QİDA ETİKETİ Soyuq qəlyanaltını orta masa dəstinin köməyindən istifadə
etməklə yemək olar. Bu zaman çəngəli sol əldə, bıçağı isə sağ
əldə tuturlar. Çörəyi çörək qabından sol əllə götürüb pirojna
qabına qoyurlar, kiçik bir parçasını qırıb ağza aparırlar. Çörəyi
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
130
çəngəl və ya başqa masa dəsti ilə götürürlər. Yemək qəbu-
lunda masa arxasında oturarkən buterbrod verilir. Bunları ma-
sada qonaqlar özləri edir. Bu zaman yağ üçün bıçağı sağ tərəf-
də pirojna qabında qoyurlar. Bu bıçaq yağ götürmək üçün de-
yil, onu çörəyə yaymaq üçündür. Senqviçləri əllə götürmürlər.
Salatları həmişə masa dəstlərinin köməyi ilə yeyirlər. Xiyarlar,
pomidorlar, turp mütləq kiçik olmalıdır. Onları yemək qabın-
dan sol əllə götürüb öz qəlyanaltı qabına qoyurlar. Bıçaq və
çəngəlin köməyi ilə yeyirlər. Salatı salat üçün olan xüsusi qa-
şıqla qoyurlar. Onu üç dişli çəngəlin köməyi ilə və ya dörd dişli
qəlyanaltı çəngəlin köməyi ilə yeyirlər. Masanın üstündən salat
qablarını desert verərkən yığışdırırlar. Salat qarnir kimi istifadə
edilə bilər. Əvvəllər kartofu çəngəllə bir neçə hissəyə bölür-
dülər. Müasir etiket kartofu da çəngəl və bıçaqla yeməyə icazə
verir. İsti kartof yumşaq, soyuyanda isə bərk olur. Şorbanı
nimçədən qaşıqla, fincandan isə desert qaşığı ilə yeyirlər. Qı-
zardılmış balığı xüsusi balıq dəsti ilə yeyirlər. İsti ət yeməkləri
(langet) döyülmüş ət itisna olmaqla kotlet, bifşteks başqa iri
masa dəstinin köməyi ilə yeyilir. Eyni zamanda ətdən böyük
olmayan parçanı ayırıb bütün bunu yemək qurtarana qədər
yeyirlər. Toyuq və digər quş əti isə çəngəl və bıçağın köməyi
ilə yeyilir. Sümüklərini nimçənin kənarlarına qoyurlar. Pendiri
dilimlənmiş və ya dilimlənməmiş halda verirlər. Bununla yana-
şı düz çini qabda bir parça pendir olur, yanında isə onu kəsmək
üçün bışaq qoyurlar. Qonaq 1-2 dilim pendir kəsir və onu öz
nimçəsinin ortasına qoyur. Tortu isə masaya dilimlənmiş şə-
kildə verirlər. Onu üç dişli çəngəllə, dondurmanı isə onun üçün
qoyulmuş çubuqla yeyirlər. Çay ilə verilmiş limonu iki dişli
çəngəllə götürür, fincana qoyur və sonra çay qaşığı ilə əzib onu
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
131
sağdan qabın kənarına qoyurlar. Onu yemirlər. Çayı içərkən li-
monu çıxarmayıbsa bu zaman onu heç çıxarmır, o fincanda qa-
lır. Qəndi, konfeti xüsusi tutacaqla götürürlər. Tutacaqlar olma-
dıqda konfeti öz nimçənə qoyub sonra ağzına aparırsan. Qutu-
dan yemək qəbul edilmir. Masa arxasında çox zaman meyvəni
nə zaman yemək lazım olduğu haqqında sual yaranır. Mey-
vələri vazaya bütöv şəkildə qoyurlar. Vazadan isə onları sol
əllə götürürlər. Vazadan alma və ya armud götürərkən desert və
meyvə bıçağı ilə onun qabığını soyurlar. Sonra onu 2 yerə bö-
lürlər, çəngəlin köməyi ilə yeyirlər. Yarısını yeyəndən sonra
ikincisi qəbul edilir və eyni şəkildə davam edilir. Mandarinin
qabığını soymaq çətin deyil. Portağal qabığını hamar şəkildə
soymaq lazımdır. Portağalı hissələrə bölüb onu mandarin kimi
yeyirlər. Bananı isə mətbəxdə bir-birindən ayırırlar. Masaya isə
bananı tək şəkildə verirlər. Bananı vazadan götürüb qırağından
tutub qabığını soyurlar. Təmizlənmiş bananı desert nimçəsinin
ortasına qoyurlar. İri, qəşəng üzüm salxımlarını vazada masaya
qoyurlar. Onun yanında isə bıçaq qoyurlar. Qonaqlar üzümdən
kiçik salxım kəsib öz nimçələrinə qoyurlar. Sonra isə giləsin-
dən qoparıb yeyirlər. Tumlarını isə ağızdan çay qaşığının kö-
məyi ilə çıxarıb nimçənin kənarına qoyurlar. Gilas və vişnə ye-
yəndə də belə edirlər. Çiyələyi isə saplağından tutub götürür,
şəkər pudrasına batırıb yeyirlər. Saplağını isə nimçənin kənarı-
na qoyurlar. Təmizlənmiş çiyə-ləyi nimçəyə qoyub üstünə şə-
kər pudrası səpib yeyirlər. Qarpızı dilimlənmiş şəkildə süfrəyə
verirlər. Qarpızı meyvə çən-gəli və bıçaqla yeyirlər. Onun tum-
larını nimçənin kənarlarına qoyurlar. Yemişi isə mətbəxdə
kəsir və içinin tumlarını təmiz-ləyirlər. Onu masaya dilimlən-
miş şəkildə qoyullar. Qonaq di-lim parçasını kəsərək ağzına
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
A.A. Solonitsina.
“Peşə etikası və etiket”
132
aparır. Kivini təmizləyib dairə şəklində kəsib çəngəl və bıçağın
köməyi ilə yeyirlər.