www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
13
Əvvəlki dərslərdən bildiyimiz kimi peşə etikası bir çox ic-
timai sferalarda o cümlədən əmək sferasında insanların müna-
sibətlərini tənzimləyir. Başqa sözlə peşə etikasının var olması
insanın əmək fəaliyyətinin özəllikləri ilə bağlıdır. Cəmiyyətdə
eyni funksiyaları icra edən insanlar özlərinin əmək fəaliyyətləri
sırasında eyni normaları meydana gətirirlər hansı ki,onların pe-
şə fəaliyyətinə təsir göstərir. Peşə etikasının ümumi prinsip-
lərini biz aşağıdakı kimi sadalaya bilərik:
- Yüksək mənəvi dəyərlər;
- Müvafiq peşə fəaliyyətinə məxsus olan və yaranan
normalar və dəyərlər.
Peşə münasibətləri çərçivəsində bəzən tərəflərin bərabər-
liyi pozulur. Hansı ki, hər hansı bir şəxsiyyəti alçaltmaqla mey-
dana gəlmir. Sadəcə işgüzar münasibətlər zamanı yaranır.
Məs.pedaqoq-tələbə, həkim-xəstə və s. Peşə etikasının əsas
xüsusiy- yətlərindən biri onun təşkilati xarakter daşımasıdır.
Yəni qrup maraqlarının hər şeydən öncə gəlməsi. Peşə
etikasının dəyəri ondan ibarətdir ki, o sosial inkişafın əsas
amillərindən sayılır.
İnformasiya cəmiyyətinə keçid dövrü yeni bir işçi tipini tə-
ləb edir: təhsilli, peşəkar, öz işinə ticari münasibəti olan çəxs.
Müasir cəmiyyətdə insanın mənəvi və əxlaqi keyfiyyətləri bu gün
iş mühitində əsas amillərdən biridir. Dediklərimizin nəticə-si ola-
raq peşə etikasının funksiyalarını aşağıdakı kimi təsnif edə bilərik:
Təhsillilik, tərbiyyəlilik, dünyəvilik, davamlılıq.
Dostları ilə paylaş: