A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə112/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   108   109   110   111   112   113   114   115   ...   197
Biz onda millətlər içərisində sayılarıq ki, hər bir ata öz  
oğlunu düĢmən qarĢısına çıxara bilsin! M ü ə l l i f 
Artıq  yollarda  az-az  adamlar  görünürdü.  Onlar  Murovdağın  zirvəsinə 
doğru tələsirdilər...   
Aprel  ayının  üçündə  axşam  biz  Murov  dağının  “Güzgü” 
aşırımına  çatdıq.  Üzümü  döndərib  bir  daha  Kəlbəcərə  baxdım.  Kəndlər 
alov  içində  idi.  Yiyəsiz  qalmış  mal-qara  və  qoyun  sürüləüinin  isə  sayı-
hesabı  yox  idi.  Evlər  də  ki,  dolu  qalmışdı.  Sonralar  məlum  olacaq  ki, 
gecikib qaça bilməyən, qocalar, qadınlar, uşaqlar-cəmi 1000 nəfərdən çox 
Kəlbəcər əhalisi düşmən əlinə keçmiş, çoxlu sayda qız-gəlinlərimiz isə  
düşmən  əlinə  keçməkdənsə,  ölümü  üstün  tutaraq  özlərini  qayalardan 
atmış,  özlərini  Tərtər  çayına  ataraq  sularda  həlak  olmuşlar.  Ermənilər 
Kəlbəcər əhalisinə qarşı soyqırımı törətmişdi. Onlar əsir aldıqları əhaliyə 
cürbəcür  işgəncələr  vermiş,  yeriyə  bilməyən  qocaları  yerində  cə 
güllələmiş, qız-gəlinlərin başına yüz oyun açmışlar. 
Kəlbəcərin  işğalı  zamanı  1000  nəfərədək  hərbçi  də  həlak 
olmuşdur. Laçın bölgəsində qalmış taborların hissələri geriyə çəkilərkən 
Çaykənd  və  Tunel  yaxınlığında  mühasirəyə  alınmışlar.  Qeyri  bərabər 
döyüşlərdə onlar son damla qanları qalanadək vuruşaraq şəhid olmuşlar.  
Bərdə  batalyonu  da  Laçından  geriyə  çəkilərkən  Çaykənddə  ermənilərin 
pusqusuna  düşmüş  və  xeyli  itki  vermişdi.  Həmin  batalyonun  komandiri 
Tahir də həmin döyüşdə həlak olmuşdu. 
 Bizim  taborun  Zəylikdə  və  Taxtadakı  tağımları  isə  mühasirədə 
qalaraq,    bir  neçə  yerdə    döyüşə-döyüşə  Murov  dağı  istiqamətində 
hərəkətə  başlamış,  1993-cü  ilin  aprel  ayının  7-8-də  Murovdağı  aşa 
bilmişlər. Meydançay ətrafında baş vermiş döyüşdə baş leytenant Ramiz 
Əhmədov,  gizir  İlqar  Məhərrəmov,  əsgərlərdən  Abdullayev  Etibar, 
Şəmilov  Rafiq,  Məmmədov  Əli,  Quliyev  Əkbər,  Dünyamalıyev  Əfqan, 
Nəcəfov  Fazil,  Bəxtiyarov  Qahir,  Bayramov  Qaryağdı,  Həsənov  Abil, 
Hacıyev Mürvət-cəmi 17 nəfər həlak olmuşlar. Onlar döyüş yoldaşlarının 
mühasirədən  çıxmaları  üçün  ermənilərlə  qeyri-bərabər  döyüşə  girmiş, 
döyüş  yoldaşlarını  mühasirədən  çıxarmağa  nail  olmuş,  özləri  isə 
qəhrəmancasına  həlak  olmuşlar.  Onların  içərisində  aralı  əsgər  Nəcəfov 
Şahin  və  Zar  kəndinin  İcra  nümayəndəsi  Kamalov  Bahadur  da  var  idi. 
Tağım  komandirləri  leytenant  Z.Tağıyev,  leytenant  İ.Hüseynov, 
N.Məhərrəmov  və  onlarla  birlikdə  60  nəfərədək  əsgər,  həmçinin  30 
nəfərədək mülki əhali  sağ-salamat mühasirədən çıxa bilmişlər.  
Tağım komandiri Nizami Məhərrəmovun dediklərindən: “Son 
günlər  düşmən  Zəylik  kəndinin  yüksəkliklərindəki  mövqelərimizə 
aramsız hücum edir, mövqelərimizi toplarla atəşə tuturdular. Biz    


 
183 
düşmənin bu hücumlarını dəf etməklə yanaşı qonşu mövqelərə də kömək  
göstərirdik.  Aprel  ayının  1-də  Yellicə  kəndinə  düşmənin  hücumu  ilə 
əlaqədar  bölük  komandiri  leytenant  A.Kamalov  ora  getdi.  Ərzaq  və 
sursatımız tükənmək üzrə idi. Qərərgahla və rayon mərkəzi ilə əlaqəmiz 
kəsilmişdi. Aprelin ikisində qardaşım Məzahir Kəlbəcərdən xəbər gətirdi 
ki, Yellicə, Dikyurd, Ayrım, Söyüdlü sərhəd məntəqələri düşmənin əlinə 
keçmiş,  düşmən  Kəlbəcər  şəhərinə  hücuma  keçib.  Bölük  komandiri 
A.Kamalov  qardaşım  Məzahirə  bir  avtomat  silah  vermiş  və  tapşırıqla 
bizim yanımıza göndərmişdi ki, biz Zəyliyi tərk edib Kəlbəcərə çəkilək, 
götürə bilmədiyimiz silah-sursatı isə məhv edək.  Başqa çarəmiz yox idi. 
Biz  Zəyliyi  tərk  etdikdən  sonra  Zar,  Zəylik  və  digər  kəndləri  tərk 
etməmiş  30-40  nəfər  mülki  şəxsi  də  özümüzlə  götürdük.  Onların 
içərisində  qocalar,  qadınlar,  uşaqlar  daha  çox  idi.  Biz  onlara  kömək 
edirdik.  Şam  kəndinə  çatanda  artıq  Kəlbəcər  şəhərinin  və  Keştək 
kəndinin düşmən əlinə keçdiyini yəqin etdik. Biz demək olar ki, mühasirə 
vəziyyətinə  düşmüşdük.  Yolumuzu  dəyişib  Qoçdaş  dağı  istiqamətində 
irəliləməyi qərara aldıq. Orada Zar kəndindən olan Məmməd adlı bir kişi 
“Vətəni tərk etmək kişilikdən deyil”-deyərək geri qayıtdı. Biz onu heç cür 
saxlaya  bilmədik.  Məmməd  kişi  vətənində  ölməyi,  vətəni  sağ-salamat 
tərk  etməkdən  üstün  bildi.  Sonra  biz  Milli  kəndinə  enib  bir  neçə  saat 
dincəldikdən  sonra  Çaykəndə  enib  körpünü  keçdik  və  Murov 
istiqamətində  irəlilədik.  Çaykənddə  olan  5-6  nəfər  erməni  əsgəri  bizi 
görüb  qaçıb  gizləndilər.  Güneypəyə  kəndində  bir  az  dincimizi  aldıqdan 
sonra  yenidən  hərəkətə  başladıq.  O  biri  gün  Qamışlı  kənd  körpüsünü 
keçib  Qasımbinə kəndinə qalxdıq. Burada arxadan gələn yük maşını ilə 
dolu  əsgərlərlə  rastlaşdıq.  Əvvəlcə  onları  özümüzünkülər  hesab  etdik. 
Maşın lap yanımazda saxladı. Hətta əsgərlərdən biri maşına yaxınlaşaraq 
bizi  də  aparmağı  dedi.  Lakin,  mən  və  leytenant  Z.Tağıyev  maşındakı 
əsgərlərin  maşının  arxasından  düşərək  özlərinə  mövqe  seçdiklərini 
görüncə, onların düşmən olduqlarını yəqin etdik və əsgərlərə atəş açmaq 
komandası verdik. Az qala əlbəayaxa döyüş başladı. Düşmən əsgərlərinin 
çoxunu məhv elədik. Bir neçə erməni əsgəri qaçıb canını qurtardı. Şahin 
adlı  əsgərimiz  isə  qılçasından  yaralandı.  Bundan  sonra  biz  Yanşaq 
kəndinin düşmən əlində olduğunu yəqin edib yolumuzu dəyişdik. Yanşaq 
kəndini  keçdikdən  sonra  yenidən  Murov  yoluna-Meydançay  dərəsinə 
endik.  Gecə  bir  qədər  dincəldikdən  sonra  Murovdağa  doğru  qalxmağa 
başladıq.  Səhər  yenicə  açılmışdı.  Murovdağ  ətəklərində  düşmənlə 
qarşılaşdıq.  Onlar  bizim  dildə  danışaraq  bizi  aldatmaq  istədilər.  Əsgər 
Etibar  Abdullayev  bir  əsgərlə  onlara  yaxınlaşaraq  kim  olduqlarını 
dəqiqləşdirmək istədi. Bu vaxt onları atəşə tutdular. Biz də düşmənə atəş 
 


 
184 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin