▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 21 yanvar 1994-cü il- 2-ci tabor (komandir: kapitan
Məhərrəmov İntiqam, müavinlər: kapitan İsgəndərov Hikmət, baş
leytenant Zeynalov Gülağa) Qamışlı və Bağarsaq kəndlərini
düşməndən azad edərək, əhəmiyyətli yüksəklik olan Çiçəklidağı
ələ keçirdi və Kəlbəcər-Ağdərə-Laçın yol qovşağına nəzarəti ələ
keçirdi. Düşmən xeyli canlı qüvvə itirdi. Əməliyyata briqadanın
qərərgah rəisi polkovnik-leytenant Eldar Həsənov rəhbərlik
edirdi. Bu əməliyyatlara görə bir neçə döyüşçü, o cümlədən
Polkovnik-leytenant Eldar Həsənov “İgidliyə görə” medalı ilə
təltif olundu.