15300
A b u z ə r A lı oğ lu X ə lə fo v
A z a d İsa oğlu Q u r b a n o \
K ita b x a n a la rın
kompüterləşdirilməsinin əsasları
( D ə rs lik
A zərbaycan R espublikası Təhsil N a
zirliyi E lm i-M etodik Şurası « K itab -
xanaşünaslıq,
biblioqrafiy aşünaslıq .
kitabşünaslıq və k ita b x a n a işi» bö l
məsinin 13.09.2006-ci il tarixli 2 nöm
rəli iclas p ro to k o lu ilə dərslik km ıi
təsdiq edilm işdir.
Bakı - 2007
U ОТ: 021 (09)
E lm i redaktor:
Pedaqoji elmlər namizədi, dosent
R .Ə . K azım ov
R əy verənlər:
Fizika-riyaziyyat elmləri namizədi,
dosent M .S .X ə lilo v
Pedaqoji elmlər namizədi, dosent
E .Y .Ə h m əd o v
X ə lə fo v A b uzər A lı oğlu, Q urbanov A zad İsa oğlu
K ta b x an a la n n kompüterləşdirilməsinin əsaslan: Dərslik.
— Bakı: Bakı Universiteti Nəşriyyatı, 2 0 0 7 - - 2 0 0 s.
K itabda
kitabxanaiann
kompüterləşdirilməsinin
baza
prinsipləri,
texniki-proqram
təminatı
şərh
edilmiş,
İR B İS
Avtomatlaşmıs
Kitabxana
İnformasiya
Sistemi
vasitəsilə
əsas
kitabxana
proseslərinin
kompüterləşdirlməsi
izah
edilmiş,
kitabxanalarda elektron sənəd göndərişi xidmətinin təşkili, elektron
kitabxanaiann
yaradılması
üçün
zəruri
olan
proqram-texnoloji
vasitələr, kitabxanalarda elektron informasiyanın təhlükəsizlik və
qorunma üsullan haqqında məlumat verilmişdir. K itab Əm əkdar
Elm xadimi, professor A buzər Xələfovun rəhbərlik etdiyi « K itab
xanaların kompüterləşdirilməsi» E l L-də hazırlanmışdır. K itabda
ktabxanalann
kompüterləşdirilməsinin nəzəri
məsələri
ilə
bağlı
hissələr professor A.A .X ələfov, müasir informasiya texnologiyası ilə
əlaqədər hissələr isə dosent A. 1.Qurbanov tərəfindən yazılmışdır.
Kitabxanaşünas-biblioqraf ixtisasına yiyələnən ali məktəb
tələbələn
üçün
nəzərdə
tutulmuş
bu
dərslik
eyni
zamanda
müəllimlər, magistrlər, kitabxanaçılıq texnikumlannın tələbələri və
kitabxanadan istifadə edən hər bir oxum üçün faydalı ola bilər.
4406000000 - 02
„ л/ „
002 - 2007
6 5 8 (0 7 )-0 0 2
©Bakı Universiteti nəşriyyatı, 2007.
3
Giriş
K itabxanalar əsrlər boyu insan dühasının yaratdığı və
sənəd formasında maddiləşmiş ideya və nəzəriyyələrin, m ə
nəvi sərvətlərin qorunduğu ən böyük informasiya m ənbəyi
dir. O n lar bəşər tarixinin çox qədim dövrlərində m eydana
gələrək, fəaliyyət göstərdiyi məkan daxilində sosial vasitə
kimi sosial m ühitdən asılı olaraq formalaşmış, tarixi inkişaf
prosesində öz hamisi olan cəmiyyətə xidmət etm iş, onun
informasiya tələbatını ödəmiş, informasiyanı gələcək nəsillərə
ötürmək funksiyasını yerinə yetirmişdir. M üasir kitabxanalar
informasiyalaşmış vətəndaş cəmiyyəti quruculuğunun sosial
sifarişi əsasında formalaşmaqdadır. A B Ş , K anada və Q ərb i
A vropa ölkələrində kitabxanalar informasiyalaşmış vətəndaş
cəmiyyətinin əsas göstəricisi olan qlobal informasiya m ühiti
nin yaradılmasında, informasiyanın əmtəəyə çevrilməsində,
informasiya və bilik bazarının yaradılması və inkişafında,
təhsil sisteminin və səviyyəsinin təkmilləşməsində, beynəl
xalq, milli və regional səviyyədə informasiya m übadiləsi sis
temlərinin
imkanlarının
genişlənməsi
hesabına
peşə
və
ümumi mədəniyyət səviyyəsinin artm asında aparıcı rol o y
nayırlar. Bu ölkələrdə kitabxanaiann kompüterləşdirilməsi,
yeni kitabxana-informasiya texnologiyalarının yaradılması və
onların kitabxanalarda tətbiqi kitabxanaiann yüksək inkişaf
səviyyəsini təmin etmişdir.
T əəssüf olsun ki, keçmiş S S R l m əkanında kitabxanalar
kommunist ideologiyasının təbliğat maşınının əsas «detalla
rından» biri olduğundan, kitabxana işi dünya kitabxana
işindən təcrid edilmiş, qiymətli elmi nəzəriyyələrdən və ki-
4
tabxana-inform asiya texnologiyalarından məhrum olmuşdur.
Bu amillər və S S R İ dağıldıqdan sonra kitabxanaların qarşı
laşdığı maliyyə çətinlikləri kitabxanalarımızın müasir sə
viyyəyə cavab verməməsinə səbəb olmuşdur. Bu gün cə
miyyətimizdə baş verən demokratikləşmə, sosial, iqtisadi,
elm i-m ədəni inkişaf, qloballaşma meylləri kitabxanalarımızın
müasirləşməsini tələb edir. Bu sosial sifariş dövlətin və cə
miyyətin qayğısı ilə, yeni kitabxana-informasiya texnologiya
larına yiyələnmiş, azad dünyagörüşlü, təşəbbüskar kitabxa-
naçılann gərgin əməyi nəticəsində yerinə yetirilə bilər. B u
nun üçün ilk növbədə kitabxanaçı-informasiya mütəxəssislə
rinin hazırlanmasına xüsusi fikir verilməlidir. Bu məqsədlə
artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetinin «K itab-
xanaçılıq-in formasiya» fakültəsində bir sıra texniki yönümlü
yeni fənlər, o cümlədən «K itabxana proseslərinin kompüter-
ləşdirilməsi» fənni tədris olunur. «K itabxana proseslərinin
kompüterləşdirilməsi» fənni üçün ayrılmış tədris saatı çərçi
vəsində tələbələr kitabxanaların kompüterləşdirilməsinin nə
zəri əsaslan ilə tanış olur və texniki imkanlar çərçivəsində
praktik vərdiş alırlar. Lakin ana dilimizdə müvafiq ədə
biyyatın olmaması, rus və ingilis dilli ədəbiyyatların əldə
olunmasında obyektiv problemlər fənnin tədrisində müəyyən
çətinliklər yaradır ki, bu da tədrisin səviyyəsinə öz mənfi
təsirini göstərir. Oxuculara təqdim olunan «Kitabxanaların
kompüterləşdirilməsinin əsaslan» adlı dərslik məhz bu fənn
üzrə ədəbiyyat qıtlığı problemini həll etmək məqsədilə y a
zılmışdır. K itab universitet tələbələri və geniş kitabxana
5
ictimaiyyəti
üçün
nəzərdə tutulm uşdur
və
k ita b x an a -
inforinasiya texnologiyasına
aid ölkəmizdə nəşr olunan ilk
dərslikdir.
K itab iki
fəsildən və əlavədən
ibarətdir.
K itab ın
«Cəm iyyətin informasiyalaşdınlmasında kitabxanaların rolu*.
«K itabxanalann kompüterləşdirilməsinin əhəmiyyəti və əsas
prinsipləri», «K itabxanalann kom püterləşdirilməsinin p ro q
ram-texniki
təm inatı»,
«Korporativ
kitabxana-inform asiya
şəbəkələri»,
«Elektron
sənəd
göndərişi»,
«E lektron
kitabxanalar»,
«K itabxanada
informasiya
təhlükəsizliyi»
paraqraflan professor A .A .X ələfov, digər paraqraflan isə
dosent A .l.Q u rb a n o v tərəfindən yazılmışdır. Birinci fəsildə
cəmiyyətin informasiyalaşmasında kitabxanalann tarixi rolu,
kitabxanalann
kompüterləşdirilməsinin
əhəmiyyəti
izah
olunur, kompüterləşdirmənin baza prinsipləri, kitabxanalan
kom püterləşdirmək
üçün
tələb
olunan
texniki-proqram
təminatı haqqında qısa, lakin dolğun məlumat verilir. Bu
fəsildə
həmçinin,
İR B lS
A vtom atlaşm ış
K itabxana
İnformasiya Sistemi vasitəsilə kitabxanada yerinə yetirilən
əsas texnoloji proseslər - komplektləşdirmə, kataloqlaşdırm a.
ədəbiyyat
axtanşı
və
sifarişi
texnoloji
proseslərinin,
abonem ent xidmətinin kompüterləşdirilməsi şərh olunm uşdur.
Q eyd olunan proseslərin kompüterləşdirilməsi üçün istifadə
olunan
A vtom atlaşm ış
İşçi
Yerlərinin
iş
prinsipi
izah
olunmuşdur.
Bu
fəsillə
tanış
olan
oxucular
həmçinin
kitabxananın
fəaliyyəti
haqqında
bir
sıra
statistik
informasiyaların əldə olunması, normativ standartlara uyğun
sənədlərin hazırlanması üsullan ilə tanış olacaqdır.
6
K itabın
ikinci
fəsli
kitabxanalarda
elektron
informasiya xidmətindən bəhs edir. Bu fəsildə elektron
sənəd göndərişi xidmətinin yaranma tarixinə qısa nəzər
salınmış, onun təyinatı, bu xidmətin təşkil edilməsi üçün
tələb olunan proqram-texnoloji vasitələrin təhlili verilmişdir.
Elektron sənəd göndərişi xidmətində geniş istifadə olunan
V enta
Fax,
O utlook Express,
W indow s
Commander,
A dobe
A crobat,
Ariel
proqramları
haqqında
məlumat
verilmişdir.
Bu fəsildə
həmçinin
elektron
kitabxanaların
təyinatı və yaradılması üsulları şərh olunmuşdur. Kitabın
sonuncu paraqrafm da elektron informasiyanın təhlükəsizlik və
qorunm a
üsulları
izah
edilmişdir.
İnformasiya
arxivinin
yaradılması, informasiyadan qeyri-leqal istifadənin qarşısının
alınması, informasiya daşıyıcılarına diaqnostik və profilaktika
xidmətinin
göstərilməsi
üsulları
haqqında
məlumat
verilmişdir.
Dərsliyə əlavədə isə İR B lS Avtomatlaşınış Kitabxana
İnformasiya Sistemi vasitəsilə hazırlanan normativ standart
lara uyğun sənədlərin siyahısı verilmişdir.
FƏSİL 1
Kitabxanaların kompüter-
ləşdirilməsinin əsas məsələləri
§1.1. Cəmiyyətin informasiyalaşdırılmasmda
kitabxanaların rolu
ji
Bəşər sivilizasiyasının "qızıl yaddaşı" adlanan kitab
xanalar ən böyük informasiya mənbəyi olub, uzun əsrlər
boyu müxtəlif tarixi şəraitlərdə və cəmiyyətlərdə fəaliyyət
göstərmiş, cəmiyyətin tərəqqisinə xidmət etmişlər. K itab
xanaların çox qədim və zəngin bir tarixi vardır. Onlar
qədim dünyanın, orta əsrlərin kasıb fondlu kitabxanala
rından başlayan, kompüterləşdirilmiş, ümumi istifadə üçün
açıq, müasir kitabxanalara qədər uzun bir təkamül yolu
keçmişdir. Bu tarixi yolu keçərkən onlar cəmiyyətdə baş
verən iqtisadi, siyasi və sosial, proseslərə, yeni dövrün tə
ləblərinə uyğun olaraq böyük dəyişikliklərə məruz qalmış,
fəaliyyət göstərdiyi məkan daxilində sosial vasitə kimi
həmişə sosial mühitdən asılı olaraq formalaşmışdır. Kitab
xanalar bütün dövrlərdə
öz hamisi olan cəmiyyətə xid
mət etmiş, onun informasiya tələbatını ödəmiş, sosial si-
larisini yerinə yetirmişdir.
Sivilizasiyanın
başlanğıcından
zəmanəmizə
qədər
olan dövrdə kitabxana tarixinə nəzər saldıqda həm qədim
dünya kitabxanalarının, həm də inkişaf ctıniş müasir ki-
tabxanalann fəaliyyətində üç mühüm amil diqqəti cəlb
edir:
1.
Kitabxana elmi sərvətləri toplayıb, onları insanların
istifadəsinə verməklə elmin, mədəniyyətin, iqtisadiyyatın,
texniki biliklərin, elmi kəşflərin öyrənilməsi və tətbiqi
üçün şərait yaradır, beləliklə də, elmi-texniki tərəqqiyə,
elmi nəzəriyyələrin, kəşflərin istehsalata tətbiqi prosesinə
I ____________________________________________________________
kömək göstərir. Elmlə istehsalat, tədqiqlə tətbiq arasında
vasitə kimi çıxış edir.
.2. Kitabxanalar həm də bəşəri sərvətləri
qoıuyub,
saxlayıb, nəsildən-nəslə çatdırırlar. M übaliğəsiz demək
lazımdır ki, kitabxanalar olmasaydı bəşəriyyətin yaratdığı
elmi, mədəni, fəlsəfi və ədəbi-bədii sərvətlərin ən güclü
informasiya daşıyıcıları
sayılan
kitablan
qorum aq
və
zəmanəmizə
gətirib
çıxarmaq
mümkün
olmazdı.
Kitabxanalar olmasaydı
mədəni
inkişaf,
tərəqqi
baş
verməzdi.
cəmiyyət
yerində
sayardı.
öyrənilmiş,
ümumiləşdirilmiş,
sistemləşdirilmiş
insan
fəaliyyətinin
nəticəsi olan bilikləri və kəşfləri yenidən kəşf etmək lazım
gələrdi.
3.
Kitabxana elm, mədəniyyət, ədəbiyyat, incəsənət
və təhsil kimi mənəvi sərvotlərə dair çap əsərlərinin, m ə
lumatın, biliyin yayılmasında fəal iştirak etməklə tərbiyə
prosesinə, bəşəri, əxlaqi biliklərə yiyələnmə prosesinə,
cəmiyyətin inkişafına yardımçı ola biləcək intellektual sə
viyyəli insan yetişdirilməsi prosesinə xidmət göstərir.
Beləliklə, dünya mədəniyyətinin ən qiymətli incilə
rindən hesab edilən kitabxanalar cəmiyyətin yaratmış ol
duğu mədəni qurumlar arasında ən qədimlərindən biri
olmaqla, bəşəriyyətin mədəni sərvətlərini toplayan, m üha
fizə edən, saxlayan, ictimai istifadə üçün nəsildən-nəslə
çatdıran, cəmiyyətin tərəqqi və inkişafında yaxından işti
rak edən, cəmiyyət üzvlərinin, biitün insanların mədəni və
intellektual səviyyəsinin yüksəldilməsinə köıııək edən, gənc
nəslin təhsil və tərbiyəsində yaxından iştirak edən, öz ət
rafında böyük oxucu dairəsi toplayıb onlara informasiya
və kitabxana xidməti göstərən, oxucuların tələbatını odə
_____________________________________________
9
10
mənlə mütaliə prosesinə kömək edən sosial institutlardır.
Kitabxanalar öz fəaliyyətlərində bir-biri ilə bağlı aşağıdakı
üç vəzifəni yerinə yetirirlər1:
./
1. İnformasiya daşıyıcılarını əldə etmək;
2. Kitabxana fondlarını yaratmaq və qaydaya salmaq;
3. Kitabxanada toplanmış informasiya daşıyıcılanndan
istifadəni təşkil etmək.
Əhalinin müəyyən təbəqəsinə, müəyyən oxucu dai
rəsinə xidmət etməyi öz qarşısına məqsəd qoyan kitabxa
nalar, hər şeydən əw əl elm, bilik, mədəniyyət, təhsil da
şıyıcıları olan informasiya ehtiyatlarını - kitablarla, dövri
nəsrlərlə \’ə digər audiovizual materiallarla təchiz olmuş öz
‘ondunu yaradırlar. Çünki kitabxananın fondu, onun əsas
özəyi
yaradılmadan
kitabxana
xidmətindən
danışmaq
mümkün deyildir. Kitabxana məfhumu o zaman meydana
gəlib reallaşır ki. onun oxucuların tələbatını, sorğularını
ödəmək imkanı və maddi-texniki bazası olsun. Əlbatlə,
bu bazanın əsas hissəsini informasiya daşıyıcıları taskıl
edir. M əhz buna görədir ki, tarixə nəzər saldıqda dünya
kitabxanalarının qiymətinin, bəşər mədəniyyətinə xidmət
prosesində iştirakının mühüm amillərindən, başlıca göstə
ricilərindən biri kimi onun fondu nəzərdə tutulmuş, loıı-
dun kompleklləşdirilib tədricən təkmilləşdirilməsi kitab
xana işinin əsası, bünövrəsi hesab edilmişdir. O dur ki.
Bu uc vəzifəni yerinə yetirmədən kitabxananı bəşəriyyətin mkiw-
Гша xırimər irdən müəssiməyə çevirmək, elmi biliklərin toplandığı
rrərkər/ və tərbiyə məktəbi səviyyəsinə yüksəltmək mümkün ol
mazdı
tarixən kitabxana fondları
mədəniyyətin, təhsilin, biliyin
qızıl fondları kimi qiymətləndirilmiş, onlann əsas da-
şıyıcjlan hesab edilmiş, kitabxanalar isə bütun elmi kə>
Həri, intellektual nailiyyətləri, cəmiyyətin yaratdığı bulun
dünyəvi sərvətləri əsrlərdən-əsdərə,
nəsillərdən-nəsillərə
çatdıran mühüm mədəniyyət mərkəzi, elmi bilikləri yayan
institut kimi səciyyələndirilmişdir. Tanxin ilk çağlarından
bu yana dünyanın ən görkəmli dühaları kitabxanaların
topladığı elmi və mədəni sərvətləri bəşəriyyətin bilik və
düşüncələrinin,
insan
yaradıcılığının
daşıyıcıları
kimi
dəyərləndirmişdin-. Heç təsadüfi deyil ki. qədim dünya
və orta əsrlər kitabxanalarının ilk kitabxana xadimləri
görkəmli
filosoflar,
alimlər
və
mədəniyyət
xadimləri
olmuşlar.
Kitabxana inkişaf edən «orqanizmdir», inkişaf edən
canlı orqanizmdə hüceyrələr dəyişdiyi, təzələndiyi kimi
kitabxanalann inkişafında və strukturunda zaman kecdıkcə
böyük dəyişikliklər baş verir.
Bu dəyişikliklər
ayn-
aynlıqda,
bir-birindən,
təcrid
edilmiş
şəkildə
yox,
kitabxananın təbiətinə uyğun sistem şəklində fəaliyyət
göstərən elementlərin qarşılıqlı əlaqəsi prosesində l*as
verir’.
X I X -X X əsrlərdə kitabxanalar daha böyük inkısəi
yolu keçmiş, sivilizasiyalı cəmiyyətin əsas atributlanndan
birinə çevrilmişdir.
Milli,
ümumi, elmi, elmi-texnıkı.
ümumaçıq xalq lütabxanalannın meydana gəlməsi və
geniş informasiya fəaliyyəti göstərməsi cəmiyyətin mənəvi
təminatı
ilə
yanaşı
olaraq
elmin,
və
iqtisadiyyatın
1 Bu fikirlər görkəmli hind kıubxanaşıınaıu Ş. К Kanqarulana
məxsusdur.
inkişafında
da
böyük
rola
malik
olduğunu
aşkara
(..varmışdır. Bu əsrlərdə böyük inkişaf yolu keçən təhsil
' itcnu. cəmiyyətdə kütləvi mütaliənin geniş, vüsət alması
kitabxanaların fəaliyyət dairəsini xeyli genişləndirmişdir.
Kitabxanaların
ətrafında
böyük
oxucu
dairəsinin
yaranması, onlann marağının və informasiya tələbatının
artması kitabxanaların qarşısında yeni vəzifələr - hələ
indiyə qədər kitabxana təcrübəsində istifadə edilməmiş
problem vəzifələr qoyurdu. Kitabxanalar bu vəzifələrin
öhdəsindən gəlmək, durmadan artan oxucu tələbatına
cavab vermək üçün yeni is forma və üsullarından, elmi
metodlardan istifadə edərək, humanist dəyərlərin mənbəyi
kimi fəaliyyət göstərməyə başladılar.
X X əsr bəşəriyyətin tarixinə atom, elmi-texniki
tərəqqi,
informasiya .partlayışı,
mədəniyyətin
yüksək
tərəqqisi
əsri
kimi
daxil
olmuşdur.
Bu
böyük
müvəffəqiyyətlərdə
cəmiyyətin
informasiyalasdırılması
boyuk rol oynamışdır ki, bu işdə kitabxanaların xidməti
əvəzedilməzdir. Iııformasiyalaşdırma sahəsində əldə edilən
uğurlara,
informasiyalaşmanın
inkişaf
dinamikasına
əsaslanaraq
dünyanın
görkəmli
alimləri
X X I
əsri
informasiya və yaxud
informasiyalaşmış vətəndaş cə
miyyəti
quruculuğu əsri kimi qiymətləndirirlər. Informa-
siyalaşrnış vətandaş cəmiyyətində sosial sifariş olaraq
komputerləşdirməni
cəmiyyətin
bütün
sahələrinə,
o
cümlədən informasiya müəssisəsi olan kitabxana işinə və
cəmiyyətin informasiyalaşdınlmasına tətbiq etmək tələbatı
qarşıya çıxır. Bu gün insan təaliyyətiniıı bütün sahələrinin
kompüterləşdirilməsi
cəmiyyətin
əsas
sahəsi
kimi
formalaşır, sosial inkişafın mühüm və qeyd-şərtsiz amili
hesab
edilir.
Bu
vəzifələri
müsbət
həll
etmədən
cəmiyyətin humanistcəsinə yenidən qurulması, iqtisadi
inkişafı, yüksək maddi təminatı, insanların maddi niahının
yaxşılaşdırılması miimkün deyildir.
Kitabxanalar ən böyük informasiya mənbəyi ol
duğundan, informasiyalaşmış vətəndaş cəmiyyəti qurucu
luğunda onun rolu əvəzsizdir. Müasir kitabxanalar elm,
informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kımı
çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb
mühafizə edən, onlann sistemli istifadəsini təşkil edən,
cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına
xidmət göstərən sosial institut olmaqla, informasiyalaşmış
vətəndaş cəmiyyətinin əsas göstəricisi olan qlobal infor
masiya mühitinin yaradılmasında, informasiyanın əmtəəyə
çevrilməsində, informasiya və bilik bazarının yaradılması
və inkişafında, təhsil sisteminin və səviyyəsinin təkmilləş
məsində, beynəlxalq, milli və regional səviyyədə informa
siya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi
hesabına cəmiyyətin peşə və ümumi mədəniyyət səviyyə
sinin artmasında apancı rol oynayırlar. M üasir kitabxa
nalar ən yeni kompüter-telekommunikasiya texnikası ilə
təchiz olunmuş, kilabxaııa-inforınasiya texnologiyasının
son nailiyyətləri tətbiq olunan, yüksək ixtisaslı mütəxəssis
potensialına malik, müasir oxuculara coğrafi uzaqlıqdan
asılı olmayaraq, sutkanın 24 saatı müddətində on line
xidmət
göstərən
informasiya
müəssisələridir'.
M nasir 1
1 Müxtəlif ölkələrdə informasiyalaşmış vətəndaş cəmiyyəti qurucu
Dostları ilə paylaş: |