Mal itirən, bir Ģey itirmiĢdir, qürurunu itirən çox Ģey itirmiĢdir.
Lakin cəsarətini itirən hər Ģeyini itirmiĢdir. ġ a h a b ə d d i n
aydın idi: üç tərəfdən mühasirəyə alınmışdıq. Arxa tərəfə çəkilmək isə
qeyri-mümkün idi. Çünki arxaya çəkilərkən mütləq atəş altında olan meşə
talasından keçməliydik. Ani olaraq qərara aldım ki, mövqelərimizi əldən
vermədən gecə düşənədək mühasirədə döyüşü davam etdirmək lazımdır.
Biz yuxarı komandanlığa məlumat verib kömək istədik. Komandir ratsiya
ilə danışırdı. “Qorxmaz” kordinatları soruşdu və toplarla bizə kömək
edəcəyini bildirdi. Mən top atəşinə etiraz etdim, çünki düşmənlə
mövqelərimiz çox yaxın idi. Top mərmiləri öz mövqelərimizə düşə
bilərdi. Buna görə də düşmənin Lök qalasındakı və qarşı təpədəki
mövqelərini və həmçinin qalanın üst tərəfindəki meşəliyi (oradan düşmən
arxamıza keçə bilərdi) iri çaplı pulemyotlarla atəşə tutulmasının vacib
olduğunu bildirdim və bu barədə F.Alışovla qısa məsləhətdən sonra
“Qorxmaz”a məlumat verdik. Bir neçə dəqiqədən sonra Susuzluq
kəndindən atılan zenit pulemyotunun atəşləri ilə Lök qalasındakı düşmən
qüvvələri susduruldu. Komandir atəşin davam etdirilməsini yuxarı
komandanlıqdan xahiş etdi. Lakin vəziyyət çox acınacaqlı idi.
Mən döyüşü aramsız olaraq davam etdirir, əsgərlərə düşmən
mövqelərini göstərib arasıkəsilmədən atəş açmaq əmri verdim. Bütün
əmrləri çağıraraq verir, düşmənin bizdən az olduğunu və yarım saata
onları məhv edəcəyimizi deyir, əsgərləri ruhlandırırdım. Əslində isə
vəziyyət olduqca pis idi. Əsgərlərə tapşırıq verə-verə gözüm düşmən
snayperini və pulemyotçusunu axtarırdı. Onların haradan atəş açdıqlarını
müəyyən etməyə çalışırdım. Çünki bizə tərəf atılan güllələrin səsindən
yəqin etmişdim ki, bir düşmən snayperi və pulemyotçusu mövqe
tutduğumuz kiçik təpəni daimi atəş altında saxlamağa çalışırlar. Mən
yarım metr hündürlyü olan bir daşın arxasından atəş açırdım. Düşmən də
məni görmüşdü. Lakin, hər tərəf açıqlıq olduğundan yerimi dəyişə
bilmirdim. Birdən düşmən pulemyotçusunun məndən üç yüz metrədək
aralıdakı yamacda, iri gövdəli ağacın altında uzanaraq bizə tərəf atəş
açdığını gördüm. Ağacların altı gölgə olduğundan düşməni gözlə seçmək
çətin idi. Yalnız, düşmənin qaraltısı görünürdü. Buna baxmayaraq nişan
alıb atəş açdım. Düşmən pulemyotçusu yumalanaraq yamacla aşağı
düşdü. Pulemyot susdu. Ani olaraq başımı daşın arxasına tərəf
çəkməyimlə düşmən snayperindən atılan güllə qulağımın dibindən keçdi.
Elə bu vaxt yenidən düşmən pulemyotu şaqqıldamağa başladı. Yəqin ki,
vurulanı başqası əvəz etmişdi. Mən yenidən nişan alaraq atəş açdım.
Avtomatik atılan güllələr ikinci düşməni də yerində haqladı. Pulemyot
yenidən susdu. Mən dayanmadan, ardıcıl olaraq nişan alıb atəş açırdım.
232
Lakin, düşmən imkan vermirdi ki, davamlı olaraq atəş açım. Başımı
yayındıran kimi düşmən güllələri də daşlara dəyib ora-bura çovuyurdu.
Arabir gizləndiyim kiçik daşın arxasından əsgərlərə də atəşi
dayandırmamağı qışqıraraq deyirdim. Bir-iki dəqiqədən sonra yenidən
düşmən pulemyotu atəş açmağa başladı. Bu öldürülənin yerini tutmuş
başqa bir düşmən idi. Mən onu da gördüm. Düşmən pulemyotçusu yerini
dəyişərək indi də başqa ağacın altından atəş açırdı. Ətrafıma yağan
işıqsaçan güllələr daşlara dəyərək hər tərəfə çovuyur, vahiməli bir səslə
vızıldayırdı. Onu da 5.45 mm-lik avtomatın dəqiq atəşi ilə vurdum,
pulemyot susdu və bir daha bizə atəş açmadı. Düşmən snayperi isə gözə
görünmürdü. O, hardasa daha uzaqda, bəlkə də hansısa ağacın üstündə və
yaxud kolluqda güzlənmişdi.
İki saata yaxın idi ki, döyüş gedirdi. Talada yaralanan əsgərlərin
səsi gəlir, köməyə çağırdıqları eşidilirdi. Mənim bölüyümün əsgərləri sağ
tərəfdəki qarlı təpədə atəşi arasıkəsilmədən davam etdirir, düşmənin
mühasirəni qapatmasına imkan vermirdilər. Lakin irəlilədikcə güclü atəş
altına düşür və geriyə çəkilirdilər. Hər dəfə irəliyə sürünərkən bir nəfərə
güllə dəyir yaralanırdılar. Mən yaralının bir qədər onlardan arxa tərəfə-
çökəkliyə çıxarlmalarını tapşırır, onların yaralarını sarıtdırırdım. Sol
cinahda-talada da yaralılar var idi. Taladan yaralıları çıxarmaq, onlara ilk
tibbi yardım göstərmək lazım idi. Ona görə də çavuş Məmmədin tağımını
iki dəstəyə böldüm. Bir dəstəyə düşməni daimi atəş altında saxlamaq,
digər dəstəyə isə təpənin qarlı aşırımı ilə sürünərək taladan yaralıları
çıxarmaq əmri verdim. Əsgərlər 10 nəfərədək yaralını döyüş
meydanından çıxarmağa nail oldular. Onlara ağacların arasında ilk tibbi
yardım göstərilməsini təşkil etdim. Yaralılardan ikisi ağır vəziyyətdə idi,
xeyli qan itirmişdilər. Biri çiynindən, digəri isə döş qəfəsindən
yaralanmışdı. Əvvəlcə yaralılara ağrıkəsici iynə vurulmasını və sonra
yaralarının sarınmasını qışqıraraq əsgərlərə tapşırdım.
Döyüş zamanı bütün komandaları səslə verir, eyni zamanda özüm
avtomatla qarşı təpədəki düşmən mövqelərinə atəş açmağa davam
edirdim. Komandir F.Alışov rabıtəçi əsgərlə-səhv etmirəmsə, rabitəçi
əsgərin adı Rafiq idi-sağ tərəfimdə yerə uzanıb ratsiya ilə danışır, hərdən
mənimlə məsləhətləşir, məndən nəyisə soruşurdu. Mən atəş aça-aça ona
qısa cavablar verir və bildirirdim ki, sağ cinahımızı-meşəliyi və qalanın
üst tərəfini yuxarı komandanlıq atəş altında saxlasın. Komandir bildirdi
ki, X.Hümbətovu öz dəstəsi ilə bizə köməyə göndəriblər, bir saat olar.
Artıq üç saata yaxın idi ki mühasirədə döyüşürdük. Meşə talasındakı
qurumuş otlar qumbaraların partlayışından odlanıb yanırdı. Hər tərəf
tüstüyə bürünmüşdü. Tüstüdən istifadə etməklə biz həm düşmən
|