www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
50
ETİKA VƏ ETİKET ANLAYIŞLARI ARASINDA
ƏLAQƏLƏR VƏ FƏRQLƏR
Etikanın bir elm kimi tədqiqat obyekti əxlaqdır.O insanın
şüurunu, davranışını həyatın bütün sahələrində işdə, həyatda,
siyasətdə, ailə münasibətlərində, kollektivdə, beynəlxalq müna-
sibətlərdə, təbiətlə əlaqədə tənzimləyir. Əxlaq insan şəxsiyyə-
tinin formalaşmasında və dərk olunmasında iştirak edir. Etika
A. Şveyserə görə yaşayan hər şeyə görə sərhədsiz məsuliyyət
deməkdir. İşgüzar etikanın bütün istiqamətləri etika normala-
rına əsaslanır. Bir çox alimlərin fikrincə müasir işgüzar etika üç
prinsipə əsaslanmalıdır. Ən mühüm müddəalar:
- Maddi dəyərlərin müxtəlifliyi, onların bütün formalarda
yaradılması vacib proses kimi nəzərdən keçirilir;
- Mənfəət və digər gəlirlər cəmiyyət üçün əhəmiyyətli
məqsədlərə çatmağın nəticəsi kimi nəzərdən keçirilir;
- İş dünyasında yaranmış olan problemlərdə əsas prioritet
şəxsiyyətlərarası münasibətlər olmalıdır,istehsal deyil;
- İşgüzar etikaya əməl etmək həm fərdi işçinin, həm də təş-
kilatın peşəkarlığının qiymətləndirilməsinin əsas meyarlarından
biridir;
- İşgüzar etika insanlar tərəfindən birgəfəaliyyət prosesində
yaratmış olduğu ümumi davranış qaydalarına əsaslanır;
Etiket - harda olmasından asılı olmayaraq təyin edilmiş
davranış qaydalarıdır. Bu müxtəlif hüquqi sosial və intellektual
statuslu insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən
normalardır. Etiket insanın daxili dünyası ilə xarici aləmini
birləşdirir. Etiket insanlar arasında cəmiyyətdə nəyin məqbul,
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
51
nəyin qeyri-məqbul olmasını göstərir. O, nəzakət, mədəniyyət,
alicənablıq anlayışları ilə bağlıdır. Etiketin əsasında insanlara
hörmət durur. İlk dəfə etiket Fransız kralı XIV Lyudovikin
saray mərasimlərində ortaya çıxıb. XIV Lyudovikin saray
qəbullarında qonaqlara davranış qaydaları haqqında kart
verilirdi. Etiket sözü XVII əsrdə Versalda yaranaraq tərcü-
məsiz və şərhsiz bütün dillərdə dünyaya yayılmışdır. Etiket
cəmiyyətdə,insanlar arasında nəyin məqbul və ya qeyri-məqbul
olmasını tənzimləyir.Əxaq normalarından fərqli olaraq insanla-
rın razılaşmaları yazılmamış xarakter daşıyır. Etika mənəvi
normalarla fəaliyyət göstərir. Bəzi hallarda etika və etiket üst-
üstə düşür. Məs. həqiqəti demək etika və etiket nöqteyi nəzə-
rindən vacibdir. lakin nəzakətli münasibəti etiket tələb edir.
Həm etiket, həm də etika fərqli davranış qaydaları kodeksləri
təqdim edir. İş adamı bunları mütləq düşünməlidir. Məs. bir
kişi qadını xuliqanlardan qoruyur, onlarla döyüşür, etik olma-
yan sözlər deyir. Etik baxımdan bu sözləri istifadə etmək yaxşı
deyil, lakin bu vəziyyətdə qeyri-etik hesab edilmir. Bu vəziyyət
etikanın deyil, etiketin pozulmasıdır. Kişi qətiyyət güc göstərdi,
hansı ki, müsbət keyfiyyətlərdir, qadını xuliqanlardan müdafiə
etdi. Etika və etiket təsdiqləyir ki, dövlət əmlakından istifadə
etmək olmaz. Əgər bir işçi başqaları ilə söhbətdə orda iştirak
etməyən digər əməkdaşı tənqid edirsə əlbəttdə ki, etiketi pozur.
Lakin şirkətin psixoloqu işçi haqqında və yaxudda pasienti
haqqında başqasına şikayətçi olduqda bu etikanın pozulması-
dır. Əxlaq qanunları, problemləri daha geniş şəkildə nəzərdən
keçirir və belə xırdalıqlara toxunur. Hədiyyələrin alınması, ve-
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
52
rilməsi, mübadiləsi, etiketlə bağlı hər bir problem təşkilatın və
cəmiyyətin etik standartları nəzərə alınmaqla həll olunmalıdır.
Məs. nə Şərqdə nə də Qərbdə saat bağışlamaq adət deyil. Ya-
poniyada dörd rəqəmi uğursuz deməkdir. Buna görə Yaponlara
dörd predmetdən ibarət olan nə isə bağışlamaq və yaxud dörd
personlu serviz hədiyyə etmək hörmətsizlik hesab edilir. Etiketi
bilməmək həssaslıq, özünə inamın olmamasına,söhbətin doğru
olmayan istiqamətdə inkişafına və bu vəziyyətdə təşəbbüskarlı-
ğın məhdudlaşmasına gətirib çıxarır. Bunun gələcəkdə gətirə
biləcəyi faydaları bilərək Yapon şirkətləri hər il işçilərinə yaxşı
davra-nış qaydaları, ünsiyyət üsulları öyrədir, bu məsələ ilə
bağlı öz işçilərinə məsləhət verir. Onlar etiketin öyrənilməsinə
yüz milyonlarla dollar xərcləyir. Onlar haqlı olaraq inanırlar ki,
bu gün bu məqsədlə daha çox pul sərf etmək lazımdır ki, nəinki
sabah öz patensial müştərilərini və satış bazarlarını itirmək.
İşçilərin düzgün geyinməsi, bir-biri ilə düzgün davranması,
müştərilərlə, idarəçilərlə məktubu düzgün tərtib edə bilməməsi,
telefonla kübarca,təmkinlə ünsiyyət qura bilməməsi, işçi heyə-
tin düzgün seçilməməsi bəzən karyeranı çökdürür. Söyləmək
çətindir ki, pis davranış və tərbiyəsizlik səbəbindən hər il nə
qədər pul itirilir. XIX əsrin ingilis yazıçısı Dj. Lebbok bu
münasibətlə doğru şəkildə qeyd edir: “Həyatda uğur qazanmaq
üçün ünsiyyət istedadan daha vacibdir.” İşgüzar etiket qayda-
ları iş adamlarının iqtisadi, maliyyə maraqlarının yaxınlaşma-
sına kömək edir, xarici tərəfdaşlarla işgüzar əlaqələrin qurul-
masını təmin edir. Biznes və ya işgüzar etiketi bilmək sahib-
karlıq uğurunun tələbədir. Deyl Karneqinin sözlərinə görə” Bir
insanın maliyyə işində müvəffəqiyyətinin on beş faizi onun
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
53
peşəkar biliklərindən və səksən beş faizi isə ünsiyyət qurma
qabiliyyətindən asılıdır.” Həm etika, həm də etiket bir şəxsin
necə davranması lazım olduğunu göstərir. Etika və etiket bir-
biri ilə yanaşı addımlayır. Müvəffəqiyyət üçün müəyyən hallar-
da düzgün davranışın xüsusiyyətlərini öyrənməyin vacibliyini
anlamaq lazımdır. Bu insana müəyyən vəziyyətlərdə özünü ne-
cə aparmasına kömək edir. Onda peşə hazırlığı ilə bağlı prob-
lemləri həll etmək mümkün olacaq.
Dostları ilə paylaş: |