A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə123/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   119   120   121   122   123   124   125   126   ...   197
Dədə-babalarımızın min illərlə qoruduqları torpaqları- 
biz də canımızla, qanımızla qorumalıyıq.      M ü ə l l i f  
   
geyimində  qalmışdım.  Qış  gödəkcəsi  də  qaçmağıma  mane  olurdu. 
Düşməndən  yüz-yüz  əlli  metr  aralanmışdım.  Arxamca  gələn  olmadığını 
yəqin  etdikdən  sonra  ayağıma  geyindiyim  mühafizə  çəkmələrini  və  qış 
gödəkçəsini  tez  soyunub  atdım  və  Murov  dağlarına  tərəf  üz  tutdum.  12 
saat  ərzində  dayanmadan  qarlı  Murov  dağını  corabla  aşaraq  Daşkəsənin 
Zivlən kəndinə gəlib çıxdım... ”
 
Bozlu  kəndində  isə  ermənilər  tərəfindən  əsir  götürülmüş  bölük 
komandiri  Hüseynov  Sahib  və  bölüyün  baş  çavuş  isə  ağır  işgəncələrə 
məruz qalmış və başları kəsilmişdi. Sonralar Bozlu kəndini azad edərkən 
onların meyidlərini oradan tapdıq. 
Bu  əməliyyatda  batalyonun  bütün  əsgər  və  zabitlərinin,  o 
cümlədən; zabitlərdən Balay Nəsibov, Hüseyn Nəbiyev, Hicran Abbasov, 
Xalid  Hümbətov,  Çıraq  Bayramov,  Ziyafət  Tağıyev,  Əziz  Abbasov, 
Elşad  Nəbiyev,  Adil  Nağızadə,  Fehruz  Alışov,  Kamal  Hacıyev,  Nizami 
Bayramov,  Telman  Abutalıbov,  əsgərlərdən  Natiq  İbrahimov,  Ələddin 
Salmanov,  Yaşar  Abdullayev,  Fərrux  Abbasov,  Vidadi  Allahverdiyev, 
İlqar  Həsənov,  Vidadi  Cəmilov,  Habil  Kamalov,  İlqar  Əliyev,  Qənimət 
Süleymanov, Nemət Şükürov, Famil Atayev, Ələmdar Həsənov, Mirzəli 
Mehdiyev,  Fazil  Abbasov,  Nadir  Əkbərov,  Mikayıl  Rzayev,    Kəlbəcər 
polislərindən  Ayaz,  Arzuman,  Xəyyam,  İlqar,  Elman,  İlham,  Əliyəddin, 
Qalib,  Vaqif,  bizə  bələdçilik  etmiş  Sabir  Mehdiyev  (mülki  şəxs  idi)  və 
digərlərinin qoçaqlıqlarını qeyd etmək istərdim. 
Bu  əməliyyatdan  sonra  briqada  komandiri  V.Rəfiyev  vəzifədən 
azad  edildi  və  onun  yerinə  mayor  S.İlyasov  təyin  edildi.  3-cü  tabor 
komandiri B.Nəsibov isə yaralanaraq hospitala getdi. 
Qış  fəslində  Murovdağın  3700  metrlik  qarlı  zirvələrini  piyada 
aşaraq,  çiyinlərində  minaatan  və  onun  mərmilərini  daşıyaraq  60-70 
kilometr  məsafəni  qət  edib  düşmən  üzərinə  hücum  etmək-dünya  hərb 
tarixində  nadir  hadisələrdəndir.    Əfsanəyə  çevrilmiş  bu  yürüş,  məhz, 
Kəlbəcər Batalyonuna məxsusdur. 
 
 


 
208 
Bizim dünya xalqları qarĢısında deməyə sözümüz onda olar ki,  
hər bir müəllim öz tələbəsindən, yalnız ədəb, elm, bilik tələb 
etməsin, onlar həm də vətəni qorumağı tələb etsinlər!  M ü ə l l i f                                                                                          

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin