A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə27/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   23   24   25   26   27   28   29   30   ...   68
 
Şəkil 5
Öz üzünü göstərən adam üzünü gizlədən adamlardan fərqli 
olaraq dost təəssüratı yaradır. Eyni zamanda bununla bağlı
qış papağı, toxunma papaq, beretkanı çıxartmaq qəbul edilmir. 
Əgər insanlar arasında böyük məsafə varsa səslə salamlaşmaq 
məqsədə uyğun deyil, baş əymək lazımdır. Baş əymək formal, 
nəzakətli, soyuq, isti, hörmət dolu, dərin ola bilər. Məs. kişilər 
çox zaman bir-birinin əlini sıxmaqla salamlaşırlar. Bu halda 
masanın üzərin- dən əl uzatmaq olmaz. Salamlaşmaq üçün 
masadan qalxmaq lazımdır. İslam dini kişi və qadınların görüşü 
zamanı nəinki əllə- rini sıxmağı hətta sadə toxunmağı belə qəbul 
etmir. Cənub Şərqi Asiya ölkələrində bir-birinin əlini sıxmaq adət 
deyil. Oturmuş kişi qadın daxil olarsa ayağa qalxmalı, ona yer 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
59 
 
təklif etməlidir. Qonaq gələrkən birinci növbədə evin sahibəsi və 
sahibi ilə, sonra qonaq- larla, əgər onlar çoxdursa baş əyir ya da 
salam verir. Əgər qonaq azdırsa hər birini salamlamaq lazımdır. 
Beləliklə nəzakət qaydalarına uyğun olaraq birinci kişi qa- 
dını, kiçik böyüyü, keçən adam duran adamı, geçikən gözlə- 
yəni salamlamalıdır. Beləliklə salamlaşmaq əlaqə qurmağa, ta- 
nışlığa xidmət edir. Əvvəllər kimi təqdim edirdilərsə onu sa- 
lamlayırdılar. Birilə tanış olmaq və yaxudda kimi isə tanış et- 
mək üçün özünü tanıtmaq və ya təqdim etmək lazımdır. Etiket- 
lə bağlı nəzərdə tutlan qaydalar nə zaman və necə təqdim olun- 
mağı göstərir. Orta əsrdə Yaponiya ilə ticarət əlaqələrinin necə 
qurulduğunu xatırlayın, hansı ki, Meydzi dövrünə qədər bütün 
dünya üçün bağlı olub. İşgüzar əlaqələr qurmaq üçün bura 
gələn bir tacir imperatorla tanış olur. Təqdimat prosesi o qədər 
alçaldıcı idi ki, bunu qəbul etmək hər bir xarici qonağın gücü 
deyildi. Əcnəbilər qapıdan qəbul zalına deyilən yerə qədər dizi 
üstə sürünməli, qəbuldan sonra eyni şəkildə xərçəng kimi 
uzaqlaşaraq qapının arxasında gizlənməli idi. Etiket qaydaları- 
na uyğun olaraq kişini qadına, kiçiyi-böyüyə, subay kişini evli 
kişiyə, vəzifəsindən asılı olaraq aşağı vəzifədə olanı ondan yu- 
xarı vəzifədə olana təqdim edirlər. 
Məruzəçi və artisti mütləq təşkilatçlar təqdim edir. Yeni 
işçini rəhbər təqdim edir. Əgər bunu hər hansı səbəbdən 
edə bilməyibsə işçi özünü təqdim etməli adını, soyadını, 
atasının adını, vəzifəsini deməlidir. Hal-hazırda bir iş qadını 
vasitəçi olmadan belə özünü təqdim edə bilər. Qonaqları 
tədbirdə hə- min tədbirin sahibəsi, sahibi yada təşkilatçılar 
təqdim edir. Gec gələnləri isə əvvəl gələnlərə təqdim edirlər. 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
60 
 
Lakin gənc adam- ları nə vaxt gəlməyindən asılı olmayaraq 
təqdim edirlər. Özü- nüzü necə təqdim edə bilərsiniz? 
Hər kəs cinsindən, yaşından asılı olmayaraq bunu seçmək- 
də azaddır. Təqdimata görə iki tövsiyyə təklif olunur. Öncə ki- 
şinin soyadını xanıma, sonra isə xanımın soyadı, kiçik olanın 
soyadı, daha sonra isə yaşlının soyadı təqdim edilir. Yeni tanı- 
şının soyadını təqdim edərkən günaydın demək adətdir. Eyni 
cinsdən, eyni yaşdan və eyni vəzifədən olan insanları təqdim 
etmək üçün bu formadan istifadə etmək olar. 
Kimi kimə təqdim etdiyinə diqqət etmədən buyurun tanış 
olun hörmətli həmkar yoldaşlarım demək lazımdır. Təqdimat- 
dan sonra tanışlığı təsdiq etmək üçün fikir mübadiləsi etmək və 
ya qısaca danışmaq olar. Bu zaman təşəbbüs ya qadında ya da 
yüksək vəzifəli şəxsə həvalə olunur. Bir çox ölkələrdə titullara 
daha çox önəm verilir. Buna görə bu sahədə beynəlxalq etiket 
sadələşdirilir. Yalnız protokol xarakterli mərasimlərdə iştirak 
edənlərin titulu tam şəkildə qeyd olunur. Ünsiyyətin yaranması 
üçün başlanğıc müraciətdir. Bu həmsöhbətə adı, atasının adı, 
soyadı, vəzifəsinə müraciətdə ifadə olunur. Bu adətən insana 
hörmət əlaməti və nəzakət ifadəsidir. Tanışlıq və ünsiyyət 
müraciətdən başlayır. Müasir etiket baxımından müraciət for- 
malarının seçilməsi bir neçə şərtdən asılıdır.
Siz rəsmi və qeyri-rəsmi şəraitdə tanımadığınız və az 
tanıdığınız hörmətli insanlara deyilir. Rəsmi ünsiyyət zamanı, 
hətta yaxın və eyni zamanda tanış adamlara siz deyə müraciət 
edilməlidir. Gənc adam ondan yaşca böyük olan insana birinci 
sən deyə müraciət edə bilməz, əgər sonuncu sən deyə ilk olaraq 
ona müraciət etməyi təklif etməsə. Əsas odur ki, sən müraciəti 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
61 
 
işgüzar mühitdə və şəxsi həyatda tətbiq olunmasın. Rəhbər öz 
tabeçiliyində olanlara sən deməməlidir. Tabeçilikdə olanlar 
rəhbərə yaxın və qohum olmaqlarından asılı olmayaraq ona sən 
deyə müraciət edə bilməzlər. Adsız müraciət formal 
müraciətdir. Adla və soyadla bağlı müraciət bu şəxsiyyətə olan 
müraciətdir. Adını soyadını söyləyərək insan ləyaqətinə olan 
hörməti vurğulamaq və onun mənəvi təzahürünü nümayiş 
etdirmək deməkdir. Belə müraciət o insanın mədəniyyətindən, 
tərbiyəsindən, nüfuzundan xəbər verir. Bu xüsusiyyətlər tərbiyə 
olunur, sonra isə vərdişə çevrilir. İşgüzar münasibətlərdə iş 
adamı məsafəni gözləməlidir. O pilləcə özündən aşağıda duran 
vəzifəlilərin mənafeyini alçaltmamaq üçün onların başı 
üzərindən 
birbaşa 
göstəriş 
vermir. 
Xoşuna 
gəlib, 
gəlməməyindən asılı olmayaraq, bütün işçilərə eyni münasibət
bəsləməli, qarşılıqlı əlaqələrdə öz şəxsi xahişləri üçün 
tabeliyində olanlardan sui-istifadə etməməlidir. İşdən kənar
yerdə məsafənin saxlanması (teatrda, restoranda, istirahətdə 
və s) gülüncdür. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin