Haqq, məğlub yeyilər amma həzm edilməz.
M ə s ə l
çıxarmış, onlara ağrıkəsici iynələr vurmuş və yaralarını sarımışdıq. Lakin,
hələ də döyüş meydanında döyüşçülərimiz var idi. Onların həlak
olduqlarını və ya yaralandıqlarını bilmirdik, kimsə kömək istəyirdi...
Taborun qəflətən mühasirəyə düşməsi yuxarı komandanlığı
təşvişə salmışdı. Həm Çəplinin yenidən düşmən əlinə keçməsi, həm də
bizim ikiqat mühasirəyə düşməyimiz ağır hadisə idi. Onlar bütün
vasitələrdən istifadə etməklə bizim mühasirədən çıxmağımıza yardım
edirdilər. Yuxarı komandanlıq iki istiqamətdən bizə canlı qüvvə köməyi
göndərsə də həmin kömək hələ də gəlib çıxmamışdı. Sonralar məlum
oldu ki, baş leytenant Xalid Hümbətovun komandirliyi ilə göndərilmiş 60
nəfərlik dəstə Çəpli kəndinin qarşı tərəfində meşədə ermənilərlə
qarşılaşmış və onlar kiçik döyüşdən sonra geri çəkilmiş, qamışlı çayını
keçərkən qarşı tərəfdən öz əsgərlərimizin atdığı güllə bir əsgərimizi
çiynindən yaralamışdı. Bizim mühasirədən çıxmağımız üçün göndərilən
digər kömək 4-cü tabor idi. Onlar isə Qamışlı kəndinin cənub-şərq
tərəfindəki Oğru qayası istiqamətindəki yüksəkliyə çıxarılmış, lakin xeyli
uzaqda olduqları üçün vaxtında bizə köməyə gələ bilməmişlər.
Axşamın düşməsindən istifadə edib mövqe tutduğumuz təpənin
arxasına çəkildik və orada yaralıların yarasını sarıdıq. Burada yəqin etdik
ki, komandirlərdən kapitan Mürşüd Məmmədov, gizir Kamal Hacıyev,
leytenant Əziz Abbasov və 45 nəfərədək əsgər həlak olub. Bu bizim
taborun apardığı döyüşlər ərzində ilk böyük itki idi. Lakin taborun əsas
qüvvələri salamat idi. Meyidləri isə taladan çıxarmaq mümkün deyildi.
Onların həlak olduqları tala tam ermənilərin nəzarətində idi. Hər dəfə
irəlilədikcə yenidən düşmən gülləsinə tuş gəlirdik. Biz sonuncu dəfə əks-
hücuma keçmək və itirilmiş mövqeləri ələ keçirmək istədik. Mən 1-ci
tağımın əsgərləri ilə sürünə-sürünə talanın yaxınlığındakı qarlı təpəyə
çatdım. Artıq qaranlıq olduğundan ermənilərə xeyli yaxınlaşmışdıq.
Lakin orada da yenidən güclü atəş altına düşdük. Mən əsgərlərə atəş
açmamağı tapşırdım. Bundan istifadə edib sürünə-sürünə bir qədər də
düşmənə tərəf yaxınlaşdıq. Talanın lap kənarında idik. Lakin talaya
girmək qeyri-mümkün idi. Çünki düşmən 30-35 metr bizdən aralıda,
talanın o biri başında ağacla örtülü hündür bir təpədə mövqe tutmuşdu.
Oradan isə tala ovuc içi kimi görünürdü. Arxadan bizim hərəkətimizi
diqqətlə izləyən komandir artıq itki verməmək üçün mənə geriyə
çəkilmək əmri verdi. Mən talaya girməyin mümkün olmayacağını yəqin
etdim və geriyə qayıtmaq barədə əsgərlərə əmr etdim. Biz yenidən
sürünərək təpənin arxasına, oradan da komandirin yanına qayıtdıq. Artıq
236
döyüş səngimişdi, ara-sıra avtomat və pulemyotların səsi eşidilir,
ətrafımızda işıqsaçan güllələr vıyıldayırdı.
Yuxarı komandanlıqdan əmr verildi ki, mühasirədən çıxıb
Qamışlı kəndinə tərəf hərəkət etməli və oradan Yanşaq kəndinə
qalxmalıyıq. Bir gün əvvəl azad etdiyimiz Çəpli kəndi indi ermənilərin
əlində idi. Gəldiyimiz yolla qayıtmaq qeyri-mümkün idi. Buna görə də
biz dağları dolanaraq 20 kilometr məsafəni qət etməli idik. Mühasirədən
çıxmaq üçün biz düşmənin mövqe tutduğu təpənin cənub yamacı ilə aşağı
enməli, atəş altında olan arxadakı təpəni dolanıb keçməliydik. Mən 1-ci
tağımın komandiri Məmmədə atəşi davam etdirməyi tapşırdım və
beləliklə taborun mühasirədən çıxmasına şərait yaratmağa çalışırdım.
Özüm də onların yanında qaldım və düşmən mövqelərinə atəş açmağa
başladıq. Digər bölüklərin xeyli uzaqlaşmalarına və mühasirədən
çıxmalarına şərait yaratdıq. Yarım saatdan sonra biz də döyüş mövqeyini
tərk etdik. Özümüzünkülərin yanına çatanda onlar meşədə bizi
gözləyirdilər. Gecənin qaranlığında 10 nəfər yaralını aparmaq əsgərləri
yormuşdu. Döyüşdə aclıq və susuzluğu hiss etməsək də, artıq indi
susuzluq və aclıq öz təsirini göstərirdi. Meşədə qar yeyə-yeyə
irəliləyirdik. Bir qədər də getdikdən sonra Qamışlı kəndinin üstündəki
yüksəklikdə yarım saat dincəlməyi qət etdik. Çantasında çörəyi və
konservi olanlar var idi. Çantalarımızda qalan çörək və konservləri
bölüşdürüb yedik və yenidən hərəkətə başladıq. Qarşıda-Qamıçlı
kəndinin yaxınlığındakı hündür qayaların başında- düşmən var idi. Biz
isə həmin qayaların altından keçib körpüyə yaxınlaşmalı idik. Buna görə
də mən iki əsgərlə 200 metrədək qabaqda gedərək kəşfiyyat aparıb
dayanır, əsgərlərdən birini arxaya göndərərək bizimkilərin gəlməyini
gözləyir, onları orada qoyub yenidən kəşfiyyat aparırdım. Kəndin üst
tərəfindən uçurumlu bir dərədən çətinliklə keçərək və yaralıları da
keçırərək körpünün yanındakı evlərə yaxınlaşırdıq. Sol tərəfdəki hündür
qayalarda ermənilərin mövqeləri var idi. Onlar bizim burada olmağımızı
bilsələr vəziyyət çıxılmaz olardı. Biz tam səssiz hərəkət edərək körpüyə
yaxınlaşırdıq. Bütün əsgər və zabitlərə tapşırıq verdim ki, əgər bizi atəşə
tutsalar, döyüşə-döyüşə Qamışlı çayını keçməliyik. Körpüyə
yaxınlaşdıqda qarşı dağda yerləşən bizim mövqelərdən bizə tərəf və
yuxarı qayalıqlara tərəf atəş açıldı. Güllələr ətrafımızdakı qayalara və
evlərin divarlarına dəyirdi. Biz ratsiya ilə “01”-ə məlumat verdik ki,
bizimkilər atəşi dayandırsınlar, güllələr bizə dəyə bilərdi. Ermənilərin
mövqe tutduqları qayalıqdan isə qarşı tərəfdəki meşəliyə tək-tək atəş
açılırdı. Bir azdan ermənilərin atəşi tam dayandı, səs-səmir gəlmirdi.
Daha bizimkilərin atəşinə heç bir cavab verilmirdi. Nəhayət körpünün
|