www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
25
PEŞƏKARLIQ ŞƏXSİYYƏTİN MƏNƏVİ ÜNSÜRÜ KİMİ
Peşəkarlıq və əməyə münasibət şəxsiyyətin ən mühüm mə-
nəvi simasıdır. Bu xüsusiyyətlər hər bir fərdin şəxsi xarakterin-
də birinci dərəcəli əhəmiyyət daşıyır.
Lakin tarixi inkişafın müxtəlif mərhələlərində onların məz-
munu və qiymətləndirilməsi əhəmiyyətli dərəcədə fərqlənirdi.
Sinifli cəmiyyətdə onlar əmək növlərinin sosial bərabərsizliyi
ilə,məsələn əqli və fiziki əməyin əksi,imtiyazlı və nüfuzlu pe-
şələrin mövcudluğuna görə müəyyən edilirdi. İş mühitində əx-
laqın sinfi xarakterini eradan əvvəl II-ci minillikdə yazılmış
“İsanın müdrikliyi, Siraxovun oğlu” adlanan xristianların incil
kitabı sübut edir. Burada qulla necə davranmaq olduğu qeyd
olunur: yemək, çubuq, yük eşşək üçün, çörək, cəza, iş qul üçün-
dür. Qulun əməyini al, rahatlığa qovuş, əllərini açsan azadlıq ax-
taracaq. Qədim Yunanıstanda fiziki əmək öz qiymət və əhə-
miyyətinə görə ən aşağı dəyərləndirilirdi. Feodal cəmiyyətində
din əməyə əsl günahın cəzası kimi baxırdı, cəhənnəm zəhmət
olmadan əbədi həyat kimi təqdim edilirdi. İnsanlar öz peşə
borclarını yerinə yetirməsi prosesində peşə etikasının for-
malaşmasına güclü təsir göstərirlər. Əmək prosesində insanlar
arasında müəyyən mənəvi münasibətlər inkişaf edir. Onlarda
bütün peşə etikası növlərinə xas olan bir sıra elementlər var.
Birinci bu ictimai əməyə və əmək prosesinin iştirakçılarına mü-
nasibətdir. İkincisi bu peşəkar qrupların bir-biri ilə, cəmiy-yə-
tin maraqları ilə bağlı yaranan mənəvi münasibətlərdir. Peşə
etikası müxtəlif peşə qruplarının mənəvi bərabərsizliyinin nəti-
cəsi olaraq anlaşılmamalıdır. Yalnız bəzi peşə fəaliyyəti növləri
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
26
üçün cəmiyyət yüksək mənəvi tələblər qoyur. Bu əsasən elə
peşə sahələrdir ki, burada əmək prosesinin özü bütün iştirakçı-
ların fəaliyyət uyğunluğunu tələb edir. O sahədə çalışan insan-
ların mənəvi keyfiyyətlərinə xüsusi diqqət yetirilir ki, hansı ki,
insanların həyatını həll etmək hüquqi ilə bağlıdır. Burada söh-
bət təkcə mənəvi dərsdən deyil, onların öz peşə vəzifələrini ye-
rinə yetirməkdən gedir (bunlara xidmət sektoru, nəqliyyat, ida-
rə, səhiyyə, təhsil) və s. aiddir. Bu peşə sahiblərinin əmək fəa-
liyyəti rəsmi təlimatlar çərçivəsinə sığmır, daha çox yaradıcı-
dır. Bu peşəkar qrupların əməyinin xüsusiyyətləri mənəvi mü-
nasibətləri mürəkkəbləşdirir və onlara yeni bir element əlavə
edilir: İnsanlarla qarşılıqlı fəaliyyət, fəaliyyət obyektləri. Bu-
nunla yanaşı mənəvi məsuliyyət həlledici əhəmiyyət kəsb edir.
Cəmiyyət işçinin mənəvi keyfiyyətlərinə onun peşə yaradıcı-
lığının aparıcı elementi kimi baxır. Ümuməxlaq normaları in-
sanların əmək fəaliyyətində, peşə xüsusiyyətlərində xarak-teri-
zə olunmalıdır. Beləliklə, peşə əxlaqı ümumi qəbul edilən əx-
laq sistemi ilə bir yerdə nəzərə alınmalıdır. İş etikasının pozul-
ması ümumi mənəvi münasibətlərin pozulması ilə müşayət olu-
nur və əksinə. İşçinin öz peşə borcuna məsuliyyətsiz münasi-
bəti onu əhatə edənlər üçün təhlükə yaradır, cəmiyyətə ziyan
vurur və son nəticədə şəxsiyyətin özünün deqradasiyasına gə-
tirib şıxara bilər. Müasir cəmiyyətdə fərdin şəxsi keyfiyyətləri,
əməyə münasibəti, peşəkarlıq səviyyəsi onun iş xarakterindən
başlayır. Bütün bunlar peşə etikasının məzmununu təşkil edən
məsələlələrin müstəsna əhəmiyyətini müəyyənləşdirir. Əsl
peşəkarlıq borc,dürüstlük özünə və həmkarlarına tələbkarlıq, öz
işinin nəticəsinə məsuliyyət kimi mənəvi normalara əsaslanır.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
27
Dostları ilə paylaş: |