202
tutmuşduq. Biz-zabitlər bir-birimizi qələbə münasibəti ilə təbrik edirdik.
Ac və yorğun idik. Dincəlmək əmri verildi. Mən komandirin yanına
gələrək qələbə münasibəti ilə onu təbrik etdim. Təpəlikdə oturduq.
Leytenant Z.Hüseynov mənə dedi ki, əmin oğlu Habil də burdadır. Əsgər
Kamalov Habili çağırıb görüşdüm. O, bildirdi ki, hospitaldan qayıdaraq
birbaşa döyüşə gəlib.
Əsgər və zabitlər çantalarında olan axırıncı tikələrini çıxarıb
bölüşdürdülər. Bu çox az idi: hərəyə bir tikə düşdü. Ermənilərdən az
miqdarda yağ və şəkər əldə etmişdik. Çörək yox idi. Bundan da vacib
olan isə güllələrimizin azalması idi. Yuxarı komandanlıqla ilə əlaqə
saxladıq; tapşırığın yerinə yetirildiyini və hücumu davam etdirmək üçün
çörək və patron lazım olduğunu bildirdik...
Taborun qərərgah rəisi Fehruz Alışovla və onun dəstəsi ilə heç
bir əlaqə yarada bilməmişdik. Onlar Alaxançallı istiqamətindən
Murovdağ silsiləsini aşaraq İlyaslar və Lev kəndinə hücum etməli idilər.
Onlar nə ratsiya ilə çağırışlara cavab verir, nə də İlyaslar kəndi
istiqamətində görünürdülər.
Axşamüstü ermənilər 4 ədəd zirehli texnika və 500 nəfərədək
ehtiyatda olan canlı qüvvə ilə hücuma keçdilər; onlar itirilmiş
mövqelərini geri qaytarmaq istəyirdilər. Lakin yüksəklik bizdə olduğuna
görə düşməni yaxına buraxmır, itkilərə məruz qoyurduq. Minaatanın
mərmisi və güllələrimiz azalmışdı. Yalnız pulemyotlardan atəş açırdıq.
Düşmən artıq toplarla və minaatanla mövqelərimizi vururdu. Biz yuxarı
komandanlıqdan patron və kömək istədik. Briqada qərərgahından bizə
heç bir köməyin gəlməyəcəyini və sursatın göndərilməsinin qeyri-
mümkün olduğunu bildirdilər. Biz vertalyotla yaxınlığa patron
gətirilməsini xahiş etdik. Lakin vertalyotlarla da bizə patron
göndərmədilər. Biz mühasirədə döyüş apardığımızı və vəziyyətin
çıxılmaz olduğunu, bizə çörək yox, patron lazım olduğunu bir daha
bildirdik. Bu vaxt ermənilər yenidən əks-hücuma keçdi. Düşmən
minaatanla atəş açırdı. Mən kəndin içərisində bir evin qarşısına toplaşmış
zabit və əsgərləri evin arxasına çəkilmələri üçün komanda verdim. Biz
evdən bir qədər uzaqlaşmışdıq ki, düşmən mərmisi bayaq bizim
dayandığımız yerə düşdü. Hər tərəf tüstü və toz içində qaldı. Tüstü
çəkiləndə biz bir qədər yuxarı qalxmışdıq. Heç kim yaralanmamışdı, itki
yox idi. Leytenant Əziz Abbasova minaatanı yuxarı təpəliyə çıxarmağı və
düşmən mövqelərinə və yola atəş açmağı tapşırdım. Elə bu vaxt
ermənilərin Bozdu kəndinin aşağısından dərə ilə irəlilədiyini gördüm.
Düşmənin qarşısını kəsmək üçün Bozlu kəndinin quzey tərəfində dərənin
kənarında qarlı meşədə mövqe
tutmaq üçün dörd əsgərə-Vidadi,
Nemət
204
top atəşinə tutmuşdu. Ünvansız olaraq atılan və dağ yamaclarında
Dostları ilə paylaş: