A. A. Solonitsina


Peşə borcunu göstərə bilərik -



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə7/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   2   3   4   5   6   7   8   9   10   ...   68
Peşə borcunu göstərə bilərik - 
Bu ad altında müəllimin, 
həkimin və hər bir peşə işçisinin vəzifə bopcları, işə qarşı olan 
məsuliyyəti toplanmışdır. Məhz bu peşə borcunun dərk edil- 
məsi həm şəxsi maraqların həm də cəmiyyətin maraqlarının 
qarşılanmasında mühüm rol oynayır. Öz vəzifəsni, iş borcunu 
düzgün və vicdanla yerinə yetirmək başqalarının da maraq- 
larını qarşılamağa və problemlərini həll etməyə bərabərdir. Qı- 
saca vəzifə borcu - vəzifə məsuliyyəti bərabərliyindən isti-fadə 
edərək hər bir şəxs ən azından minimum səviyyədə də olsa etik 
normalara uyğun hərəkət etmiş olur. Peşə borcu ilə möh-kəm- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
16 
 
ləndirilmiş peşə məsuliyyəti mütəxəssisin müxtəlif vəziyyətlər- 
dən üzüağ çıxmasına yardımçı olur. 
İkinci mühüm kateqoriya kimi 
peşə vicdanı 
anlayışını gös- 
tərə bilərik. O peşə vicdanı ki, nəticəyə baxmağa kömək edir və 
nəticələri ümumbəşəri dəyərləri nəzərə almaqla qiymətləndir- 
məyə təkan verir. 
Peşə ədaləti 
hansı ki, müəllimlərə, həkim və s. peşə sa- 
hibləri üçün əhəmiyyətlidir. Ədalətlilik prinsipi işçilər arasında 
mövcud olmalıdır. Ədalətsizlik insana ziyan vurduğu kimi cə- 
miyyətə də böyük ziyan gətirir və ya digər peşə fəaliyyətinin 
nəticələrində əks olunur. 
Peşə şərəfi və peşə ləyaqəti 
bu və ya digər peşənin əhə- 
miyyətlilik dərəcəsini göstərir. Həmçinin nəzərdə tutulan peşə- 
nin təmsilçilərinin mürəkkəb sosial sistemdəki rolunu müəyyən 
edir. Məsələn: müəllim təkcə öz imici haqqında deyil, ictimay- 
yət arasında öz peşə nüfuzunu qoruyub saxlamalıdır. Hər bir 
şəxs və hər bir fərd tərəfindən peşənin dəyərinin dərindən mə- 
nimsənilməsi peşə ləyaqətini formalaşdıran əsas amildir. Peşə 
şərəfi, peşə ləyaqəti bir-birini tamamlayır və biri-birinə dəstək 
verən əsas amillərdən biridir. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin