A. A. Solonitsina


yaşadığı standartlar və ya bütün sənaye sahələrini tənzimləyən  qaydalar ola bilər



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə17/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   13   14   15   16   17   18   19   20   ...   68
 
yaşadığı standartlar və ya bütün sənaye sahələrini tənzimləyən 
qaydalar ola bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
33 
 
PEŞƏ ETİKASININ KODEKSLƏRİ
Peşə etikası kodekslərinin formalaşması əsasən XI-XII əsr- 
də əmək münasibətlərinin meydana gəlməsinə təsadüf edir. 
Məhz elə həmin dövrdə əməklə əlaqədar istəklər, tələbatlar ya- 
ranmışdır. Amma həyatı əhəmiyyət kəsb edən peşələrin bir ço- 
xu hələ qədim dövrlərdə meydana gəlmişdir.Bunlara sübut 
kimi babil, misir, hind, çin əlyazmalarını göstərmək olar.Bu 
əlyazmalarda əsl həkimə lazım olan keyfiyyətlər və xüsusiy-
yətləri göstərlir. Yalnız məşhur mütəfəkkir və həkim Hippok- 
rat həkim peşəsinin mənəvi əxlaqi tərəflərini təsvir etdi. 
Hippokrat andı bu gündə oxunur və təmamilə müasir bir 
sənəd olaraq qəbul edilir. 
Dentalogiya və tibbi etika ilə bağlı 1969- cu ildə keçirilən 
Beynəlxalq konqresdə ona yeni bir cümlədə əlavə olundu: 
”Bütün həyatım boyu öyrənməyə and içirəm”. 
Etikanın kodeksləri peşəkar standartların bir hissəsi kimi 
mövcuddur və dövlət idarəetmə sistemində müxtəlif fəaliyyət 
sahələrində özünü göstərir. Bu kodekslər işgüzar münasibətlər za- 
manı mənəvi prinsipləri fadə edir. Etikanın kodeksləri bir insanın 
peşə çərçivəsində döğru davranışını göstərən norma və qaydalar 
toplusudur. Peşə etikası kodeksləri cəmiyyətə xidmət edir, hansı 
ki, keyfiyyət və düzgün məlumatı çatdırır. Kodekslər əsasən təş- 
kilatın fəaliyyətini şəffaf şəkildə cəmiyyətə çatdırmalıdır. Kodeks- 
lərin bilinməsi və onlara riayət edilməsi etik olmayan davranış- 
ların qarşısını alır. 1837-ci ildə yaranmış Amerikanın kimyəvi 
şirkəti”Prokteren Qembl” 11 maddədən ibarət etik kodəkslərə 
malikdir. Bu kodekslərdə əsasən müştərilərə, təqaüdçülərə, sifariş- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
34 
 
çilərə, tərəfdaşlara və qulluqçulara diqqət yetirilir. KOKO-KOLA 
şirkətinin etik kodeksi isə 5 his-sədən ibarətdir: 
1-ci şirkətin mühasiblərinin fəaliyyəti və hesabatları. Üzər- 
lərinə götürdükləri öhdəliklər. İşçilər öz hesabatlarını rəhbərliyə 
təqdim edirlər. O isə öz növbəsində şirkətin aksionerləri üçün, 
hökumət orqanları üçün, hüquqi şəxslər üçün hesabat hazırlayır; 
2-ci potensial konfliktlərin baş verməsi ilə bağlıdır. Əsasən 
işçilər arasında maraqların toqquşması. Kodeks, qulluqçulara 
şirkətin təchizatçıları, rəqib və ya müştərilərinin işlərində şəxsi 
marağın olmasını qadağan edir; 
3-cü əsas maddə şirkətin dövlət müəssisələri ilə, rəsmi 
şəxslərlə, müştərilərlə, təchizatçılarla qarşılıqlı fəaliyyətini tə- 
min edir; 
4-cü maddə müxtəlif partiyalarda təmsil olunan insan-ların 
siyasi görüşləri işə yansımamalıdır. 
5-ci maddə peşə kodekslərinin müəyyən olunmuş məcəllə- 
nin qaydalarının tətbiqinə dair göstərişlərlə təmin olunması. 
Bu gün müxtəlif peşələrlə əlaqədar davranış qaydaları 
mövcuddur ki, bu da əsasən peşə kodekslərində öz əksini tap- 
mışdır. Məs. hakimlərin etik davranış kodeksi hakimlik fəaliy- 
yətinin etik prinsiplərinin və standartlarının toplusudur. Hakim 
öz peşə vəzifələrini vicdanla idarə etməli, işlərə və materiallara 
vaxtında baxmalıdır. Hakim özünün peşə fəaliyyətinə heç bir 
şəxs o cümlədən daimi dost tanış tərəfindən hər hansı bir mü- 
daxilə edilməsinə yol verməməlidir. Hakim ona həvalə olun- 
muş işlərə baxarkən öz vəzifəsini ləyaqətlə icra etməli, fəaliy- 
yətində ədalətli qərəzsiz və dəyanətli olmalıdır. 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
35 
 
Vergi işçisinin peşə kodeksində etik davranış məsələləri 
barədə geniş məlumat verilmişdir. Vergi orqanı əməkdaşının 
üzərinə vəzifənin icrası, iş vaxtına əməl etmə, xidməti şərəfin 
və peşə nüfuzunun qorunması ilə bağlı məsələlər, kompyuter- 
dən istifadə və məlumat təhlükəsizliyinin təmin edilməsi aiddir. 
Jurnalistin peşə kodeksi cəmiyyətdə olan problemlərin qə- 
rəzsiz və ədalətli şəkildə işıqlandırılması və onun həllinə nail ol- 
maqdır. Peşə əxlaqı normaları sivilizasiyanın, əxlaq mədəniyyəti- 
nin, insan münasibətlərindəki humanizmin inkişafı ilə bağlı olub, 
əxlaqi tərəqqinin bir forması kimi nəzərdən keçirilə bilər. Peşələr 
mövcud olduqca tarixən formalaşmış peşə etikası normaları da 
yaşayacaq. Bunlar hər kəsi öz çalışdığı sahədə məsulliyyətli edir. 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
36 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin