A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə117/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   113   114   115   116   117   118   119   120   ...   197
                                                                    Qarı düĢmən dost olmaz. 
A t a l a r   s ö z ü.                                                                              
 
aşağı dərəni daimi atəş altında saxlamağa çalışırdım. Düşmən mövqeləri 
və düşmən kəşfiyyatının hərəkət edəcəyi bütün yerlər atəşə tutuldu. Artıq 
düşmənin  planları  pozulmuşdu.  Düşmən  kəşfiyyatçıları  atəş  altında 
qalmışdı.  Bizim  sağ  və  sol  qonşu  mövqelərdən  də  düşmən  üzərinə  atəş 
açılırdı.  Buna  görə  də  düşmən  ön  mövqelərimizi  hər  tərəfdən  atəşə 
tutmaqla öz kəşfiyyatçılarını döyüş meydanından çıxarmağa çalışırdı. Iki 
saat  idi  ki,  mövqe  döyüşü  aparırdıq.  Koroğlu  dağında  mövqedə  olan  -
“Qoca”  ləqəbli  leytenant  Mehdi  Şahüseynov  ratsiyada  məni  çağırırdı: 
“Səhər-1, Səhər-1, mən Səhər-2-yəm, cavab ver”. Mən cavab verdim. O 
soruşurdu  ki,  orda  nə  baş  verib,  salamatsızmı?  Mən  vəziyyəti  örtülü  də 
olsa  ona  başa  saldım  və  açıq  danışmamağı  dedim.  Səhərəyaxın 
güllələrimiz  azaldı  və  qonşulardan  əlavə  sursat  aldıq.  Səhər  açılanda 
döyüş  dayanmışdı.  Əllərimin  yarasından  hələ  də  qan  axırdı.  Tənziflə 
əllərimin  ikisini  də  sarıdıq  və  səhər  yeməyi  yeməyə  başladıq.  Əsgərlər 
yenə də bir-birləri ilə zarafat edir, sanki ötən gecəki döyüşün həyəcanını 
və  Murovdağ  soyuğunu  öz  duzlu-məzəli  zarafatları  ilə  yox  etməyə 
çalışırdılar.  Elə  bil,  gecə  səhərədək  qayalıqda  döyüşən  və  qayalara 
söykənərək soyuqdan tir-tir əsən biz deyildik.  
Günəş çıxsa da istisi duyulmurdu. Ermənilər tək-tək güllələr atır, 
bəzən  minaatanla  mövqelərimizi  vurmağa  çalışırdı.  Biz  isə  avtomat  və 
pulemyotlarla  onlara  qısa  cavablar  verirdik.  Düşmənin  minaatan 
mərmiləri  ya  mövqeyimizdən  irəliyə  düşür,  ya  da  başımız  üstündən 
keçərək arxa tərəfimizdə hündür qayanın aşağısında 50-60 metr aşağıdakı 
çınqıllıqda  partlayırdı.  Saat  2  olardı.  Mən  qayanın  yarığından  düşmən 
mövqeyini  müşahidə  edirdim.  Sol  cinahda  yamacdakı  yolun  axırıncı 
döngəsində  xırda  qayalığın  arxasında  düşmən  əsgərinin  balta  ilə  odun 
doğradığını  gördüm.  Erməni  gah  görünür,  gah  da  daşların  arxasında 
gözdən  itirdi.  Mən  5.45  mm-lik  avtomatla  nişan  alır,  lakin  atəş  açmağa 
imkan tapmırdım. Nəhayət düşmənin başı  görünər-görünməz atəş açdım. 
Düşmən  yerə  sərildi  və  mövqelərimiz  yenə  hər  tərəfdən  güclü  atəşə 


 
194 
məruz  qaldı.  Mən  əsgərlərə  ehtiyatlı  olmağı  və  az-az  düşmənə  cavab 
verməyi tapşırdım. Bir saatdan sonra atışma bir az səngidi. Mən səngərə 
müşahidəçilər qoyaraq, qalanlarına istirahət etməyə icazə verdim. Çünki 
gecə  heç  kim  yatmamışdı.  Özüm  isə  qayalığın  gün  düşən  yerində 
uzanaraq  dincəlirdim.  Hərdən  düşmən  minaatanlarının  mərmiləri 
ətrafdakı  çınqıllıqlara  düşürdü.  Birdən  yaxınlığımdakı  qayaya  bir  dəmir 
parçası dəyərək cingildəyə-cingildəyə 50-60 metr hündürlüyündə qayanın  
aşağısına  düşdü.  Su  üçün  göndərdiyim  əsgərə  qayanın  aşağısına  düşən 
dəmirin  nə  olduğunu  öyrənməyi  tapşırdım.  Bir  azdan  həmin  əsgər 
aşağıdan  çağırıb  dedi  ki,  bu  partlamamış  120  mm-lik  minaatan 
mərmisidir. Sən demə mənim 5-6 metrliyimə düşən mərmi qəlp çıxmışdı. 
Beləcə bütün 92-nin yazını, yayını və payızını Murovdağda keçirdik... 
Qəlbim yenə dağa döndü, 
Mən Murovun başındayam! 
Yaxındadır yurdum-yuvam, 
Kəlbəcərin tuşundayam, 
Mən Murovun başındayam! 
Boran vurur, əsir külək, 
Daşa dönüb burda çörək. 
Saçıma dən düşür tək-tək, 
Daha Murov yaşındayam, 
Mən Murovun başındayam! 
Oktyabr  ayında  Xanlar rayonunda  ikinci  bir taboru  təşkil  etmək 
üçün  taborun  bir  neçə  zabit  və  giziri-  mən,  baş  leytenant  Xalid 
Hümbətov, gizir Nizami Məhərrəmov və Nəriman Məmmədov- ora ezam 
olunduq. Biz şəhərdə başqa bir hərbi hissənin kazarmalarında yerləşərək 
hərbi  komissarlıq  tərəfindən  çağırılmış  yuxarı  yaşlı  əsgərlərdən  400 
nəfərlik  bir  tabor  təşkil  etməklə  məşğul  idik.  Günbəgün  yeni  çağırılmış 
əsgər  və  zabitlərin  sayı  artırdı.  Iki  aydan  artıq  bir  müddətdə  xeyli  iş 
görmüşdük. Biz hər gün yeni çağırılanlarla təlimlər təşkil edir, qarşıdakı 
döyüşə hazırlaşırdıq. Həmin əsgərlərin bir çoxu döyüşlərdə iştirak etmiş, 
döyüş təcrübəsinə malik əsgərlər idilər. Təzə çağırılmış zabitlər içərisində 
tələbə və əsgər yoldaşım Kamil də var idi.  
Əsgərlər içərisində 15 yaşlı bir əsgərimiz də var idi: Abdullayev 
Sərdar Bəhmən oğlu könüllü olaraq döyüşlərə getmək qərarına gəlmişdi. 
Briqada komandiri Valeh Rəfiyev hər gün onu əsgər cərgəsinin qarşısına 
çıxarır və əsgərlərə nümunə göstərirdi. Biz Sərdara “Alay oğlu” deyirdik.  
Iki  aydan  sonra  həmin  əsgər  və  zabitləri  briqadanın  taborları  arasında 
bölüşdürdük  və  dekabrın  sonunda  Kəlbəcəri  azad  etmək  üçün  hücum 
əməliyyatlarına başladıq. 


 
195 
Biz onda böyük millət olarıq ki, analarımız öz oğullarını 
heyifsilənmədən döyüĢə göndərə bilsin!   M ü ə l l i f                                                                                           

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin