A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə2/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   2   3   4   5   6   7   8   9   ...   68
 
GİRİŞ
Peşə etikası istehsalat prosesində insan münasibətlərini tən- 
zimləmək üçün yaradılmışdır. Onun əsasını ictimai maraqlara qar- 
şı laqeyid münasibətə dözümsüzlük və ictimai vəzifənin yüksək 
səviyyədə dərk edilməsi təşkil edir. Hal-hazırda getdikcə daha çox 
peşələrlə bağlı etik kodekslər yaradılır. Bu kodekslər müxtəlif 
peşələrdə çalışanların etik davranışlarını müəyyənləşdirən mənəvi 
tələblər qoyur. Məsələn, diplomatik, turist, hərbi, məhkəmə, tibb, 
mühəndislik, idman etikası, həmçinin auditorların, mühasiblərin, 
kitabxanaçıların, hüquqşünasların, menecerlərin etik kodeksləri. 
Etikada hərəkətin mənəvi tərəfi onun məzmunu, etiketdə isə onun 
estetik istiqaməti, onun təzahür forması göstərilir. Etiket müasir 
mənada etikadan kənar təsəvvür edilə bilməz. İnsanın özünü 
təqdim etməsi davranış tərzində, nitqində, geyimində, ünsiyyət 
stilində ifadə edilə bilər. Etiket salamlaşmaq, təqdimetmə, müra- 
ciət, işgüzar danışıqların aparılması qaydası, ictimai yerlərdə dav- 
ranış, eyni zamanda müxtəlif vəziyyətlərdə iş geyimlərinə olan 
tələblərin yerinə yetirilməsidir. Bu dərslikdə masa arxasında işgü- 
zar qəbulların aparılması qaydalarının xarakteristikası verilmiş- 
dir. Masa arxasında özünü aparmaq mədəniyyəti həm insanın həm 
də bütünlüklə cəmiyyətin inkişaf səviyyəsini göstərir. Dərslikdə 
“Peşə etikası və etiket” kursu tədris proqramı təqdim edilir. Bu- 
rada qısa, aydın və məlumatlı formada peşə etikası və etiketin əsas 
anlayışları təqdim olunur. Tövsiyyə olunan ədəbiyyat sahəsi tələ- 
bəyə lazımi material seçmək və testlərə düzgün cavab vermək 
imkanı verir. Onlar işgüzar mühitdə, ictimai yerlərdə, müxtəlif 
vəziyyətlərdə peşə davranış qaydalarını xatırlamağa kömək edə- 
cək və onlardan düzgün istifadə etməyi sizə öyrədəcəkdir.


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin