www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
49
dıra bilməz. Çünki müəssisəni məqsədə çatdıran onun çalışan-
larıdır. Bunun üçün menecer öz çalışanları ilə maraqlanmalıdır;
- Diqqət göstərmə - əsasən menecer qərarları təkbaşına ver-
məməlidir. Müəssisənin taleyi ilə bağlı qərarlarda menecer alt
təbəqədən tutmuş üst təbəqəyə qədər hər bir işçinin fikrini öy-
rənməli və dəyərləndirilməlidir;
- Menecer həmçinin öz işçilərinin arasındakı münaqişələri,
anlaşılmazlıqları həll etməli və pozitiv işgüzar mühit yaratma-
lıdır. Digər bir tərəfdən menecer işçilərin sosial problemləri ilə
maraqlanmalı, işçilər üçün önəmli günlərdə (məs. ad günü, toy
və.s.) ona əhəmiyyət verməli, daim yanında olmalıdır;
- Menecer mükafatlandırmağı bacarmalıdır. Müəyyən
dövrdə (aylıq və ya illik) yüksək perfomans göstərmiş şəxsi və
ya işçini mükafatlandırmaqla ona müəssisə tərəfindən böyük
önəm verilməsi hissi aşılamalıdır;
- Menecer işçiləri bir məqsəd uğrunda birləşdirməyi bacar-
malı, lazım olduqda onları ruhlandıraraq, məqsədə daha effek-
tiv çatmağa kömək etməlidir.
Dostları ilə paylaş: