A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə120/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   116   117   118   119   120   121   122   123   ...   197
Biz onda böyük millət olarıq ki, ana öz oğlunun vətən  
uğrunda Ģəhid olmasına heyifsılənməsin! M ü ə l l i f 
kim olmamızı müəyyən etmək üçün pusqu quraraq bizə yaxınlaşmışdılar. 
Onlardan  öyrəndim  ki,  Təkəqaya  dağının  zirvəsindəki  və  oradan  bizə 
tərəf  gələnlər  də  bizimkilərdir,  kəşfiyyatdan  gəlirlər.  Mən  Murovdağdan 
enən  batareyanı  işarə  ilə  başa  saldım  ki,  təhlükə  yoxdur  və  onlar 
dayanmadan aşağı ensinlər...  
*  *  * 
Axşam  biz  artıq  müvəqqəti  qərərgahda-yaylaq  damlarında   idik. 
Tabor əməliyyata başlamaq üçün orada bir bölüklə bizi gözləyirdi. Orada 
tabor  komandiri,  zabit  yoldaşlarla  və  əsgərlərlə  görüşdük.  Mən 
komandirə  məlumat  verdim  və  minaatanı,  onun  80  ədəd  mərmisini, 
üstəlik də çörək və ərzaq gətirdiyimizi bildirdim.  Onlar bildirdilər ki, bir 
sutkadan  çoxdur  ki,  acdırlar.  Bir  azdan  minaatan  batareyası  da  gəlib 
çıxdı. Biz ərzağı və çörəyi əsgərlər arasında bölüşdürdük.  
Axşam  əməliyyatı  keçirmək  üçün  biz  -zabitlər  son 
məsləhətləşmələr  apardıq.  Komandir  bildirdi  ki,  kəşfiyyat  aparmışıq, 
bizim  qarşı  tərəfimizdəki  Susuzluq  dağının  zirvəsində  və  Təkəqayası 
dağında düşmənlərin postu yoxdur. Ona görə düşmən heç yerdən buranı 
görmür. O, düşmənin Bozdu, Təkəqaya və Babaşlar kəndində 5-6 zirehli 
texnikasının və 100 nəfərədək əsgərinin olduğunu da bildirdi.  
Sonra komandir yuxarı komandanlıqla ilə əlaqəyə girdi və döyüşə 
hazır  olduğumuzu  bildirdi.  Bizim  çağırış  ”Göyçə-1”  idi.  Ratsiya  ilə 
şifrlənmiş  məlumat  aldıq:  “Göyçə-1  əvvəlcə  Bozlu  və  Təkəqaya 
kəndlərini hücumla götürür, sonra irəliləyərək Qanlıkənd və Dəmirçidam 
kəndlərinə  daxil  olur,  Göyçədən  Ağdərəyə  gedən  avtomobil  yoluna 
nəzarəti öz əlinə alır. Hər cür kömək ediləcək”. Məlumat bütün zabitlərə 
çatdırıldı və biz son hazırlıqlara başladıq.  
Kəlbəcər  polislərindən  60  nəfər  də  bizimlə  bərabər  döyüşə 
gəlmişdi.  Gündüzdən  aparılan  kəşfiyyat  məlumatlarına  əsasən  Bozlu, 
Babaşlar və Təkəqaya kəndlərində azı bir bölük, 2-3 ədəd tank, PDM və 
digər zirehli texnika var idi. Hava işıqlanana qədər biz kəndi mühasirəyə 
almalı və  gözlənilmədən hücum etməliydik. Mən təkid etdim ki, gecikə 
bilərik, çünki hər tərəf qarla örtülüdür, qarlı cığırlarda isə hərəkət etmək 
çətindir,  saat  ikidə  hərəkətə  başlayaq.  Lakin  tabor  komandiri  mənim 
təklifimlə  razılaşmayaraq,  səhərəyaxın-saat  4  radələrində  əməliyyata 
başlamaq üçün əmr verdi. Saat 4-dək dincəlmək üçün icazə verildi.  
Leytenant  Abbasov  Əziz,  gizir  Abutalıbov  Telman,  əsgərlərdən 
Allahverdiyev  Vidadi,  Şükürov  Nemət,  Süleymanov  Qənimət  və 
minaatan batareyasının digər əsgərləri ilə qazma yaylaq evlərinin birində 


 
200 
ocaq  yandırıb,  tüstüdə  boğula-boğula  ayaqqabılarımızı  və  paltarlarımızı 
qurutduq, yemək yedik və iki-üç saat dincəldik.  
*  *  * 
Saat  dördün  yarısında  əsgərləri  qaldırdım  və  onların  silah-
sursatını bir daha yoxladım. Digər bölüklər də hazır vəziyyətə gətirildilər. 
Hərəkətə  başlamaq  əmri  verildi.  Biz  bir  cərgə  ilə  irəlidə  gedən  bölüyün 
arxasınca  dağ  yamacı  ilə  səssiz  gedirdik.  Minaatanı  və  mərmilərini  də 
aparırdıq. Yolda polislərin komandiri öz döyüşçülərini də geri çağıraraq 
döyüşməkdən imtina etdi. Lakin Kəlbəcər polislərindən Ayaz, Arzuman, 
Xəyyam, İlqar, Elman, İlham, Əliyəddin, Qalib, Vaqif bizdən ayrılmadan 
bizimlə  bərabər  döyüşməyi  qərara  aldılar  və  komandirlərinin  çağırışı  ilə 
geri qayıtmadılar. Polis komandirinin bu hərəkəti bizim əsgərlərə də çox 
pis  təsir  göstərdi.  Mən  əsgərlərə  onlarsız  da  döyüşə  biləcəyimizi 
bildirdim və “İrəli” komandası verdim.  
Artilleriya  zabiti  baş  leytenant  Hicran  Abbasov,  rabitəçi  əsgər 
Aqil  və  kəşfiyyatçı  Qurban  Susuzluq  dağına  qalxırdılar.  Onlar 
Daşkəsənin  Zivlən  kəndində  yerləşdirilmiş  qrad  və  toplarla  düşmən 
mövqelərini  və  düşmənin  görünməyən  hədəflərini  vurmaq  üçün  oradan 
müşahidə aparıb məlumat verməli idilər.  
Səhərəyaxın  idi.  Hər  tərəf  səssizliyə  qapılmışdı.  Ayağımızın 
altında  xırpıldayan  qardan,  əsgərlərin  pıçıltılarından  və  bir  də  aşağıdakı 
meşədə  qaratoyuğun  səsindən  başqa  bir  səs  eşıdilmirdi.  Səhər  açılanda 
biz  artıq  Bozlu  kəndinə  yaxınlaşmışdıq.  Lakin,  bir  qədər  gecikmişdik. 
Səhər  açıldığından  kəndi  mühasirəyə  almaq  mümkün  olmadı;  düşmən 
bizi  görə  bilərdi.  Ermənilər  kəndin  salamat  qalmış  bir  evinin  qarşısında 
arxayın  odun  doğrayırdılar.  əvvəlcədən  hazırlanmış  əməliyyata  uyğun 
olmasa  da  bölüklərə  sağ,  sol  və  düzünə  kəndə  hücum  əmri  verildi.  Bir 
dəstə dayanmadan kəndin üst tərəfindən keçərək Çəpli kəndi istiqamətinə 
gedən  rabitə  xəttini  kəsməli  və  sol  təpəliyi  ələ  keçirməli,  ikinci  dəstə-
kəşfiyyatçılar (komandir  Abutalıbov  Telman)  sağ  cinahdan  kəndin  aşağı 
tərəfinə enməli, üçüncü dəstə (komandir kapitan Mürşüd Məmmədov) isə 
yamacla  kəndə  hucuma  keçməli  idi.  Minaatan  batareyası  isə  döyüşən 
bölüklə hücum edərək, kəndin yuxarısındakı təpəlikdə mövqe tutaraq atəş 
açmalıydı. Belə də etdik. Əsgərlər “Ura” qışqırtıları ilə atəş açaraq kəndə 
girdilər, düşmən gözlənilmədən yaxalanmışdı. Mən leytenant Abbasov 
Əzizlə  və  əsgərlərlə  tələsik  minaatanı  döyüşə  hazırladıq,  birinci  mərmi 
atılmadı,  lülənin  içərisinə  qar  dolaraq  buz  bağlamışdı.  Minanı  çıxarıb 
lüləni  sildik,  ikinci  dəfə  də  mərmi  atılmadı.  Dörd  dəfə  lüləni  sildikdən 
sonra  ilk  atəş  açıldı.  Bu  bir  neçə  saniyə  ərzində  baş  verdi.    Elə  bu  vaxt 
arxa tərəfdə-Susuzluq dağında atəş səsləri eşitdik. Ora baxdıqda orada 


 
201 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin