Şəkil 10
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
85
NÜMAYƏNDƏ HEYƏTİNİN QƏBULU
Tərəfdaşlarla əlaqə qurmaq, qarşılıqlı faydalı müqavilələr
bağlamaq üçün şirkətlərdən o cümlədən xarici şirkətlərdən də
nümayəndə dəvət edirlər. Protokola uyğun olaraq nümayəndə
heyyətinin səviyyəsini, qəbul forması və qaydasını müəyyən-
ləşdirirlər. Qonağı qəbul edən tərəf nümayəndə heyətinin tər-
kibini ümumi və xarici(qonaqlar üçün), ətraflı və daxili (özləri
və maraqlanan şəxslər üçün) xüsusi (qonaqların həyat yoldaş-
ları üçün) səfər proqramı hazırlayır. Ümumi proqramda nüma-
yəndələrin qəbul edilməsi, görüşün başlanması və qurtarması
ilə bağlı bütün suallar burada öz əksini tapır. Bu görüş özündə
danışıqlar, qəbullar, müzakirələr, teatrla tanışlıq, şəhərin gör-
məli yerlərinə gəzintini özündə ehtiva edir. Ətraflı proqram nü-
mayəndə heyətinin qəbulu ilə bağlı təşkilati sualları özündə əks
etdirir. Proqramın hər bir maddəsində məsuliyyətli şəxslər gös-
tərilir. Burada başlıca məqsəd nümayəndə heyətinin səfərinin
məqsədidir. Məsələn. görüşlər, söhbətlər, danışıqlar və s. Qo-
naqlar görüşdükdə qonaq və səfər edən heyət rəhbərlərinin
vəzifələri, mövqeləri bir-birinə uyğun olmalıdır. Həyat yoldaşı
ilə gələn nümayəndə heyətinin rəhbərini, ev sahibi öz həyat
yoldaşı ilə qarşılayır. Birinci qonaqları qəbuledən yəni ev sahi-
bi özünü və həyat yoldaşını təqdim edir. Daha sonra ev sahibi
nümayəndə heyətinin üzvülərini, birinci növbədə dərəcələrinə
görə qadınları təqdim edir. Fəxri qonaq da eyni qaydada öz
heyətinin üzvlərini təqdim edir. Ev sahibi bütün qonaqlara çi-
çək verir. Protokola uyğun olaraq qonaqların avtomobilə otur-
ması həyata keçirilir. Maşına birinci fəxri qonaq oturur. O avto-
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
86
mobilin arxa oturacağının sağ tərəfində fəxri yeri tutur. O, eyni
zamanda avtomobildən birinci düşür. Avtomobilin sağ tərəfinin
səkidə hərəkət etməsi mümkün deyilsə, fəxri qonaq sol tərəfdə
oturur. Onun arxasında ev sahibi və digərləri oturur. Nümayən-
də heyətini müşayət edənlər oteldəki sənədləşmə işlərindən
sonra mehmanxanadan sağollaşıb ayrılırlar.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
87
Dostları ilə paylaş: |