A. A. Solonitsina


Etika komitələrinin təşkili



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə20/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   16   17   18   19   20   21   22   23   ...   68
Etika komitələrinin təşkili 
- bu komitələrə əsasən şirkətin 
yüksək vəzifəli rəhbərləri, şirkətdəki pay sahibləri və digər 
maraqlı tərəflər daxil edilirlər. Onlar barışdırıcı hakim rolunu 
yerinə yetirir, mübahisəli etik məsələlərdə rəsmi mülahizələrlə 
şirkətin marağı nöqtey-nəzərindən çıxış edirlər. İctimai yoxla- 
maların aparılması, sosial məsuliyyət proqramının həyata keçi- 
rilməsinin gedişi, eləcədə biznesin aparılmasının etik tərəfləri, 
idarəetmə çözümlərinin qəbul edilməsi, əməkdaşlararası müna- 
sibətlər və.s. bağlı hesabat hazırlanıb ictimayyətə təqdim edilir. 
Bir qayda olaraq bu hesabatların hazırlanmasına şirkətdən kə- 
nar nüfuzlu araşdırma qurumları cəlb edilir. 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
44 
 
İŞGÜZAR ETİKANIN NORMALARI
İnsanlar tərəfindən yaradılmış mənəvi normalar əsasən 
qarşılıqlı münasibətlərin düzgün qurulmasına yönəlmişdir və 
eyni zamanda rəngarəngdir. Bu rəngarənglik sadaladığımız 
normaların güclü təsiri, eyni zamanda həyatın bütün sahələrinə 
təsiretmə qabiliyyətilə izah olunur. Bu rəngarəngliyin yaranma- 
sının digər səbəblərindən biri onların təkcə insanlararası müna- 
sibətlərdə deyil, həmçinin müxtəlif kodekslər qanunlar çərçivə- 
sində peşə münasibətlərində də istifadə olunmasıdır. Bu müna- 
sibətlərin öyrənilməsində əsas sferalardan biri biznes etikası və 
ya işgüzar etikadır. Təbii ki,elə bir xüsusi təşkilatlar yoxdur ki, 
bu normaların yerinə yetirilməsinə şəxsən nəzarət etsin. Amma 
təcrübəli biznesmenlər öz iş fəaliyyətlərində bu kimi norma- 
ların yerinə yetirilməsinə şəxsən nəzarət edirlər. Həyat göstərir 
ki, o biznes gəlir gətirir ki, orada maddi məqsədlərlə yanaşı 
mənəvi dəyərlərdə üstünlük verilir. İndi isə praktiki normalarla 
və tələblərlə tanış olaq. 
- Heç vaxt gecikməyin, gecikmə sizin həmkarlarınız tərə- 
findən hörmətsizlik kimi qəbul oluna bilər. Əgər siz hər hansı 
səbəbdən dolayı gecikirsinizsə mütləq əvvəlcədən xəbər ver- 
mək lazımdır. Bu təkcə qarşılıqlı əlaqələrdə deyil həmçinin iş- 
lərin vaxtında yerinə yetirilməsi üçündə əhəmiyyətlidir.Başqa 
sözlə prinsipiallıq işgüzar etikanın əsas ünsürlərindən biridir. 
- Boşboğaz olmayın, artıq-əksik danışmayın. Bu fikir həm 
şəxsi həm də şirkət ilə əlaqəli sirləri saxlamağı tələb edir. Ha- 
zırkı zamanda işgüzar sirlərin qorunub saxlanması iş konflikt- 
lərinin əsas mənbələrindən biridir; 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
45 
 
- mehriban və xoşmünasibət olun. Bu əsasən işçilər sizlə 
ünsiyyət qurmağa çalışdığı zaman meydana çıxır. Bu zaman siz 
onlara qarşı nəzakətli, davranmalısınız. Yadda saxlamaq lazımdır 
ki, heç bir insan qəliz və çətin insanlarla çalışmağı xoşlamır; 
- insanlara qarşı mərhəmətli olun, yalnız özünüz haqda 
deyil, başqaları haqqında düşünün. Bir çox hallarda bəzi müştə- 
rilər təşkilatla ünsiyyət qurma sahəsində mənfi təcrübələrə sa- 
hib olurlar. Bu zaman başqalarının fikirlərinə hörmət edin, hət- 
ta sizin düşüncələrinizlə üst-üstə düşməsə belə. 
- Xarici görünüşünüzə fikir verin. Bu o deməkdir ki, ətrafı- 
nızdakı insanlara uyğunlaşmalısınız. Öz-özlüyünüzdə bu sizin 
zövqlə geyinməyinizə mane olmur. Bunlar hamısı işgüzar eti- 
kanın və sağlam iş mühitinin formalaşmasında əsas amildir.


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
46 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin