www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
38
- gülümsəyin ola bilər qarşılığı yoxdur, amma çox iş görür.
Təbəssüm onu əldə edəni xöşbəxt edir, eyni zamanda təbəssü-
mü hədiyyə verənlər heç vaxt bədbəxt olmurlar; - yadda
saxlayın ki, insanın adı onun üçün istənilən dildə ən şirin və
əhəmiyyətli səsdir;
- yaxşı dinləyici olun. Digər insanlara özləri haqqında da-
nışmağa imkan verir;
- qarşınızdakını maraqlandıran bir şey haqqında danışın.
Xidməti etikanın bəzi qaydaları vardır ki, bunlar praktiki cəhət-
dən ümumi qəbul olunmuşdur:
- söz vermisənsə yerinə yetir;
- əmin deyilsənsə söz vermə;
- bilmədən işçilərin işlərinə qarışmayın;
- başqalarının düşüncəsinə hörmət edin;
- hətta mənasız görünən fikirlərə qarşı ədalətli olun. Onları
sərt tənqid etsəniz gələcəkdə lazımi təkliflərdən də məhrum ola
bilərsiz;
- yox deməyi bacarın;
- başqalarının yanında işçilərdə nöqsan tutmayın;
- mədəni işçi birinci özü salamlaşır. Salamlaşarkən salam-
laşdığınız insanın əlini möhkəm sıxın;
- təvəzökar olun bu təkcə bəzək deyil, ağıllı olmaq olar,
ancaq təvəzökar olmasanız müdrik ola bilməsiniz.
Dostları ilə paylaş: