A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə3/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   2   3   4   5   6   7   8   9   ...   68
 
ETİKA FƏNNİ BİR ELM KİMİ
Etika “ethos” yunan sözü olub adət-ənənə, xarakter de- 
məkdir. Etika mənəviyyat haqqında elmdir. Etika mənəvi də- 
yərlərin yaranması və inkişafı, insanların davranış normaları və 
prinsipləri haqqında elmdir. Müəyyən bir dövrdə, müəyyən so- 
sial mühitdə qəbul olunmuş davranış normaları və prinsiplər 
toplusudur. Etika bir predmet kimi əxlaqı öyrənir. Əxlaq insana 
təqdim olunan norma və qaydalardır hansı ki, onlara könüllü 
əməl etmək lazımdır. Sadə adət ənənələrdən fərqli olaraq əxlaq 
xeyir və şər, xeyirxahlıq, ədalətlilik və başqa ideallara söykə- 
nir. Qanundan fərqli olaraq əxlaqi tələblərin yerinə yetirilməsi 
yalnız mənəvi təsirin formaları ilə (məs. təsdiq və ya qınama) 
həyata keçirilir. Antik etikanın atası Sokratdır. O, əxlaqı layiqli 
həyatın və mədəniyyətin əsası hesab edirdi. Onun düşüncəsinə 
görə yalnız əxlaqlı insan xöşbəxt ola bilər. Sokrat xöşbəxtlik və 
zövqü fərqləndirir, azad iradə problemini ortaya qoyur, mənəvi 
özünüinkişafın vacibliyini vurğulayır. Etik ideyalarla bağlı sis- 
temləşmiş ilk obyektiv nəzəriyyəni qədim yunan alimi Platon 
yaratmışdır (e.ə. V-IV əsrdə). Daha sonra etikanı nəzəri bilik 
kimi sistemli təqdimatı Platonun tələbəsi Aristotel tərəfindən 
həyata keçirilmişdir. Əxlaqi xeyirxahlığı öyrənən, insanların 
xarakterinin və fəaliyyətinin hansının daha yaxşı olduğunu 
araşdıran elmi Aristotel etika adlandırmışdır. “Nikomax eti- 
kası” əsəri məhz ona məxsusdur. 
O, ilk dəfə əxlaqın dərin bir nəzəriyyəsini yaratdı. Aristo- 
telin analyışına görə etika mənəviyyat haqqında elmdir, məqsə- 
di insana necə xeyirxah və xöşbəxt olmağı öyrətməkdir. Etika 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”

 
insanlara həyat fəaliyyətinin əsas məqsədini dərk etməyə və 
dövlətdə xeyirxah vətəndaşlar tərbiyə etmək imkanlarını həll 
etməyə kömək etməlidir. Etik şüurun əsas kateqoriyaları müs- 
bət və mənfi dəyərləri xarakterizə edirlər. Yaxşı odur ki, müs- 
bət qiymətləndirilir, cəmiyyət və insan həyatı üçün vacib hesab 
edilir. İnsan və cəmiyyətə yaşamaq, inkişaf etmək, mükkəməl- 
liyə nail olmaq imkanı verir. Xeyir insanın rifahı anlamına gəl- 
diyi zaman yaxşıdır, yəni bir yaxşı əməl və düşüncə, şəxsi 
mənfəətdən uzaq və s. Yaxşıdan fərqli olaraq pis bir insanın 
həyatını və rifahını məhv edən bir şeydir. Şər həmişə məhv et- 
mək təzyiq və təhqir etmək deməkdir. Şər dağıdıcıdır, o parça- 
lanmaya, insanların bir-birindən uzaqlaşmasına, həyat verən 
mənbələrin ölümünə səbəb olur. Bu dünyda hər şey bizi pisliyə 
doğru yönəldir, xeyr işlər görməyə heç nə həvəsləndirmir, 
azadlıqdan başqa. 
Azadlıq - insanın öz maraqları və məqsədlərinə uyğun hə- 
rəkət etməsi və seçim etmək imkanıdır. İnsanlar öz fəaliyyətləri 
üçün obyektiv şərtləri seçməkdə azad deyillər. Lakin cəmiyyət- 
də icazə verilən normalar və dəyərlərin qorunması ilə bağlı 
imkanlar və vasitələri seçməkdə nisbi azdlığa malikdirlər. Əx- 
laq cəmiyyətdə mənəvi münasibətlərin rolu və mahiyyətinin 
dərk edilməsi və inkişaf etmiş vəziyyətdə elmi tərənnüm edir. 
Etika mənəviyyat haqqında elm olaraq iki hissədən ibarətdir. 
Nəzəri etika, normativ etika. Nəzəri etika əxlaqın mənşəyini və 
mahiyyətini, cəmiyyətdə rolu və yeri, funksiyaları, fəaliyyət 
mexanizmi, onun əsas komponentləri, (ilk növbədə əxlaqi şüur 
və mədəni davranış) aralarındakı əlaqələr, mənəvi münasibət- 
lərin quruluşu və ümumi əlaqələr sistemi üçün onların əhəmiy- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”

 
yətini araşdırır. Bundan əlavə nəzəri etika əxlaq dəyərlərinin 
məzmununu ortaya qoyur (rifah, xeyir, şər, həyatın mənası, 
xöşbəxtlik) onun mənasını açıqlayır, (ideal-xeyirxah) və 
meyarlarını müəyyən edir. Psixologiya və sosialogiya ilə 
təmasda olaraq cəmiyyətdə əxlaqın real səviyyəsini və ona 
təsir edən əsas faktoru araşdırır. Normativ etika (tənzimləyici) 
bir insanın necə hərəkət etməsi sualı ilə məşğul olur. Etika, 
əxlaq anlayışı, yaxşılıq, şəxsi xöşbəxtliyə nail olmaq yolları 
haqqında təsəv- vürlərin əsası XIX əsrdə qoyulmuşdur. İlk dəfə 
etika anlayı- şının mənasını böyük alman alimi İ. Kant açıqladı. 
O, qeyd edirdi ki,etikanı qapalı, bağlı bir sistem kimi həyatın 
bütün halları üçün tövsiyyələr məcmuyu kimi deyil, müxtəlif 
nəzəri mövqelərdən öyrənmək lazımdır. İ. Kanta görə əxlaqı 
gerçək- likdən, reallıqdan, faktlardan ayırmaq olmaz. 
İ. Kant etika elminin naliyyətlərini, onun daxili alterna- 
tivlərini,tarixi inkişafını göstərdi. İ. Kant prinsipial planda əx- 
laq haqqında hər şeyi demişdir. Kanta görə əxlaq həm vahid 
fərdin xüsusiyyəti kimi, həmdə sinifi antoqonist cəmiyyətin 
idealogiyasının tərkib hissəsi kimi başa düşülür. Sonradan 
Hegel tarixi əxlaq anlayışının təməlini qoydu. O əxlaq nəzəriy- 
yəsinə ailə, dövlət və vətəndaş həyatının əsas problemlərini 
gətirdi və onu zəngin sosial məzmunu ilə doldurdu. Kant və 
Hegelin mənəvi fəlsəfəsi həqiqətə yaxınlaşa bilmədi. L.Feyer- 
bax etikaya materialist formanı qaytardı. Feyerbax materializ- 
mi mexaniki və metafizik məhdudiyyətlərdən uzaqdır və canlı 
fərdin onun təbii əlaqələrinin bir yerdə öyrənilməsinə yönəlib. 
Feyerbax o biri filosoflardan daha irəli getməsinə baxmayaraq 
son həlledici addımı o da ata bilmədi. Etika insanın həyat fəa- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”

 
liyyətində öz məqsədini dərk etməyə və dövlətdə xeyirxah 
vətəndaşlar tərbiyə etmək imkanını həll etməyə yardım etməli- 
dir. Əxlaq insanlar arasında real münasibətləri təsvir edir, bu 
əlaqələrin müəyyən bir idealını yaradır,gerçəkliyi analiz 
edir,vəzifə öhdəliyini müəyyən edir. Borc insanın mənəvi 
vəzifəsi, əxlaqi öhdəliyidir. Mark Tuli Siseron qeyd edirdi
ki,mənim sakit vicdanım mənə bütün mühakimələrdən daha 
vacibdir. İn- sana təbiətən alturizm(başqa adamlara təmənnasız 
xidmət, on- ların xöşbəxtliyi naminə öz şəxsi mənafeyini 
qurban vermək) və eqoizm xüsusiyyətləri xasdır. Etika 
alturizmin eqoizmdən nə üçün üstünlük təşkil etdiyini izah 
etmək vəzifəsini öz qarşısına məqsəd qoyur. Əxlaq dəyərlərinin 
rasional dəyərləndirilməsi çox çətindir. Bəzən sağlam düşüncə 
baxımından ən yüksək mə- nəvi hərəkətlər praktiki olaraq 
əksinə istifadə edilə bilər. Təcrü- bə tez-tez əxlaqi 
təkmilləşdirmə və yaxşılıq arasında ziddiyyət- ləri göstərir, 
çünki əxlaq dəyərləri insanın təkcə ağlı ilə deyil duyğuları, 
inancları, mənəvi inamı ilə bağlıdır. Ona görədə elə bir əxlaq 
problemi yoxdur ki, onu bir dəfəlik həll etmək müm- kün olsun. 
Bu gün müasir cəmiyyətdə etikanın rolu böyükdür. Etika cə-
miyyətin əxlaqi vəziyyətini təhlil etməli, onu yaradan səbəbləri 
göstərməli, cəmiyyətin mənəvi prinsiplərini yenilə- məyə 
kömək edəcək təkliflər verməlidir. 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin