▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 16 aprel 1993-cü il- briqadanın “Xilaskar” adlanan taboru (tabor
komandiri: kapitan Vəli Bayramov) 21 nəfər döyüşçü ilə itirilmiş
yüksəkliyə-Murovdağın “Güzgü” aşırımına hücum etdi və heç bir
itki verməyərək yüksəkliyi ələ keçirdi. Döyüşdə sıravi Heydərov
Elşad, Sultanov Elşən və digərləri fərqləndilər.
18 aprel 1993-cü il- düşmən “Güzgü” aşırımını ələ keçirmək
üçün hücuma keçdi. “Xilaskar” taborunun 1-ci bölüyü (bölük
komandiri: leytenant Babayev Hüseynağa, tağım komandiri
Əliyev Aydın) düşmənin 2 ədəd PDM-ni və bir ədəd T-72 tankını
vuraraq, düşmənin 100-dək canlı qüvvəsini məhv etdi. Bölükdən
iki nəfər şəhid oldu və 6 nəfər yaralandı.
18 avqust 1993-cü il- düşmən kəşfiyyatının köməkliyi ilə
düşmən artilleriyası Murovdağda yerləşən mövqelərimizi intensiv
atəşə tutdu. Həlak olan və yaralananlar oldu. 3-cü taborun 1-ci
bölüyü (komandir: baş leytenant Akif Kamalov) digər taborlarla
erməniləri ələ keçirdikləri yüksəkliklərdən və Koroğlu dağından
əvvəlki mövqelərinə çəkilməyə məcbur etdi.
Gizirlər: ġahin Bəxtiyarov(sağda) və Əlövsət Həsənov
187
Biz onda iĢğal olunmuĢ torpaqlarımızı geri qaytararıq ki, qızlarımız vətən uğrunda döyüĢməyəni sevməsinlər! M ü ə l l i f