Torpqsız xalq ola bilməz. əgər varsa, həmin xalqın özü günahkardır. M ü ə l l i f
▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 16 yanvar 1994-cü il saat 7.00 - 1-ci tabor (komandir: kapitan
Qurbanov Qurban, müavinlər: kapitan Hüseynov Zamin,
leytenant Məmmədov Arif) və 3-cü tabor (komandir: baş
leytenant Fehruz Alışov, müavinlər: kapitan Mürşüd Məmmədov,
bölük komandirləri: baş leytenantlar Akif Kamalov, Hüseyn
Nəbiyev, Adil Nağızadə, Minaatan batareyasının komandiri
leytenant Əziz Abbasov, tağım komandirləri: baş leytenant Əhəd
İsmayılov, leytenant Zahid Hüseynov, baş leytenant Xalid
Hümbətov, baş leytenant Ziyafət Tağıyev, gizir Şahin
Bəxtiyarov, leytenant Nizami Bayramov, baş leytenant Çıraq
Bayramov) yenidən düşmən arxasına keçərək, gecə 8 saat qarlı
dağlarla dolanaraq Susuzluq dağının zirvəsinə qalxdı. Qəfil
yaxalanan düşmən itki verərək mövqelərini tərk etdi. Yüksəkliyi
ələ keçirən 1-ci və 3-cü taborlar düşmənin Meydançayda və
Yanşaq kəndində bütün hərəkətlərini dayandırdı. 1-ci taborun bir
əsgəri donaraq həlak oldu.