A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə119/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   115   116   117   118   119   120   121   122   ...   197
Komandirə inam-qələbəyə inam deməkdir.   M ü ə l l i f                                        
can atırdıq.  
25-30  kiloqramlıq  arxa  çantası  ilə  qarlı  dağa  qalxmaq  olduqca 
çətin  idi.  5-6  addımdan  sonra  gücümüz  tükənir,  dincimizi  alıb  yenidən 
qalxırdıq.  Bəzi  yerlərdə  qayalıqlara  dırmaşır,  bəzən  bilmədən  qayaların 
qarla örtülü yarıqlarına düşür, bəzən 40-50 metr hündürlükdə qarla dolu 
dərələri keçərkən boğaza qədər qara batır, köməkləşib bir-birimizi çıxarır, 
həddindən çox  əzab-əziyyətlə hərəkət edirdik.  Üstəlik  minaatan və onun 
mərmiləri  bizim  hərəkətimizi  çətinləşdirirdi.  Yüksəkliklərə  qalxdıqca 
əsgərlərdən  bəzisi  tamamilə  addım  ata  bilmir,  hərəkətsiz  halda  yerə 
yıxılırdı.  Mən  onların  daha  bizimlə  gedə  bilməyəcəyini  yəqin  etdikdən 
sonra  məcbur  olub  onları  geri  qaytarırıdım.  Onların  çantalarındakı 
minaatan  mərmilərini  isə  digər  əsgərlərə  paylayırdım.  Çünki  sursatın 
aparılmasını  çörəkdən  də  vacib  bilirdim.  Artıq  minaatanı  əsgərlərdən 
Vidadi və Qənimətlə özüm götürürdüm. Murovdağın zirvəsin isə hələ çox 
qalırdı.  Kəlbəcər  taborunun  bu  yürüşü  Azərbaycan  ordusunun  tarixinə 
qızıl hərflərlə yazılmalı bir yürüş idi. Bu yürüşdə iştirak edən bütün əsgər 
və zabitlər qarşısında baş əyirəm.  
Yurd-yuvasız hey yanıram, 
Demə vaxtsız sönəsiyəm. 
Çox susmuşam, çox dözmüşəm
Vallah bir gün dinəsiyəm! 
Vermərəm mən o cənnəti, 
Fikrim qəti, sözüm qəti. 
Götürmərəm bu töhməti, 
Səngərlərə sinəsiyəm! 
Telli sazla oxşadığım, 
Min gülünü qoxladığım. 
Ondan ötrü ağladığım, 
Kəlbəcərə dönəsiyəm! 
*  *  * 
1  yanvar  1994-cü  il  səhər  açılanda  Murov  dağının  zirvəsinə 
çatdıq.  Bütün  gecəni  dayanmadan  qarlı  zirvələrə,  qayalara  dırmaşırdıq. 
Bu qədər məsafəni isə Kəlbəcər istiqamətinə aşağı enməli idik. Murovun 
zirvəsindən  baxanda  dağın  ətəklərində  qarışqa  boyda  görünən  adamları 
gördük.  Lakin  ratsiya  olmadığından  tabor  komandiri  və  ya  bölüklərlə 
əlaqə  saxlaya  bilmirdik.  Aşağıdakıların  bizimkilər  və  ya  düşmən 
olduğunu ayırd etmək çətin idi. Fikirləşə-fikirləşə qalmışdıq. Əgər onlar 
bizimkilərdirsə, bəs onda niyə açıq-aşkardadırlar? Niyə düşmən arxasında 
ola-ola  gizlənmirlər?  Yox,  əgər  düşməndirsə,  onda  bizimkilər 


 
198 
hardadırlar? Buna görə də aşağı enmək təhlükəli idi. Oradakı  əsgərlərin 
bizimkilər  olmasını  dəqiqləşdirmək  lazım  idi.  Həm  də  kəşfiyyatsız 
getsək,  düşmənlə  qarçılaşa  bilərdik.  Buna  görə  mən  batareyanın 
əsgərlərini  dağın  zirvəsində  saxlayıb  baş  leytenant  Xalid  Hümbətov  və 
leytenant  Əziz  Abbasovla  məsləhətləşdim.  Razılığa  gəldik  ki,  mütləq 
kəşfiyyat aparmaq lazımdır. Mən əsgər Qənimət Süleymanov və daha bir 
əsgərlə  kəşfiyyat  aparmaq  məqsədi  ilə  Murovdağdan  aşağı  enməyə 
başladıq.  Batareya  isə  danışdığımız  kimi  bizim  işarəmizlə  zirvədən 
enməli idi.  
Biz  mümkün  qədər  gizli  olaraq  qarlı  dərələrlə  enir,  düşmənin  duyuq 
düşməsinə  imkan  verməməyə  çalışırdıq.  Aşağı  enmək  heç  də  asan 
deyildi.  Hər  addım  atdıqca  qurşağa  qədər  qara  batırdıq.  Bəzi  yerlərdə 
qarın  üstü  ilə  sürüşürdük.  Bəzən  dayanır  ətrafı  müşahidə  edir,  yenidən 
aşağı enirdik. Artıq Təkəqaya kəndinin yaylaq damlarına yaxınlaşmışdıq. 
3 saat idi ki, Murovdağın zirvəsindən enirdik. Bir az dincimizi almaq və 
çörək yemək üçün bir bulaq başında oturduq. Bulaq qarın altından axırdı. 
Bir konserv açdıq və çörək kəsib yedik. Qənimət çantasından bir butulka 
araq  çıxardı  və  hərəyə  50  qram  içdik.  Çörək  yeyə-yeyə  ətrafı  bir  daha 
diqqətlə  gözdən  keçirdim.  Ətraf  tamamilə  qarla  örtülmüşdü.  Qarın 
üzərində  maral  və  dağ  keçilərinin  izi  qalmışdı.  Bizdən  bir  qədər  sağda 
1992-ci ildə bizim döyüşçülər tərəfindən vurulmuş bir erməni vertalyotu 
görünürdü.  Qarşı  tərəfdəki  Susuzluq  dağının  və  sağ  tərəfdəki  Təkəqaya 
dağının zirvələrinə bir daha göz gəzdirdim.  Təkəqaya dağının zirvəsində 
də  əsgərlər  görünürdü.  Təqribən  15-20  nəfər  olardılar.  Bundan  başqa 
bizdən  800-1000  metr  aşağıda-yaylaq  damlarının  ətrafında  da  əsgərlər 
gözə  dəyirdi.  Lakin  onların  bizimkilər  olmasını  heç  cür  aydınlaşdıra 
bilmirdim.  Fikirləşdim  ki,  iki  bir-birindən  uzaq  məsafədə  olan 
dəstələrdən  yalnız  biri  bizimki  ola  bilər.  Biz  bir  az  da  aşağı  endik  və 
yaylaq  damlarına  6-7  yüz  metrədək  yaxınlaşdıq.  Mənim  işarəmlə  bizim 
arxamızca hərəkət edən batareya Murovdağının yamacları ilə aşağı enirdi. 
Birdən  Təkəqaya  dağının  zirvəsindəki  əsgərlərin  yavaş-yavaş  bizə  tərəf 
aşağı  endiklərini  müşahidə  etdik.  Məsafə  uzaq  olduğundan  onların  kim 
olmalarını  aydınlaşdıra  bilmədim.  Biz-üç  nəfər  cəld  dağ  yamacındakı 
hündür  bir  təpəlikdə  mövqe  tutaraq  Təkəqaya  dağından  enənləri 
müşahidə  etməyə  başladıq.  Əgər  düşmən  olsa,  batareya  bizə  köməyə 
gələnədək  döyüşməli  idik.  Lakin  döyüşmək  və  ya  güllə  atıb  səs-küy 
salmaq  olmazdı.  Çünki  biz  düşmən  arxasına  gizli  gedirdik.  Bu  zaman 
yaylaq damları tərəfdən gözləmədiyimiz halda bizə xeyli yaxınlaşmış 5-6 
əsgər sol tərəfdəki qayalıqdan bizi çağırdı. Biz əvvəlcə çaş-baş qalsaq da  
onları tanıdıq və onlara tərəf getməyə başladıq. Həmin əsgərlər isə bizim  
 


 
199 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin