191
Qələbə - elə bir ecazkar nemətdir ki, onun Ģirinliyini Ģəkərlə, balla,
hətta dünyada olan nemətlərin heç biri ilə müqayisə etmək olmaz.
M ü ə l l i f
...Murovdağın ətəklərinə çatanda yol düşmən topları ilə
bombalandığından biz maşınlardan düşərək çayı o taya adladıq və piyada
getməyə başladıq. Hərdən bir ətrafa top mərmisi düşürdü. Bir neçə əsgər
yaralanmış, bir neçə çadırımız bombalarla dağıdılmış, maşın üzərində
quraşdırılmış qoşalülə zenit pulemyotu da vurulmuşdu. Yuxarıdan bizə
tərəf gətirilən yaralılarla qarşılaşırdıq. Təpənin arxasında onları maşına
qaldırdılar. Onların içərisində kəşfiyyatçı qızlardan Kəmalə və Aliyə də
var idi. Aliyə yaralı idi. Həmin qız bizim onlara köməyə gəldiyimizi
görüb bir əlini yuxarı qaldıraraq, “Möhkəm olun, qorxmayın, irəli gedin”-
dedi. Kəşfiyyatçı qızın dediyi bu bir neçə kəlmə söz əsgərlərə elə bil qol-
qanad verdi. Bayaqdan qarşıda onları nələr gözlədiyini bilmədən həyəcan
içərisində dağlara qalxan əsgərlərə elə bil qol-qanad verdilər...
Biz yavaş-yavaş yuxarı qalxmağa davam edirdik. Koroğlu
dağında mövqe tutmuş düşmən kəşfiyyatçıları ilə yarım saatlıq döyüşdən
sonra düşmən oradan qovulmuş, yüksəkliklər yenidən bizim əlimizə
keçmişdir. Bütün yüksəkliklərdə biz əlavə müdafiə mövqeləri təşkil
edərək,
orada
əsgərlərin
sayını
artırdıq
və
mövqelərimizi
möhkəmləndirdik. Düşmən yüksəklikdən çıxarıldıqdan sonra dağların
zirvəsində müdafiə mövqeləri gücləndirildi. Həmin gün yuxarı
komandanlığın göstərişi ilə mənim bölüyüm Ömər, Güzgü və Koroğlu
yüksəkliklərində ön mövqedə yerləşdirildi. Hər mövqedə durmaq üçün
bir zabit və 12 əsgər ayırdım. Bölüyün digər tağımlarını isə Turşsu
bulağının yaxınlığında-yol kənarında-çadırlarda yerləşdirdik...
* * *
Artıq bir neçə gün idi ki, Murovdağda ön mövqedə idik. Bölüyün
üç keşikçi məntəqəsi var idi: 1-ci məntəqə Ömər dağı yüksəkliyində, 2-ci
məntəqə Güzgü aşırımının sağ tərəfindəki hündür qayalıqda, 3-cü
məntəqə isə Koroğlu dağında idi. Mən vaxtaşırı həmin məntəqələrə
qalxır, onların təchizatı ilə maraqlanır, əlavə sursat, ərzaq, yanacaq
göndərirdim. Güzgü məntəqəsindəki kiçik blindajı əsgərlərin köməyi ilə
qaya daşlarından özüm tikdim və ora soba qoyduq.
Briqadanın komanda qərərgah maşını da bizim yanımızda-turşsu
yaxınlığında, yol kənarında-idi. Biz burada-Murovdağdan görünməyən
bir dərədə çadırlar qurmuşduq. Hər səhər əsgərlərə “Qalx” komandası
verir və dolayı maşın yolu ilə onları qaçırır, idman edirdik. Sonra bulağın
buz kimi suyunda yuyunur, səhər yeməyi yeyir və təlimlərə gedirdik.
Təlimlər əsasən atəş hazırlığı və taktiki təlimlərdən ibarət olurdu.
192
Axşamlar çadırlarda odun sobası yandırırdıq. Odunu isə aşağıdakı
meşələrdən özümüz gətirirdik.
Boş vaxtlarımızda zabitlər hamımız bir çadıra toplaşıb gitara,
qarmon çalır, çay içir, zarafat edirdik. Gitaranı baş leytenant Xalid
Hümbətov gətirmişdi. Mən isə bəzən gitaranı saz kimi kökləyib çalırdım.
9 oktyabr 1993-cü ildə Azərbaycan Ordusunun yaradılmasının 2-ci
ildönümündə çobanlardan əsgərlər üçün bir qoyun aldıq və bir qoyunu da
biz zabitlər öz maaşımızla aldıq. Maaşımızı isə Qırımxanla Mayıl elə
həmin günü gətirib vermişdilər. Həmin gün kabab çəkdik və əsgərlərə də
istirahət verdik. Sonra qarmon çalıb əsgərlərlə birlikdə oynadıq.
Briqadanın qərərgah rəisi polkovnik-leytenant Eldar Həsənov da
yanımıza gələrək həmin günü bizimlə keçirdi. Hamımızın “Qoca”
deyərək çağırdığımız şən və zarafatcıl olan kiçik leytenant Mehdi
Şahüseynov xeyli oynadıqdan sonra birdən dayandı və başına əlləri ilə
vuraraq-“Kül başına ay Qoca, arvad evdə acından ölür,
sən də burda pulla
oynayırsan”- dedi. Biz bütün günü onun sözlərinə güldük. Zabit
yoldaşlardan kapitan Mürşüd Məmmədovla baş leytenant Məzahir
Sadıqov da bir-birləri ilə həmişə zarafat edirdilər. Onlar ikisi də bir-
birlərinin şəkillərini yaxalarına taxaraq digərinin həlak olduğunu və onun
yasını saxladığını deyirdilər. Müxtəlif zarafatlar və maraqlı əhvalatlar
olmasa, səngər həyatı cansıxıcı olar...
* * *
Bütün yayı və payızı Murovdağda keçirdik. Hər bir tağım 3 gün
müddətinə ön mövqeyə çıxarılır, 3 gündən sonra isə digəri ilə əvəz
edilirdi. Bir dəfə-oktyabr ayının əvvəllərində mən özüm də ön mövqeyə
keşiyə çıxdım. Əsgərlərdən Zahir, Şahin, Söhrab və digərləri ilə Güzgü
aşırımında ön mövqedə keşik çəkirdik. Elə birinci gecə düşmən qayalığa
və səngərlərimizə hücum etdi. Bir neçə istiqamətdən səngərlərimiz
aramsız avtomat və pulemyotlarla atəşə tutuldu. Həyəcan siqnalı verildi.
-“Səhər-1”, “Səhər-1”, mən “Şimşəyəm”-qəbul.
-“Şimşək”, “Şimşək”, səni eşidirəm.
-“Donuzlar”
dərə ilə gəlir, ehtiyatlı olun.
-“Şimşək”, sizi başa düşdüm.
Qonşu mövqedən bildirdilər ki, düşmən kəşfiyyatı bizim
mövqelərə yaxınlaşır. Mən qayalıqda olan mövqelərimizi bərkitməklə
yanaşı qayalığın sağ cinahına da əlavə əsgərlər təyin etdim və ratsiya ilə
yuxarı komandanlığa məlumat verdim. Sağ cinahdakı əsgərlərə tapşırıq
verib qayıdarkən qaranlıqda qayadan yıxıldım, avtomatı əldən buraxmaq
istəmədim, əllərim və dizlərim yaralandı. Buna baxmayaraq müdafiəni
gücləndirmək barədə əmrlər verir, bizim qarşı tərəfimizdəki qayalığı və