A. A. Solonitsina


İşgüzar Avropa mədəniyyəti



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə59/68
tarix28.11.2023
ölçüsü2,91 Kb.
#167494
1   ...   55   56   57   58   59   60   61   62   ...   68
İşgüzar Avropa mədəniyyəti 
İngiltərə. İngilislər səmərəlilik, əmlaka, adət ənənəsinə, nə- 
zakət və qanunlara hörmət edən bir xalq kimi xarakterizə olu- 
nur. İngiltərə iş adamları Avropa iş dünyasında ən peşşəkar, 
bacarıqlı adamlar hesab olunur. Onlar işgüzar danışıqlar takti- 
kası və strategiyasının diqqətlə işlənildiyi ixtisaslaşdırılmış təh- 
sil, müəssisələrdə peşəkar və psixoloji təlim alırlar. Danışıq- 
larda ingilislər dinləmə qbiliyyətini, işgüzar münasibətlərdə də- 
qiqliyi qiymətləndirirlər. Dəqiqlik ingilis ünsiyyət tərzinin cid- 
di bir qaydasıdır. Keçmiş ingilis ənənəsinə görə təmkinlilik öz 
həmsöhbətinə hörmət əlamətidir. Bunlara riayət etmək ingilis- 
lərin həyat tərzidir. 
Onlara yalnız xüsusi icazə aldıqdan sonra adı ilə müraciət 
edə bilərsiz. İgilislər görüş zamanı əl sıxma ənənəsini işgüzar 
protokola tətbiq etdilər. İngilislərlə görüşərkən ən vacib şəxs 
müştəri olduğu üçün prioritet ona veriləcəkdir. İngilislərin da- 
nışıqları aparma tərzi onunla xarakterizə olunur ki, ingilis iş 
adamları danışıqların hazırlanmasına az vaxt ayırır. Onlar he- 
sab edirlər ki, danışıqlar prosesində məsələlərin daha yaxşı həl- 
li yolları tapıla bilər. Danışıqlar aparır, çox sayda arayış və 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
137 
statistik material cəlb edir, hər mövqeyi hesablayır, qərar verər- 
kən risk dərəcəsini azaltmaq üçün hər detalı nəzərə alır. İngilis 
iş adamları ilə işləmək, ən azından bu və ya digər məhsul üçün 
bazarın ümumi quruluşunu, təxmini qiymət səviyyəsini və on- 
ların hərəkət tendensiyasını,şirkət və işçilər haqqında məlu- 
matları əvvəlcədən öyrənməyi tələb edir. İngilis biznesmen yaxşı 
müşahidəçi və yaxşı psixoloqdur. Həm yalanı qəbul et- mir, həm 
də zəif peşə hazırlığını gizlətmir. Öz bilik və təc- rübəsini digər 
iş adamları ilə bölüşür, tez-tez öz sənətinin sir- lərini açır, 
müəyyən bir bazarın incəliklərini məharətlə tanıdır. Bütün 
mehribanlığı, xeyirxahlığı və ingilislərə köməklik etmək istəyi 
ilə müəyyən qaydalara və xüsusən qanunlara əməl olun- 
masında hər şeydə sarsılmaz qalırlar. Geyim İngiltərədə öz cid- 
diliyinə görə fərqlənir. Xidmətdə olan qadınlar kostyum və 
paltar geyinirlər. Kişilər üçün kostyum və qalstuk xarakterik- 
dir. İş günü bitdikdən sonra iş haqqında danışmaq nəinki qəbul 
olunur, eyni zamanda pis hesab edilir. 
İngilislər bütün dünyaya masada necə düzgün davranmağı 
öyrətdilər. Ona görə onlar bu qaydalara ciddi əməl edirlər. Eyni 
zamanda onlara təqdim olunmayan adama müraciət etmirlər. 
Nahara dəvət olunmuş adamlar mütləq smokinqdə, rəsmi gecə- 
də isə frakda olmalıdırlar. Sərt içkilərdən ingilislər viski qəbul 
edirlər. Onlarada tost demək qəbul edilmir. Masadakı söhbətlər 
zamanı kral ailəsindən, siyasətdən, din, şəxsi həyat, maliyyə 
əlaqələrindən, Şimali İrlandiya ilə bağlı mövzulardan danışmaq 
qəbul edilmir. Şotlandları və irlandiyalıları İngiltərədə ingilis 
yox, britaniyalı adlandırırlar. İngiltərədə çox şey çay süfrəsində 
həll olunur. Onu günortadan sonra verirlər. Çayı bir-iki ədəd 
şəkərlə, südlə qəbul edir, qaymaqla içmirlər. Çay süfrəsi tanış- 


www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana 
A.A. Solonitsina. 
“Peşə etikası və etiket” 
138 
lığı qeyd etmək üçün şərab rumkası ilə də bitə bilər. İngilislər 
öz gələcək tərəfdaşını lança dəvət edə bilər. Lakin bundan im- 
tina edilmir,amma hörmət əlaməti olaraq ev sahibinin nə qədər 
vaxtı olduğunu maraqlanmaq lazımdır soruşmalıdır. Evə dəvət 
xüsusi bir hörmətin əlamətidir. İngilis evində qonaq olarkən vizit 
kartı ilə mübadilə etmək qəbul edilmir. Tövsiyyə olunur ki, 
haçansa danışıqlar apardığınız adamlarla dostluq əlaqəsi 
saxlayın. Onları ad günlərində, əlamətdar tarixlərdə, bayramlar- 
da təbrik edin. Köhnə ənənəvi mərasimlər vacib və əyləncəli- 
dir. On üç uğursuz rəqəmdi. 12 A 13-mənasını verir. 14 iyun 
İngiltərənin milli bayramıdır. İngilislərə təqvim, qələm, yazıl- 
mış kitablar, Milad bayramında alkoqollu içkilər bağışlayırlar. 
İngiltərədə bahalı hədiyyələr qəbul edilmir. 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin