228
qüvvələrinin mövqeləri zəifləməli və bizimkilərin hücumlarının
genişlənəciyi labüd idi.
Beləliklə 25 gün ərzində bizim tabor 3-cü dəfə idi ki, düşmən
arxasına göndərilirdi. Bizim taborun apardığı uğurlu əməliyyatlar
briqadanın digər tabor və bölmələri üçün nümunəyə çevrilmişdi. Taborun
əsgər və zabitlərinin əksəriyyəti kəlbəcərli olduğundan ərazini yaxşı
tanıyır, döyüşlərdə vacib yüksəklikləri ələ keçirilməsində çətinlik
çəkmirdilər.
At daşı yüksəkliyi Kəlbəcərin Qanlıkəndlə Güneypəyə
kəndlərinin arasında bir aşırım idi. Seyrək palıd meşəsi və talaların arası
ilə maşın yolu Qanlıkənd kəndini Güneypəyə ilə birləşdirirdi. Cənub-
şərqdə Güneypəyə kəndinin üstündəki tövlələr görünürdü. Qamışlı çayı
dərəsinin o tayında-Bozlu və Təkəqayası kəndləri uğrunda şiddətli döyüş
gedirdi. Ermənilərin hücum edən tanklarını görürdük. Təkəqayasında
mərmi ilə dolu düşmən maşını vurularaq alovlanmışdı. Mərmilər maşında
yanaraq ətrafa uçuşur və partlayırdı. Biz dayandığımz yüksəklikdən
həmin döyüşü izləyir, düşmən hədəflərinin yerini “Nəriman”, “Qorxmaz”
və ya “01”-ə ratsiya ilə bildirirdik. “Nəriman”- hərbi hissə komandirinin
müavini, mayor N.Zeynalovun, “Qorxmaz”-əməliyyat bölməsi rəisi,
mayor
Q.Qarayevin,
“01”- qərərgah rəisi, polkovnik-leytenant
E.Həsənovun, “Noğul-26” isə bizim taborun çağırışı idi. Biz yarım saat
idi ki, həmin yüksəklikdən Bozlu istiqamətində hücuma keçən 1-ci
taborun döyüşünə baxır, düşmən tanklarının yerini onlara ratsiya ilə
bildirirdik. Elə bu zaman biz Lök qalasının üstündə ermənilərin olduğunu
müşahidə etdik. Qala divarları üzərində və arxasında bir neçə düşmən
əsgəri gözə dəyirdi. Biz qalanın altından səhər tezdən keçmişdik, lakin
onları görməmişdik. Yəqin ki, düşmən ya bizi görməmiş, ya da elə indi
qalaya qalxmışdı. Biz onlara əhəmiyyət vermədən döyüşlərin gedişini
uzaqdan izləyirdik. Elə bu vaxt düşmən 12 ədəd zirehli texnika və 500-
dək canlı qüvvə ilə Seyidlər kəndi istiqamətindən Çəpli kəndinə doğru
hücuma keçdi. Düşmən əsgərləri körpünün yuxarısında maşınlardan
tökülərək, yol və onun ətrafı ilə Çəpli kəndi istiqamətində tankların
köməyi ilə hücuma keçdi. Onlar körpünü keçərək çayın sağ sahilinə-
bizim tərəfə doğru-keçir və dağların arxasında gözdən itirdilər. Biz yuxarı
komandanlığa təcili bildirdik ki, düşmən Çəpli kəndinə hücuma keçib.
10-15 dəqiqədən sonra düşmən qüvvələrinin Çəpli kəndinə yaxınlaşdığını
gördük. Kənddə isə onların qarşısına çıxacaq bir qüvvə qalmamışdı. Arxa
tərəfimiz
müdafiəsiz qalmışdı. Kəndin şimalında qayalıqlarda
yerləşdirilmiş Daşkəsən-Şəmkir briqadasının kiçik bir dəstəsi düşmən
tanklarının və PDM-lərinin atəşinə tab gətirməyərək Susuzluq
kəndinə