“Murovdağ” əməliyyatı
1994-cü il yanvar ayının əvvəlləri idi. 701-ci hərbi hissənin digər
taborlarının apardığı uğurlu döyüşlər nəticəsində ermənilər Güzgü,
Koroğlu və Ömər aşırımlarından qovulmuş, Meydançay ətrafında düşmən
darmadağın edilmişdi. Bu döyüşlərdə 5-ci tabor gizli düşmən arxasına
keçərək Meydançayda pusqu düzəltmiş, Murovdağdan qaçan düşməni və
Murova doğru köməyə gələn düşmən qüvvələrini məhv etmişlər. Bu
döyüşdə Aydınov Rəfi igidlik göstərərək qəhrəmancasına həlak olmuşdu.
Kəlbəcərin Yanşaq və Susuzluq kəndləri uğrunda döyüşlər davam
etdirilirdi. Güzgü aşırımı və Meydançay dərəsində düşmən əsgərlərinin
saysız meyidləri səpələnmişdi. Bu döyüşlər nəticəsində düşmən
Murovdağdan qovulmuş, döyüşlər Kəlbəcərin Murovdağ ətəklərindəki
kəndləri uğrunda davam etdirilirdi. 3-cü tabor (tabor komandiri baş
leytenant F.Alışov), 5-ci tabor (komandir-baş leytenant Gəray Əsədov)
Meydançay və Şişqaya yüksəklikləri uğrunda, 2-ci və 4-cü tabor(Xanlar
batalyonu) 1-ci taborla Meydançayın sağ tərəfi yüksəklikləri boyunca
irəliləyirdi...
2-ci taborun baş çavuşu Nəriman Məmmədovun dediklərindən:
“Biz yavaş-yavaş Meydançay dərəsi ilə irəliləyir, yüksəklikdə mövqe
tutmuş düşmən əsgərlərinə görünməməyə çalışır, dağı dolanaraq onların
arxasına keçməyə çalışırdıq. Kəşfiyyatın verdiyi məlumata əsasən sağ
tərəfdəki yüksəklikdə düşmən mövqe tutmamışdı. Ona görə dağın cənub
yamacı ilə səssiz gedir, mümkün qədər səs salmamağa və qarın üzərində
sürüşməməyə çalışırdıq. Lap az qalmışdı ki, düşmən mövqelərinin
arxasına keçək, birdən sağ və sol yüksəkliklərdən bizi qəfil atəşə tutdular.
Əvvəlcə açılan atəşin təsadüfi olduğunu yəqin etdik. Lakin, hər tərəfdən
yağış kimi yağan güllələrdən bir neçə əsgərimiz yaralandıqdan sonra
pusquya düşdüyümüzü dərk etdik. Əsgərlər özlərini itirmiş, nə etmək
lazım olduğunu bilmirdilər. Biz düşmənə atəş açmaq əmri verdim. Lakin
düşmən bütün yüksəklikləri ələ keçirmişdi. Başqa yolumuz
qalmadığından məcbur olub geri çəkilməyə başladıq. Amansız bir döyüş
gedirdi. Biz dağın yamacında tam açıqlıqda idik. Hər yerdən güllə
yağırdı. Mən həm sağ tərəfdəki yüksəklikdə mövqe tutmuş düşmənə atəş
açır, həm də əsgərlərə yaralıları götürməkdə kömək edirdim. Yaralanan
və ölənlər var idi. Bir saat çəkən döyüşdə biz 12 nəfər şəhid verdik, 18
yaralını götürərək dağın arxasına çəkildik. Yaralılara kömək edərkən
209
Qoy bizim ana və bacılarımız öz övladlarına xalqımızın
qəhrəmanlıq ə nənələrini öyrətsinlər, onları doğma
torpaqların müdafiəçiləri kimi böyütsünlər! M ü ə l l i f
əsgərlərdən birinin pulemyotu döyüş meydanında qalmışdı. Mən həmin
əsgəri pulemyotunu götürməyə göndərdim və düşmən mövqelərini atəş
altında saxlamağa başladıq. Bir neçə dəqiqədən sonra həmin əsgər
pulemyotu götürərək geri qayıtdı”.
3-cü taborun əsgər və zabitləri “Bozdu” əməliyyatından bir həftə
sonra öz qüvvələrimizi cəmləyərək yenidən Murovdağa qalxdı. Murov
dağından Meydançay dərəsinə enərkən maşınları işıqsız sürürdük. Çünki
düşmən yolu uzaqdan topla nəzarətdə saxlayırdı. Bir gün əvvəl həmin
yolda minaatan mərmisi ilə düşmən bizim Kamaz markalı maşını vurmuş,
Mehdiyev Sabir və bir neçə əsgər yaralanmışdı. Tabor komandiri
hospitalda olduğu üçün onu baş leytenant Fehruz Alışov əvəz edirdi. Mən
üçüncü bölüyə komandir təyin edilmişdim. Taborun qərərgahı
Meydançayın sol sahilində bir dərədə çadırlarda yerləşirdi. Bizdən bir
qədər qabaqda döyüş gedirdi. Biz həlilik ehtiyatda olan tabor idik. Yalnız
ön mövqedə Əziz Abbasovun komandirlik etdiyi minaatan batareyası
yerləşdirilmişdi. Mən və baş leytenant Əhəd İsmayılov bir saat olardı ki,
Murovdağdan bura enmişdik. Yolda Kəlbəcər rayon yol idarəsinin
işçiləri-Şəmsi və Fikrətlə görüşdük. Onlar bizə və 40 nəfərədək əsgərə
xeyli şirniyyat verdilər.
Gecə zabitlər hamımız soba yandıraraq bir çadıra toplaşdıq. Bir
azdan briqadanın qərərgah rəisi polkovnik-leytenant Eldar Həsənov da
yanımıza gəldi. Çay qaynatmışdıq. Mən çantamdan şokalad çıxarıb zabit
yoldaşlara və əsgərlərə payladım ki, çay içək. Elə bu zaman qəfil atılan
iki top mərmisi çadırımızın lap yaxınlığına düşdü. Qonşu çadırda iki
əsgər həlak oldu. Ermənilərdən götürdüyümyüz iki at da öldü. Mən
komanda verərək əsgərləri dərənin yuxarı hissəsinə-təhlükəsiz yerə tərəf
apardım. Bir saata qədər düşmən bizim çadırları və Murov yolunu topla
atəşə tutdu. Gecə saat üçdə 3-cü taborun Murovdağdakı Yol evinə
qalxması barədə əmr aldıq. Gecənin zülmət qaranlığında silah və
sursatımızı götürərək piyada Yol evinə qalxdıq. Ağır sursatları və
yüklərimizi isə maşına yüklədik və sürücüyə maşının işığını yandırmadan
sürməyi tapşırdıq. Yol evində-qərərgahda yuxarı komandanlıqdan bizə
xüsusi tapşırıq verildi: birinci taborla bərabər düşmənin mövqe tutduğu
Susuzluq dağına qalxmalı, oradakı düşmən mövqelərini ələ keçirməyi və
həmin yüksəklikdən Susuzluq və Yanşaq kəndlərinə hücum etməli idik.
Bununla da bizim tabor ikinci dəfə düşmən arxasına göndərilirdi.
210
Ġnsan üçün ən müqəddəs varlıq anadır. Ondan da müqəddəs
bir məfhum var; o-torpaqdır. Çünki müqəddəs olan ananın
özü də torpaqdan yaranmıĢdır. M ü ə l l i f
Dostları ilə paylaş: |