175
döngənin arxasına tərəf çəkməyi tapşırıb maşından yerə tullandım. Bizim
əsgərlərin qumbaraları isə düşmən zirehlisinə dəymədi. PDM-lərdən
atılan güllələr bir neçə əsgərimizi öldürdü. Sağ qalanlar döngənin
arxasına çəkildik. Yorğun olduğumdan yeriyə bilmirdim. Komandirlə bir-
birimizi itirdik. Mən T.Cəfərov və onun bir neçə əsgəri ilə yolun
üst tərəfi
təpəyə qalxdım. Onlar məndən qabaqda idilər. Düşmən PDM-ləri isə
yaxınlıqda idi. Gizlənməyə yer yox idi. Kiçik bir daşın arxasına uzandım
və düşmənə əsir düşməmək üçün tapançanı hazır vəziyyətə gətirdim.
Xəritəni əlimlə və dişimlə parçalayıb atdım. Lakin, məni görmədən
PDM-lər yaxınlığımdan keçdi. Sonra ayağa qalxanda Tahiri və əsgərləri
də görmədim, yəqin ki, onlar da həlak olmuşdular. Üç əsgər salamat
qalmışdı və onlarla Sarıdaş istiqamətinə doğru çəkilməyə məcbur olduq.
Yeriyə bilmədiyimdən əsgərlər mənə kömək edirdilər. Həmin gecə Qlışlı
kəndinin üst tərəfində dərədə qaldıq. Səhər açılanda biz kəndin üst
tərəfindən erməni və rus əsgərlərini bizim qərərgahda gördüm...”
Bir neçə dəqiqə sonra artıq biz Qılışlı kəndində-qərərgahda idik.
Qərərgahın yaxınlığında briqadanın topçularını gördüm. Onlar Laçın
bölgəsindən bir topla gəlmişdilər. Hara gedəcəklərini bilmirdilər. Onlara
“topu döyüşə hazırlayın” – dedim və əlavə etdim ki, düşmən PDM-ləri
yaxınlaşır. Topçulara düşmən PDM-lərinin yerini bildirdim və
görünməyən hədəfə bir neçə mərmi atdıq. 8-9 mərmi atandan sonra
topçular düşmən əlinə keçməsin deyə, topu sıradan çıxararaq oranı tərk
etməyə məcbur oldular.
Axşam saat 4-5 olardı. Qərərgahda zabitlərdən kapitan Firudin
Mehdiyev, baş leytenant Qurban Sarıyev, gizir Şahin Bəxtiyarov, Fərman
Məmmədov, 844-cü könüllülər taborunun zabiti Salah, əsgərlərdən isə
Muxtarov İlqar, Əliyev Habil, Ələkbərov Fikrət, Rafiq, Nofəl və adını
unutduğum bir nəfər də var idi. Cəmi 12 nəfər qalmışdıq. Düşmən
qarşısına çıxacaq hərbi qüvvə olmadığı üçün məcbur olduq ki, qərərgahı
tərk edək. Baş leytenant Q.Sarıyev tibb maşınının xarab olan yerini
düzəldir, mən isə onu tələsdirirdim. Kapitan F.Mehdiyev qərərgahda olan
sənədləri çantasına yığırdı. Hədsiz yorğun olduğumuzdan piyada gedə
bilməzdik. Nəhayət Qurban maşını düzəltdi. Biz qərərgahda qalmış atıcı
silahları və sənədləri maşına (DDA) yükləyib saat 16.30 radələrində
Qılışlı kəndini-batalyon qərərgahını tərk etdik. Biz qərərgahdan yola
çıxıb Nadirxanlı istiqamətinə dönərkən düşmən PDM-lərinin atəş açaraq
kəndə girdiyini gördük. Vaxt itirmək ölümə bərabər idi...
Atayev Namiqin komandirlik etdiyi kəşfiyyat dəstəsinin
döyüşçüsü zərdablı Şəfayılın dediklərindən: “Biz Kəlbəcər şəhərini tərk
etdikdən sonra piyada Ağ körpüyə gəldik və orada leytenant A.Kamalov
176
Ağıllı və tədbirli komandir-qələbənin yarısı deməkdir.
M ü ə l l i f
bizə piyada Qılışlı kəndinə-qərərgaha getməli olduğumuzu
bildirdi. Lakin biz ac idik, yeriməyə taqətimiz yox idi. Ona görə
Tərtərçay sahilindəki “Ağ körpü” yeməkxanasında (yeməkxana boş
qalmışdı) bir az çörək yeyəndən sonra yol boyu piyada Qılışlı kəndi
istiqamətində hərəkətə başladıq. Bir az getmişdik ki, arxadan-Kəlbəcər
şəhəri tərəfdən iki düşmən PDM-i və çoxlu sayda ermənilərin yolla bizə
yaxınlaşdıqlarını gördük. Biz döngələrdən birində yoldan bir az yuxarıda-
qayaların arasında mövqe tutduq və döyüşməyə başladıq. Lakin qüvvələr
qeyri-bərabər idi. Bir də qumbaraatanın mərmisi qurtarmışdı.
Ona görə də
düşmən PDM-lərinin qarşısını kəsə bilmədik və yamacla yuxarıya
çəkilməyə məcbur olduq. Bir az getdikdən sonra yol tapmaq üçün
yenidən asfalt yola tərəf-Nadirxanlı kəndinə endik. Nadirxanlı kəndinə
çatanda Qamışlı körpüsü istiqamətindən Kəlbəcərə doğru hərəkət edən
düşmən tankları ilə qarşılaşdıq. Düşmən piyadaları tankların üstündən
tökülərək bizə atəş açmağa başladılar. Biz 10-12 nəfər idik. Qumbaraatan
mərmisi olmadığından qeyri-bərabər döyüşü davam etdirə bilmədik və
kəndin içərisinə çəkildik. Biz bir-birimizdən ayrı düşmüşdük. Düşmən
tankları da lap yaxında idi. Düşmən tankların pulemyotlarından və
avtomatlardan atəş açaraq yaxınlaşırdı. Birdən mən 5-7 yaşında iki uşağın
yolda ağladıqlarını gördüm. Görünür onların valideynləri həlak olmuşdu.
Onların kiçiyini qucağıma alaraq tanklardan uzaqlaşmaq istədim. Elə bu
vaxt 10-12 addımlıqda avtomatı üstümə tuşlamış bir sarışın düşmən
əsgərini gördüm. Avtomatı mənə tuşlamış əsgər yəqin ki, rus əsgəri idi.
Silahı qaldırmaq artıq gec olduğundan qucağımdakı uşaqla addım-addım
geriyə-döngənin arxasına tərəf çəkilməyə başladım. Düşmən atəş açmadı.
Düşməndən aralanan kimi o biri uşağın da əlindən tutaraq evlərin arası ilə
xeyli qaçdım. Yorulmuşdum. Həm dincimi almaq, həm də döyüş
yoldaşlarını gözləməli idim. Bir neçə dəqiqədən sonra döyüş
yoldaşlarının bir neçəsinin gəldiyini gördüm. Onlar komandirimiz Atayev
Namiqin və kəşfiyyatçılardan 4 nəfərin həlak olduqlarını bildirdilər... ”