223
Təmiz adamlar üçün namus, qeyrət və Vətən öz canından da qiymətlidir.
M ü ə l l i f
Hacıyev, Çıraq Bayramov, Adil Nağızadə, Əziz Abbasov, Hüseyn
Nəbiyev,
Xalid Hümbətovun, əsgərlərdən: pulemyotçu Fazil Musa
oğlunun, Mikayılın Həbib oğlunun, Vəliyev Məmmədin, Nofəlin və
digərlərinin qoçaqlıqlarını xüsusilə qeyd etmək lazımdır.
Eyni vaxtda briqadanın digər taborları da uğurlu döyüşlər
apararaq Kəlbəcərin Qamışlı, Bağırsaq, Qasımbinəsi kəndlərini və
Çiçəklidağ yüksəkliyini düşməndən azad etmişdılər. Həmin döyüşlər
zamanı erməni başkəsənlərindən biri olan bir polkovnik də
öldürülmüşdür. Qamışlı kəndi uğrunda döyüşlərdə də düşmən
darmadağın edilmişdi. Kəndin yuxarısındakı çay kənarında tək evdə-
meşəbəyinin evində-düşmənin 30 nəfərədək canlı qüvvəsinin gizləndiyini
aşkar etdıkdən sonra onları mühasirəyə alıb təslim olmalarını əmr etdik.
Düşmən isə döyüşü davam etdirir, təslim olmaq istəmirdi. Üst tərəfki
qayalıqdan ev tam bizimkilərin nəzarətində idi. Hətta evin və tövlənin
pəncərəsindən içəriyə bir neçə qumbara atdıq. Yuxarı komandanlığa
məlumat verildi ki, düşmən təslim olmaq istəmir. “01”-qərərgah rəisi
polkovnik-leytenant E.Həsənov- əmr verdi ki, təslim olmurlarsa, onları
məhv edin. Düşmən hər tərəfdən atəşə tutularaq məhv edildi. Biz evin və
tövlənin içərisində 30 nəfər düşmən əsgərinin və bir podpolkovnikin
meyidinin qaldığını gördük...
Düşmən əks-hücuma hazırlaşırdı. Biz düşmən texnikasının və
əsgərlərinin iki kilometr bizdən aralı-Seyidlər kəndinin yaxınlığında
toplaşdığını müşahidə edirdik. Axşam bölüyün bir tağımını Çəpli
kəndinin qərbində hündür qayalıqlarda yerləşdirdim ki, Seyidlər körpüsü
tərəfdə ermənilərin toplanmış 12 ədəd tank və PDM-lə təchiz olunmuş
qüvvələrinin gözlənilən əks-hücumunun qarşısını ala bilək.
Gecə Çəpli kəndində salamat qalmış yeganə evdə (bu ev
ermənilərin qərərgahı imiş) toplaşdıq. Orada bir neçə gündən sonra ilk
dəfə olaraq əl-üzümüzü bulaq suyu ilə yuduq. Döyüşlər vaxtı qarla əl-
üzümüzü yuyurduq. İndi isə bir neçə gündən sonra ilk dəfə isti yemək
hazırlamaq istədik. Ət konservi isitdik və kartof qaynatdıq. Sonra zabit
yoldaşlarla-Fehruz Alışov, Ziyafət Tağıyev, Nizami Bayramov, Mürşüd
Məmmədov, Kamal Hacıyev, Çıraq Bayramov, Adil Nağızadə, Əziz
Abbasov, Hüseyn Nəbiyev, Xalid Hümbətov və digərləri ilə sabahkı
döyüş əməliyyatını müzakirə etdik. Mən bir daha əsgərlərin sursatını və
ərzağını yoxladın və mövqeləri gəzərək onlarla söhbət etdim. Gizir
Kamal Hacıyev Bozlu əməliyyatı zamanı ermənilərin
pusqusuna düşərək,
onların 8-10 metrliyindən necə qaçıb salamat qurtardığını həmin gecə
224
mənə danışdı...
Taborun qarşısında daha çətin bir tapşırıq dururdu: tabor “At
daşı” deyilən yüksəkliyə qalxmalı, Qanlıkəndin üst tərəfindən hərəkət
edərək Dəmirçidam kəndini azad etməli, Göyçə-Ağdərə yolunu
bağlamalı, Kəlbəcər şəhərinə hücuma hazırlaşmalı idi. Kəlbəcərə
sancmaq üçün bayraq da hazırlamışdıq...
Gecə baş leytenant N.Bayramovla ratsiyada bizim digər
taborların apardığı döyüşlərə qulaq asırdıq. Ratsiyaya qulaq asdıqca
Qamışlı kəndi uğrunda gedən döyüşlər daha çox maraq doğururdu.
Ratsiyada “Koroğlu”nun məlumatı daha maraqlı idi. O bildirirdi ki,
Ermənistan istiqamətindən bizə tərəf 32 ədəd maşın və hərbi texnikadan
ibarət karvanı irəliləyir...
Bizim sol cinahda Qamışlı kəndi uğrunda da üç gün idi ki, ardı-
arası kəsilmədən avtomat şaqqıltısı eşidilir, gərgin bir döyüş gedirdi.
Ermənilər itirilmiş yüksəkliyi ələ keçirməyə çalışaraq tez-tez hücuma
keçir, bizimkilər isə onları Qasımbinə kəndinin yaxınlığındakı meşəli dağ
zirvəsindən atəşə tutaraq geri qaçmağa məcbur edirdilər. Həmin
döyüşlərin iştirakçısı olan bir döyüşçü
sonralar bizə söyləyirdi ki, bir dəfə
ermənilər bizim mövqelərə hücuma keçdi və biz yüksəklikdən düşməni
güclü atəşə tutduq. Ermənilər davam gətirə bilməyib dağdan üzü aşağı
qaçmağa başladılar. Düşməni qovarkən döyüşçülərdən birinin
pulemyotunun darağında güllələr qurtarmış və o imkan tapmamışdır ki,
darağı doldursun. Pulemyotu yerə qoyub qaçan ermənini qovub tutmaq
istəmişdi. Erməni qaçaraq özünü qayadan aşağı atmışdı...
Tərtər bölgəsi-1994-cü il