www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
30
dur. Aristotel iqtisadiyyatı iqtisadi etikadan heç vaxt ayırma-
mışdır. O öz oğlu Nikomaxa istehsalın rifahına yönəlik işlərlə
məşğul olmağı tövsiyə etmişdir. Onun bu prinsipləri katolik və
protestant ilahiyyatçılarının ideya və konsepsiyalarında öz inki-
şafını tapdı hansı ki, uzun müddət biznes etikası üzərində gər-
gin düşünmüşlər.
İlk iqtisadi-etik konsepsiyalar ABŞ-ın Ford Avtomobil
şirkətinin yaradıcısı Henri Forda məxsus olmuşdur. Fordun dü-
şüncəsinə görə yaxşı iş və yaxşı sosial vəziyyət ancaq etik cə-
hətdən sağlam düşüncə çərçivəsində düzgün və vicdanlı işlə-
məklə yaradılır. Fordun iqtisadi etikası onunla bağlıdır ki, is-
tehsal olunan məhsul təkcə reallaşmış işgüzar nəzəriyyə deyil,
bundan daha böyük əhəmiyyət kəsb edir. Yəni iş təkcə gəlir
deyil eyni zamanda xöşbəxt olmanın əsas ünsürüdür. Güc və
maşın, pul və mülkiyyət o zaman faydalıdır ki, onlar həyat
azadlığı verir.
Dostları ilə paylaş: