GÖRÜNÜŞ MƏDƏNİYYƏTİNDƏ ETİKET İnsanlar ilk dəfə bir insanı görəndə onun xarici görünüşünə
diqqət yetirirlər. Geyim üzrə məsləhətçi Debra Qay Koks qeyd
edir ki, “İnsanlar sizə baxarkən onların öz qarşılarında gör-
düklərinin 90% sizin geyimlərinizdir.” Geyim ətrafındakılara təsir
edir. Təsadüfi deyilmir ki, insanda birinci onun xarici gö-
rünüşünu, sonra danışığına görə daha sonra kabinetinin inter-
yerinə görə mühakimə edirlər. Görünüş bir qayda olaraq insa-nın
daxili, mənəvi məzmununu əks etdirir. Koks deyir ki, bizim
geyimimizə bir baxışla bizim kim olduğumuzu, harada yaşadı-
ğımızı müəyyənləşdirirlər. İnsanın mədəniyyəti onun geyimində
əks olunur. Geyim insanın vizit kartı hesab olunur. Geyim
ünsiyyət tərəfdaşlarına insan haqqında, onun zövqü, hansı sosial
və peşəkar təbəqəyə aid olması haqqında məlumat verir. Zövqlə
seçilmiş geyim, aksessuarlar və səliqəli görünüş onu daha inamlı
edir. Təsadüfi deyil ki, Rokfeller öz biznesinə başlamaq üçün
axırıncı puluna bahalı kostyum almış və qolf klubunun üzvü
olmuşdur. Geyinmək bacarığı, otağa daxil olmaq və tənzim etmək
qabiliyyətindən daha vacibdir. Qədimlərdə deyirdilər ki, geyim
qədər heçnə gözə görükmür. Bir sahibkara ilk dəfə baxarkən
dərhal özü və rifah barədə təəssürat yaranır. Geyimlərin rəngləri
də böyük əhəmiyyət daşıyır. Rənglərin təsiri güçlü bir psixoloji
qıcıqlandırıcıdır. Onlar sakitləşdirə bilər, tərəfdaşları müsbət
emosiyalara kökləyə bilər. Müasir psixodiaqnostikada geniş
tanınan rəng testinin yaradıcısı M. Lyuşerə görə hər bir rəngin öz
psixoloji mənası vardır. Bu yerli psixoloqlar tərəfindən də
təsdiqlənir. Geyim mütləq yerə, vaxta, tədbirin xarakterinə uyğun
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
68
olmalıdır. Onu düzgün geyinmək lazımdır. Kostyum nə qədər
açıq olsa onun keyfiyyəti bir o qədər yüksək olmalıdır.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
69