Üfüqi ədalətlilik vergi ödəmək qabiliyyətləri eyni olan vergi ödəyicilərinin eyni məbləğ ödəmələrini nəzərdə tutan fikirdir.
Məsələn, eyni sayda üzvləri olan və eyni gəlirə malik olan, lakin ölkənin müxtəlif hissələrində yaşayan iki ailə eyni məbləğdə federal vergi ödəməlidir.
Vergi siyasətini formalaşdırarkən üzə çıxan çətinlik səmərəlilik və ədalətliliyin bir-birinə əks olan məqsədlərini tarazlaşdırmaqdır.
Vergi yükünü kimin daşıdığının öyrənilməsi verginin ədalətliliyinin dəyərləndirilməsində vacib rol oynayır.
Bu araşdırma vergiyə cəlb olunma adlanır.
Vergiyə Cəlb Olunma və Vergi Ədalətliliyi
Vergiyə Cəlb Olunmanın Yapışqan Kağız Nəzəriyyəsi
Yapışqan kağız nəzəriyyəsinə görə vergi yükü, milçək yapışqan kağıza yapışdığı kimi, ilk dəfə qonduğu yerə yapışır.
Xülasə
ABŞ hökuməti gəlirlərini müxtəlif vergilərdən istifadə etməklə artırır.
Federal hökumət üçün ən vacib vergilər fərdi gəlir vergiləri və sosial sığorta üzrə əmək haqqı vergiləridir.
Ştat və yerli hökumətlər üçün isə ən vacib vergilər satış vergiləri və əmlak vergiləridir.
Xülasə
Ədalətlilik və səmərəlilik vergi sisteminin iki ən vacib məqsədləridir.
Vergi sisteminin səmərəliliyi onun vergi ödəyiciləri üzərinə qoyduğu məsrəflərdir.
Vergi sisteminin ədalətliliyi vergi yükünün əhali arasında ədalətli olub olmadığını nəzərdə tutur.
Xülasə
Faydalılıq prinsipinə görə insanlar üçün hökumətdən aldıqları mənfəət əsasında vergi ödəmək daha ədalətlidir.
Ödəmə qabiliyyəti prinsipinə görə isə insanlar üçün maliyyə yükünü daşımaq qabiliyyəti əsasında vergi ödəmək daha ədalətlidir.
Xülasə
Vergi yükünün bölüşdürülməsi vergi deklarasiyalarının bölüşdürülməsi ilə eyni deyildir.
Vergi siyasəti ilə bağlı mübahisələrin çoxu insanların bu iki məqsədə (səmərəlilik və ədalətlilik) fərqli şəkildə əhəmiyyət verməsi səbəbindən meydana çıxır.