ixtisas bilikləri isə bilavasitə tədris etdiyi fənnə aid olan, onun metodikası ilə bağlı biliklərdir. Peşə və ixtisas bilikləri vəhdət təşkil etdikdə Tərbiyəçi öz ixtisasını yaxşı bilir və onu yaxşı da öyrədir.
Tərbiyəçi nüfuzu heç nədən və birdən-birə yaranmır. Bu, damla-damla, zərrə-zərrə toplanaraq formalaşan bir keyfiyyətdir. Onun yaranmasına demək olar ki, Tərbiyəçinin bütün fəaliyyəti–şəxsi keyfiyyətləri, peşə-ixtisas səviyyəsi, Tərbiyəçi-uşaq münasibətləri, cəmiyyət içərisində özünü apara bilmək səviyyəsi, geyimi, danışıq tərzi və s. keyfiyyətləri təsir göstərir. Buna görə də Tərbiyəçi nüfuz qazanmaq üçün özünün bilik, bacarıq və ustalıq səviyyəsini artırmaqla yanaşı, onu daim nəzarətdə saxlamalı, qazandığı nüfuzu qoruyub saxlamağı bacarmalıdır.