A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə31/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   27   28   29   30   31   32   33   34   ...   68
 
KİŞİLƏR ÜÇÜN GEYİM
Geyim bir iş adamının xarici simasını əks etdirir.Bu şəx- 
siyyətlərarası münasibətlərdən narahat olan insanların diqqətini 
cəlb edir. ”Geyimin dili” kitabının müəllifi Elison Lurenin söz- 
lərinə görə moda bir işarə dilidir, qeyri-şifahi ünsiyyət sis- 
temidir.Sosioloqlar qeyd edirlər ki,moda işarə dili və qeyri- 
verbal əlaqə sistemidir. Kişilərin geyimində əsas kostyumdur. 
Ən geniş yayılmış kişi kostyumlarından ingilis, avropa, ameri- 
ka üslublarıdır. Ümumi qəbul olunmuş kostyum rəngləri göy- 
tünd göy, boz, qəhvəyi rənglərdir. Açıq rənglər minimum 
hökm nümayiş etdirir. Təntənəli hadisələr üçün qara rəngə 
üstünlük verirlər. Pencəkdə üstən tikilən yan ciblər çanağı iri 
göstərir. Beldən aşağı düymələnən pencəklər bədəni uzun, 
ayaqları gödək göstərir. Ayaqları qısa olan kişilər uzun 
pencəklər daşımır. Rəsmi görüşlərdə kişi pencəyi düymələnmiş 
olmalıdır. Kabinetə daxil olarkən, ali kürsüdə oturarkən, yığın- 
cağa gedərkən məruzə edərkən və qəbula gedərkən teatra və s. 
pencək düymələnmiş olmalıdır. Buna baxmayaraq lazımi düy- 
məni bağlamırlar, əlbəttə ki, düymə tək deyilsə. Masa arxasın- 
da səhər yeməyi, nahar, şam yeməyi zamanı, kresloda oturar- 
kən pencəyin düymələrini açmaq olar. Qış mövsümündə müa- 
sir işgüzar kişilər köynək əvəzinə sviterlərə üstünlük verirlər. 
Belə halda pencəyi iş vaxtı düymələməmək olar. Əlləri cibdə 
saxlamaq qəbahət hesab edilmir. Belə halda kişi özünü daha 
rahat və işgüzar hesab edir. Müxtəlif tədbirlər üçün işgüzar ki- 
şilərin ən azı üç kostyumu, müxtəlif rənglərdən ibarət olan 12 
ədəd pambıq köynəyi olmalıdır. Köynəklərdə incə zolaq və 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
70 
 
damalar qəbul ediləndir. Köynəyin qolları uzun yaxası klassik 
olmalıdır. Lakin qeyri-standart boynu və üz forması olan kişilər 
üçün yaxa seçimi vacibdir. Uzun arıq boynu olan qamətli kişi- 
lərdə ensiz və ya uzun iti uclu köynək yaxaları gizlədilməli 
olan cizgiləri qabardır. Onlara daha çox enli yaxalı köynəklər 
yaraşır. Belə köynəklər boynu daha enli göstərir. Qısa boyunlu 
üzü dolu kişilər ensiz yaxası olan köynəklərdə daha effektiv 
görünürlər. Hündür boğazlı və ilməkli köynək yaxalığı orta 
boyunlu kişilər üçün daha yaxşıdır. Köynək və pencəklərdə 
eyni zamanda idman və hərbi elementləri olan böyük ciblər 
qəbul edilmir. Tutaq ki, bir böyük cib. Adətən cibdə onu tikən 
şirkətin işarəsi və yaxuda emblemi olur. ”Uğur üçün geyim” 
kitabında Con Molloy yazır: “Əgər mənim yazdıqlarımı ciddi 
qəbul etmək niyyətindəsinizsə onda heç vaxt həyatınız boyu 
işgüzar görüş zamanı sadə bir kuryer və ya bir şirkətin başçısı 
kimi son zamanlarda işləməyinizdən asılı olmayaraq qısa qol 
köynək geyinməyəcəksiz.” Qısa qol geymək orta təbəqənin, 
aşağı sosial sinfin simvoludur və bu səbəblə psixoloji olaraq 
hörmət və güc hisslərini ortaya qoya bilməz. Eleqant köynəklər 
mütləq cibsiz olmalı, amma əgər varsa ona heçnə qoymaq 
olmaz. Köynəyin yaxası ucuz köynəklərdə olduğu kimi qals- 
tuka bağlı qalmalıdır. Köynəklərin manjeti sadə olub bir və 
ikili (fransıca) düymələrlə bağlanılır. Belə manjetlərin genişliyi 
və detalları sayəsində əllər uzun görünmür. Düymələrin əvəzinə 
istifadə edilən aksessuarlar mümkünsə incə təbii rəngli daşlardan, 
qızıl və gümüşdən olmalıdır. Sünii materiallar qəbul edilə bilməz. 
Qalstuk kişilərin gündəlik iş geyimlərinin əsas hissəsidir. O fərdi- 
liyi əks etdirir. Qalstuk kişi qarderobunda yeganə şeydir ki, 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
71 
 
birmənalı olaraq bəzək kimi istifadə olunur. Qalstukun eni, uzunu, 
forması və ölçüsü dəbə tabe olur. Rəngi, təsviri kostyumdan, 
yerindən, günün vaxtından asılıdır. Qışda, tünd və dəri tonlardan, 
yayda isə rəngli, parlaq tonlardan istifadə edirlər. Hər mövsüm öz 
manerasını, rəngini diktə edir.
Qalstuklar mühüm məlumatları digər insanlara çatdırır.
Rəng və təsvir onun sahibinin əhval- ruhiyyəsindən danışır. 
Qalstuklar elə seçilməlidir ki, onlar gözə çarpmasın. İstirahətdə 
olarkən üzərində insan və heyvan təsvirləri olan qalstuklardan 
istifadə edilməsi müvafiqdir. Qalstuk üçün bənövşəyi, yasəmən, 
çəhrayı, parlaq, qırmızı tövsiyə edilmir.
Qara qalstuk yas mərasimlərinə uyğun gəlir. Yalnız qalstuk 
deyil, ayaqqabıda kişinin ictimai statusuna və uğruna işarədir. 
Təbii dəridən olan şunurlu yüngül yarım çəkmələr kostyumu 
tamamla- yır. 
Məs. Şunurlu qara çəkmələr, şunurlu qara dəridən olan 
klassik yarım çəkmələr və s. bir nömrəli təbii dəridən sadə stildə 
hazırlan- mış makasinlərdə mümkündür. Yüksək dabanlı və laklı 
ayaqqabılar geyinilmir.
Bir iş adamı məxmər dəridən olan ayaqqabı geyməz. Bu iş 
mühitində qəbul edilmir. Lak ayaqqabılar yalnız smokinqə uy- 
ğun gəlir. Ayaqqabı mütləq daxildən və xaricdən təmiz 
olmalıdır.


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
72 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin