81 Tədqiqat obyekti . Tədqiqat ərazisi olaraq
2010-cu ildə daşqın zamanı ərazisinin çox hissəsi su
altında qalmış Sabirabad rayonunun Mürsəlli kəndi
götürülmüşdür (1-ci şəkil). Məlum olduğu kimi,
həmin vaxt Azərbaycanın bir sıra rayonlarının əra-
zisi daşqına məruz qalmış və Sabirabad rayonu,
demək olar ki, daşqın prosesinin mərkəzi olmuşdur.
Daşqın zamanı Kür çayının sağ sahili boyu uzanan
qoruyucu bənd Mürsəlli kəndi yaxınlığında bir neçə
yerdən dağılmış və nəticədə kəndin çox hissəsi
subasmaya məruz qalmışdır. Tədqiqatın məqsədi
MZ məlumatları və CİS texnologiyalarından isti-
fadə etməklə daşqın zamanı bəndlərin dağıldığı yer-
lərin TIN modelini qurmaq və subasmanın istiqa-
mətini müəyyən etməkdir.
Sabirabad rayonu şimaldan Hacıqabul rayo-
nu, şərqdən və cənubdan Salyan və Biləsuvar ra-
yonları, qərbdən Saatlı rayonu, şimal-qərbdən isə
Kürdəmir və İmişli rayonları ilə həmsərhəddir.
Rayonun ümumi sahəsi 146940 ha-dır. Rayonun
əhalisi kənd təsərrüfatı məhsulları: meyvəçilik, nar-
çılıq, tərəvəzçilik, taxılçılıq, heyvandarlıqla məşğul
olur. Rayonda kənd təsərrüfatı məhsullarının emalı,
tikinti materialları istehsalı da mövcuddur. Rayon
ərazisində yayılmış torpaqlar dövlətə məxsus ol-
maqla yanaşı, bələdiyyə və xüsusi mülkiyyətə veril-
mişdir. Rayonun relyefi əsasən düzənliklərdən iba-
rətdir. Düzənliyin ümumi mailliyi cənub-şərq istiqa-
mətində olub, çox zəif hiss olunur. Müasir relyefin
formalaşmasında Kür və Araz çaylarının təsiri aydın
nəzərə çarpır. Belə ki, rayonun ərazisində Kür və
Araz çayları qovuşur. Rayonun iqlimi yayı quraq
keçən mülayim isti, yarımsəhra və quru bozqır iqlim
tipinə aiddir. Bu iqlim tipi çox az və zəif nəmliyi,
qışının mülayim və yayının quru-isti keçməsi ilə
səciyyələnir. Bu ərazi üçün ən soyuq aylar yanvar,
fevral və ən isti aylar isə iyul və avqustdur. Ərazinin
yayı quru və isti keçir ki, bu da öz növbəsində bitki
örtüyünə və torpaqəmələgəlmə prosesinə mənfi təsir
göstərir. Ərazidə havanın illik temperaturu 18,0÷26,5
dərəcə arasında dəyişir. Rayon ərazisində hallofit,
kserofit, efemer və hidrofil bitkilər geniş yayılmışdır.