80 azərbaycan miLLİ elmlər akademiyasinin xəBƏRLƏRİ, YER elmləRİ, №1-2, 2016 A. T. Ağayev, A.İ.İsmayılov, T.İ. Süleymanov, 2016



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix22.09.2023
ölçüsü1,31 Mb.
#146674
  1   2   3   4   5
2016 02 G Aghayev Ismailov Suleymanov az



A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov 
XƏBƏRLƏR 

YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ 

НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS 

THE SCIENCES OF EARTH
80 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, YER ELMLƏRİ, №1-2, 2016 
© A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov, 2016
 
 
MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA 
TEXNOLOGİYALARI ƏSASINDA DAŞQIN ƏRAZİSİNİN
3D (TIN) MODELLƏŞDİRİLMƏSİ 
 
A.T.Ağayev
1
, A.İ.İsmayılov
2
, T.İ.Süleymanov

 
1
 –Milli Aviasiya Akademiyası, 
 1045, Bakı, Mərdəkan pr.30, 
amil_agayev@mail.ru 
 
2
 – AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, 
 1073, Bakı, M. Rahim küç., 5, 
amin_ismayilov@mail.ru 
 
3
 – Azərbaycan Milli Aerokosmik Agentliyi
 1115, Bakı, S. Axundov küç., 1, 
sul.tofik@yahoo.com 
 
Məqalədə 2010-cu ildə Kür çayında baş vermiş daşqın hadisəsi zamanı bəndlərin dağılma səbəbləri araş-
dırılmış və tədqiqat ərazisi olan Sabirabad rayonunun Mürsəlli kəndi nümunəsində TIN modeli qurulmuşdur. 
Hündürlük göstəriciləri əsasında seçilmiş profillər üzrə fərqlərin hesablanması metodikası işlənilmiş və daş-
qın sularının çayın sağ sahili boyunca bəzi yerlərdə qoruyucu bəndi yararaq relyefin nisbətən aşağı hissələrinə 
yayılma prosesi tədqiq edilmişdir. Tədqiqat zamanı Landsat 5 TM multispektral təsvirlərdən və ərazinin x, y, 
z koordinatlarından istifadə edilmişdir. 

Giriş. 
Müasir dövrümüzdə məsafədən zond-
lama (MZ) məlumatları ilə CİS texnologiyalarının 
inteqrasiyası əsasında dünya praktikasında TIN mo-
dellərinin qurulması və analizi sahəsində bir sıra 
tədqiqatlar aparılmış, müxtəlif yanaşmalarla hidro-
loji cəhətdən təhlükəli vəziyyətin inkişafina təsir 
edən təbii və antropogen faktorların təhlilinə geniş 
yer verilmişdir (Marc and Rodrigo, 2011; Suriya et 
al., 2009; Suriya et al., 2011). Həmin tədqiqatlarda 
əsasən müxtəlif zamanlı peyk məlumatlarından, çöl 
ölçmə göstəricilərindən, arxiv materiallarından isti-
fadə edilmişdir ki, bu da daşqın hadisələrinin dina-
mikasının qiymətləndirilməsinə və daşqın riskli əra-
zilərin müəyyənləşdirilməsinə imkan vermişdir. 
Qeyd etmək lazımdır ki, çay daşqını hüdudla-
rının müəyyən edilməsi ilə yanaşı, suqoruyucu 
bəndlərin dağılmasının səbəblərinin araşdırılması da 
aktual məsələlərdən hesab olunur. Belə ki, daşqın-
lardan mühafizə olunmaq üçün çayboyu salınmış 
suqoruyucu bəndlər bu və ya digər səbəblərdən tə-
sirlərə məruz qalır. Yerli tədqiqatçılar tərəfindən 
bəzi araşdırmalar aparılmış və əhalinin gözlənilən 
daşqın və subasma təhlükəsindən müdafiə olunması 
üçün yerlərdə torpaq və digər əsaslı suqoruyucu 
bəndlərə onların münasibətinin birmənalı olmadığı 
təsdiqlənmişdir. Əhalinin bu ərazilərdə intensiv və 
pərakəndə şəkildə məskunlaşması nəticəsində bənd-
lərin çox hissəsi yaşayış məntəqələrinin içərisində 
qalmış, çayla torpaq bəndlər arasındakı istifadə 
üçün qadağan olunmuş ərazilərdən istifadə edilməsi 
bəndlərin daşqınqoruyucu imkanını azaltmış, ona 
xidmət işi çətinləşmış və bəzi kəndlərin ərazilərində 
bəndlər dağıdılaraq yeni suvarma arxları çəkilmiş-
dir. Hal-hazırda isə ayrı-ayrı ərazilərdə bəndlərdən 
avtomobil yolu kimi istifadə edilir. Belə münasibət 
bəndlərin davamlılığını zəiflədir və hər an daşqın-
olma ehtimalını artırır (Məhərrəmova, 2008). 
Çay daşqınlarının gözlənilə bilən fəsadlarının 
qiymətləndirilməsi, suqoruyucu bəndlərin sağ və sol 
sahilboyu fərqlərinin daha dolğun və dəqiq müəy-
yən olunması üçün müasir Coğrafi İnformasiya Sis-
temləri imkanlarından istifadə olunması zəruridir. 
Tədqiqatın məqsədinə uyğun olaraq Triangulated 
Irregular Network (TIN) modelinin imkanlarından 
istifadə edilmişdir. TIN modeli x, y, z koordinatları 
olan və nizamsız məsafədə yerləşən nöqtələrin əsa-
sında səthin təqdimatıdır ki, bu da daşqın sularının 
ərazidə yayılmasını modelləşdirmək baxımından 
çox əhəmiyyətlidir. Üst-üstə düşməməklə əlaqəli 
üçbucaqlar, məlumatların nöqtələri təpə nöqtələri 
olan bütün göstəricilər arasında çəkilir. TIN pay-
lanmış hidroloji model üçün su hövzəsinin topoqra-
fiyası çərçivəsində axın şəbəkəsini və hövzə sərhə-
dini dəqiqliklə təsvir etməyə imkan verir (Enrique 
et al., 2004) 


MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA............. 
XƏBƏRLƏR 

YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ 

НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS 

THE SCIENCES OF EARTH

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin