A. A. Solonitsina


BİZNESİN SOSİAL MAHİYYƏTİ



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə21/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   17   18   19   20   21   22   23   24   ...   68
 
BİZNESİN SOSİAL MAHİYYƏTİ
Biznes çox böyük bir fəaliyyət sahəsidir. Geniş mənada 
biznes anlayışı müxtəlif cür ifadə oluna bilər. Biznes mənfəət 
əldə etmək məqsədilə digərlərini (müştəriləri) mal və xidmət- 
lərlə təmin etmək fəaliyyətidir. Tərifdən göründüyü kimi müş- 
tərilər biznes prosesində xüsusi mövqeyə malikdir. Müştərilər 
hər bir biznesin mövcudluğunun əsasını təşkil edir. Yəni əgər 
sənin müştərin yoxdursa,biznesin yoxdur. Bu zaman mənfəət 
gəlirin biznes fəaliyyətilə ilə bağlı bütün xərclər çıxıldıqdan 
sonra qalan hissəsidir. Biznes olduqca çoxsahəli sahələrdən 
biridir. Misal olaraq tikinti,məhsul istehsalı,bankçılıq, sığorta, 
turizm, nəqliyyat və s. göstərə bilərik. Hər bir sahibkar özünə 
uyğun bildiyi sahəni seçir,fəaliyyət göstərir. Biznes fəaliyyətin- 
də əsas motiv sahibkar üçün mənfəət əldə etmək olsa da dolayı 
yolla iqtisadiyyatın, bütövlükdə ölkənin inkişafına yardım edir. 
Bu təsiri tanınmış iqtisadçı Adam Smit “görünməz əl” adlan- 
dırmışdır. Məsələn konfet istehsalı. Şirkətin birbaşa məqsədi 
konfet satıb mənfəət qazanmaq olsada eyni zamanda onun 
əhəmiyyəti müştəriləri, əhalinin tələbatını təmin etmək, ölkə 
iqtisadiyyatını gücləndirməkdir. Bu misaldan aydın görünür ki, 
əslində biznes fəaliyyətinin ölkənin həyatında rolu şox böyük- 
dür. Biznesin əsas məqsədi mənfəət əldə etmək olsada heç də 
bütün bizneslər mənfəət əldə edə bilmir. 
Biznesə başlayan şəxs sahibkar hesab olunur. Sahibkar 
biznesi özü idarə etməyə də bilər. Ümumiyyətlə biznesi işə sal- 
dıqdan sonra onun normal fəaliyyətini təmin etmək üçün mene- 
cerlərə və digər işçilərə ehtiyac yaranır. Bu həm də onunla bağ- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
47 
 
lıdır ki, sahibkarın menecerlik qabiliyyətinin olması şərt deyil. 
Qeyd etməliyilik ki, bizneslər təkcə sahibkarına mənfəət gətir-
mək üçün deyil, biznesin iqtisadi əhəmiyyəti odur ki, o insanları 
zəruri olan ərzaq, paltar, ev, nəqliyyat, tibbi xidmət və s. digər 
tələbatlarla təmin eləyir. Biznes etikası, biznes fəaliyyətində, 
biznes qərarlarında, işçilərin, səhmdarların, müştərilərin, inves- 
torların, hökumətin, cəmiyyətin maraqlarını nəzərə almağı tə- 
ləb edir. Burada uzunmüddətli dövrdə uğurun təmin olunması 
üçün dürüstlüyün, ədalətliliyin, rəqiblərə hörmətin, yüksək etik 
standartların gözlənilməsi vacib şərtdir. Biznesin normal fəa- 
liyyət göstərməsi üçün rəqabət şəraitinin də rolu böyükdür. 
Rəqabət şəraiti o zaman təmin olunur ki, nə alıcılar nə də satı- 
cılar bazarda hökmranlıq etməsin. Normal rəqabətli bazarlarda 
şirkətlər qiymətlərin formalaşmasında birbaşa iştirak etmirlər. 
Tələb və təklifin nəticəsində bazar qiyməti formalaşır. Bu halda 
hansı şirkət xərclərini bazar qiymətləri ilə ödəyə bilirsə bazarda 
qala bilir. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin