244
genişləndirərək düşməni göz açmağa imkan vermirdi. Biz Meydançay
ətrafında baş verənlərdən xəbərsiz idik.
* * *
Meydançay və Qaragöl əməliyyatlarının iştirakçısı olmuş 5-ci taborun
bölük komandiri İbad Vəliyevin dediklərindən: “Qaragöl yüksəkliyi
bizim tabor tərəfindən itkisiz azad edildi və biz mühüm bir yüksəklikdə
mövqe tutduq. Lakin mövqelərimiz başqa tabora verildiyi üçün biz oranı
tərk etdik. Iki gündən sonra düşmən dumanlıqdan istifadə edərək böyük
bir qüvvə ilə hərəkət edib Qaragöl yüksəkliyinə çıxdı. Qeyri-bərabər
döyüşdə bizimkilər oranı itki verərək tərk etdilər. Bizə yenidən tapşırıq
verildi və biz həmin yüksəkliyə hücuma keçdik. Tabor iki istiqamətdən
G.Əsədovun və mənim komandanlığım ilə dumanlı bir gündə qaragöl
yüksəkliyinə hücum etdik. Mən sol cinahdan G.Əsədov isə sağdan
hərəkət edirdik. Dumandan heç hara görünmürdü. Mən ərazini yaxşı
tanıdığımdan hər yüksəklikdə bir dəstə saxlayır (arxa tərəfimizin
təlükəsizliyi üçün) və irəliləyirdik. Artıq bölüyün yarıdan çoxu arxa
mövqelərdə yerləşdirilmişdi. Biz isə Qaragöl yüksəkliyinə xeyli
yaxınlaşmışdıq. Birdən duman aralananda bizdən bir neçə metr qabaqda
düşmən rabitəçisinin antenasını gördüm və tələyə düşdüyümüzü hiss
etdim. əsgərlər tamamilə açıqlıqda və düşmən güllələrinin altında idilər.
Elə bu vaxt düşmən tərəfindən atəş açıldı və qeyri-bərabər bir döyüş
başladı. Bizim döyüşərək geriyə çəkilməyimizdən başqa çıxış yolumuz
yox idi. Biz sürünərək bir qədər arxadakı mövqelərə çəkildik. Bir
nəfərimiz yaralandı. Ratsiyada öyrəndim ki, G.Əsədovun dəstəsi düşmən
pusqusuna düşüb. Onlar 30 nəfər itki verərək geriyə-“25-68”-ci
yüksəkliyə çəkidilər. Biz də ora çəkildik. Bir gündən sonra biz 15 nəfərlə
Qızılqaya yüksəkliyini düşməndən azad etdik. Qaragöl yüksəkliyinə bir
neçə dəfə hücum etsək də itki verərək əvvəlki mövqelərimizə çəkilirdik.
Komandiri Tariyel Abbasov əvəz etdi. Düşmən əlavə qüvvə gətirərək
dumanlı bir gündə bir qədər arxada olan Ağqaya yüksəkliyini ələ keçirdi.
Ağqayada nə baş verdiyini öyrənmək üçün mən ora yaxınlaşanda
qəfildən
düşmən əsgəri ilə qabaqlaşdım və ona atəş açdım. Məndən bir qədər
yüksəkdə olan düşmən mənə tərəf yuvarlandı və dərədə mənə dəyərək
məni də dərəyə yuvarladı. Meşədə bizim bir yaralı ilə rastlaşdım. O
bildirdi ki, çadırlarımız da atəş altındadır. Bizim bütün mövqelər düşmən
əlinə keçmişdi. Mən həmin yaralını da götürərək meşə ilə xeyli dolanıb,
özümüzünkülərin yanına qalxdım. Çıxış yolumuz yox idi. Mühasirədə
qalmışdıq. Buzduq dağında üç gün bölüyün əsgərlərini və yaralıları bir
neçə dəfə yerlərini dəyişməklə düşməni çaşdırdıq və sonda bir gecədə
keçilməz bir qayalıqdan enərək mühasirədən çıxmağa nail olduq...”