cənubda yerləşən Avstraliya və Yeni Zellandiya daxil olmaqla inkişaf etmiş dünyanı simvolizə edir. ''Cənub'' isə Çin də daxil olmaqla yoxsulluq, aclıq və zəif inkişafı simvolizə edir. Şimalın payına dünya əhalisinin dörddə biri, Cənubun payına isə əhalinin dörddə üçü düşdüyü halda gəlirlərin beşdə dördü şimalın, yalnızca beşdə biri isə Cənubun payına düşür.79 Samuel Hantinqtonun fikrincə isə dünya, onu iqtisadi planda Şimal və Cənuba, mədəni planda isə Şərq və Qərb ayıra bilmək üçün çox mürəkkəbdir.
Burada alim C.Kaporozanın fikrini qeyd etmək yerinə düşərdi:
’’Qərbin demokratik dövlətləri bütün dünyada demokratiyanın görünən və gursəsli tərəfdarlarıdır. Eyni zamanda vaxtaşırı beynəlxalq hüquqa zidd fəaliyyətlər göstərirlər. Bir sıra hallarda onlar üçüncü dünyada qanuni hakimiyyətləri devirib, onları marionet rejimlərlə əvəz ediblər… ABŞ və İsrail kimi daxilən tamamilə demokratik dövlətlər daha az demokratik olan Vyetnam, Qrenada, Panama, Suriya və Livan kimi dövlətlərə hücum etmişlər’’.81
Dostları ilə paylaş: |