A. A. Solonitsina



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə4/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   2   3   4   5   6   7   8   9   ...   68
 
PEŞƏ ETİKASI ANLAYIŞI
Peşə etikası cəmiyyətdə peşə qruplarının mənəvi nüfuzunu 
dəstəkləyən, müəyyən edilmiş vəzifələrin normaların məcmu- 
yudur. Peşə etikasının vəzifəsi müxtəlif peşə nümayəndələrinin 
əxlaq normaları və onların qiymətləndirməsini xarakterizə edir 
Peşə etikası müxtəlif peşə fəaliyyəti ilə bağlı normaları, stan- 
dartları, tələbləri müəyyən edir. Peşə etikası əxlaqı izah etməli 
və əxlaqa öyrətməli, vəzifə və şərəf haqqında mənəvi prinsip- 
ləri və fikirləri aşılamalı, işçiləri mənəvi tərbiyə etməlidir. Peşə 
etikası istehsalat kollektivlərində insanları tərbiyə etmək, onları 
iş mühitində özünü düzgün aparmaq, ünsiyyət qurmaq üçün 
nəzərdə tutulmuşdur. Peşə etikası müxtəlif peşələrlə bağlı əx- 
laq normalarına riayət etməyi öyrədir. İşçilər də bu standartlara 
əsaslanmalıdır. Bu standartlara əməl edən xidmət işçisi özündə 
şəxsi keyfiyyətləri tərbiyə etməlidir. Peşə etikası istehsalat mü- 
hitində insan münasibətlərini tənzimləmək üçün nəzərdə tutul- 
muşdur. Hər bir peşə özündə qəbul edilmiş mövcud dəyər 
sisteminə, öz xüsusiyyətlərinə malikdir. Bundan əlavə eyni hə- 
rəkət mövcud dəyər sisteminə münasibətdən asılı olaraq əxlaqi 
və qeyri əxlaqi hesab edilə bilər. Peşə etikasının əsasını ictimai 
maraqlar, laqeydlilik və ona qarşı dözümsüzlük, ictimai borc 
haqqında yüksək şüur təşkil edir. Dünyada ən əsas dəyər insan- 
lardır. Hər bir peşənin nüfuzunu isə o sahədə çalışan insanlar 
müəyyən edir. 
 
 
 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”

 
PEŞƏ ETİKASININ MƏNŞƏYİ
İlkin peşə etikası kodekslərinin meydana gəlməsi XI-XII 
əsrdə incəsənət və əmək fəaliyyəti, onunla bağlı münasibətlərin 
formalaşdığı dövrdə peşəyə qarşı olan yüksək tələblər, işin xa- 
rakteri, iş həmkarlarına qarşı münasibətlərdə öz təzahürünü 
tapmışdır. Digər bir cəhətdən cəmiyyətin üzvüləri üçün mühüm 
əhəmiyyət kəsb edən peşələr qədim dövrlərdə meydana gəlmiş- 
dir.“Hippokratın andı” kimi, qədimdə kahinlərin icra etdiyi 
məhkəmə funksiyaları kimi kodekslər daha əvvəlcədən məlum- 
dur. Peşə etikasının vaxtaşırı formalaşması ona dair elmi işlərin, 
nəzəriyyələrin yaranması ilə bağlı olmuşdur. Gündəlik təcrübələr, 
yəni insanlararası münasibətlərin peşə fəaliyyətinə yansıması 
nəticəsində peşə etikasının artıq müəyyən tələbləri meydana gəl- 
məyə başlamışdı. 
Peşə etikası mütəxəssislərin özlərini aparması timsalında 
bir çox fəaliyyət növlərində öz əksini tapmışdır. Peşə etikası 
peşəkar özünüidarənin standartlarını yaradır. Hamı kimi bun- 
ları biz qayda-qanunlar, kodekslər və nizamnamələr şəklində 
qismlərə bölə bilərik. Peşə etikası gündəlik mənəvi şüurun tə- 
zahürü kimi konkret fəaliyyət zamanı meydana şıxmışdır. Daha 
sonra hər bir peşəkar iş qrupunun fəaliyyəti əsasında inkişaf 
etimiş və mütəxəssisin davranışının əsası kimi formalaşmışdır. 
Bu ümumiləşdirmələr özünüaparmanın yazılmış və yazılmamış 
qaydalarında əksini tapmışdır. Peşə etikasının formalaşmasında 
əsas rolu ictimai rəy, ictimai şüur oynayır. Peşə etikası ilə icti- 
mai şüur arasındakı əlaqə diqqətdə saxlanılması lazım olan əsas 
ünsürlərdəndir. Peşə etikasının müxtəlif formalarının özünün 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket”
10 
 
ənənəsi vardır. Bu da yüzilliklər ərzində bu və ya digər peşənin 
nümayəndələrinin yaratdığı əsas etik normaların əlaqəli 
olmasını göstərir. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin