www.kitabxana.net – Milli
Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
57
İŞGÜZAR ETİKETİN ƏSAS ELEMENTLƏRİ
(Salamlaşmaq, təqdimat, müraciət,
subordinasiya)
Salamlaşmaq
- nəzakətin birinci nümayişidir. Salamlaşarkən
müxtəlif ifadələrdən istifadə etmək olar. ”Axşamın xeyr”, ”Sa-
lam” və s. Eyni zamanda ara sözlər də var ki, onlar yalnız dost-
luq mühitində uyğun ola bilər. Onlardan sui-istifadə etmək ol-
maz. İşgüzar mühitdə tanımadığın insanlar arasında bu sözləri
işlətmək uyğun deyil. Ara sözlərin
istifadə edilməsi tərbiyədə
müəyyən çatışmazlıqların olmasına dəlalət edir. ”Sabahın xe-
yir” 12.00 qədər, ”Gün aydın” 18.00 qədər. ”Axşamın xeyir”
18.00 sonra deyilə bilər. Rəsmi salamlaşma “Salam”, ”Sağolun”
hesab edilir. Etiket qaydasına görə öz tanışlarınızla gündə bir
neçə dəfə rastlaşsanız belə salamlaşın. Əgər nəzakətli sözlər tü-
kənmişsə ən azından gülümsəyə bilər,
özünü görməməzliyə vur-
mamalıdır. Əhval-ruhiyyədən, psixoloji vəziyyətdən asılı olma-
yaraq etiketin tələblərinə əməl etmək lazımdır. Məs. sıx
əlaqə-
lərə baxmayaraq nəzakətli qaydada salamlaşmaq lazımdır. Gənc
adam yaşlı qadınları və kişiləri salamlayan ilk şəxsdir. Lakin əv-
vəlcə əllərini onlar uzatmalıdır. Bərbər otağına,vaqon kupesinə,
teatr lojasına daxil olarkən birinci salamlaşırsan. Kişi və qadın
olmağından asılı olmayaraq eyni statuslu
insanlar rastlaşanda ilk
olaraq daha yaxşı tərbiyə olunmuş insan salamlaşır.
İki cütlük rastlaşanda əvvəlcə qadınlar bir-birini salamla-
yır, sonra qadınlar kişiləri, sonda isə kişilər görüşür. Görüşərkən
papağı, şlyapanı, kepkanı çıxartmaq adəti hələ də saxlanılır.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
58
Dostları ilə paylaş: